Ermənilər Qarabağ müharibəsi haqda film çəkirlər

Ermənilər Qarabağ müharibəsi haqda film çəkirlərErmənilər I Qarabağ müharibəsi haqda yeni film çəkirlər.

BiG.AZ-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, rejissoru Civan Avetisyan olan "Tevanik" adlı ekran əsəri Ermənistan-Litva birgə istehsalı olacaq. Ermənilərin məzlum, azərbaycanlıların isə aqressor kimi göstərildiyi ekran əsərinin ssenari müəllifi Arnold Aqababovdur.

Filmin may ayınadək ekranlara çıxacağı gözlənilir. Filmə litvalı bəstəkar Yonas Yurkunas musiqi yazıb. Musiqini Litva Opera və Balet Teatrının "Xover" xoru səsləndirəcək. Filmin Kann kinofestivalında nümayişi də nəzərdə tutulub.

Məsələ ilə bağlı Azərbaycan XİN-dən açıqlama verilib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirliyinə tapşırıq veriləcək. Mədəniyyət və Turizm Nazirliyi də filmin Kann kinofestivalına çıxarılması və ekran əsərinin ərsəyə gəlməsində Litva yaradıcı heyətinin iştirakının araşdırılacağı bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2101   Tarix: 18 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040