Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?

Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?BiG.AZ movqe.az-a istinadən xəbər verir ki, "Bakıda hündürmərtəbəli binaların tikilməsi belə templə davam edərsə, yaxın 20 ildə yoluxucu və əsəb xəstəliklərinin sayı artacaq"
Son zamanlar Bakıda hündürmərtəbəli binaların tikilməsi sürətlə artır. Bu, şəhərin gözəlləşməsi baxımından yaxşı hal sayıla bilər, amma sürətli şəhərləşmə prosesi özü ilə bir çox problemlər gətirir. Belə ki, hündürmərətəbəli binaların artması şəhərlərdə əhali sıxlığı yaradır. Ekoloqlarsa hesab edirlər ki, ətraf mühitin çirklənməsinin əsas səbəbi şəhərləşmənin, hündürmərtəbəli binaların artmasıdır.

İnsanların sıx olduğu əraizlərdə onların hər cür fəaliyyətləri nəticəsində suda, torpaqda və havada çirklilik meydana gəlir. Ekoloji tarazlığın pozulması nəticəsində pis qoxu, zəhərlilik, radiasiya, səs-küy, hava çirkliliyi və arzu edilməyən digər nəticələr meydana çıxır. Ekoloq Araz Əliyev deyir ki, insanların daha yaxşı həyat şərtlərinə qovuşmaq məqsədi ilə şəhərlərə köç etməsi ekoloji pozulmaların səbəblərinin başında durur. "Şəhərlərdə hündürmərtəbəli binaların sayı artdıqca kəndlərdə yaşayan əhali ev-eşiyini qoyub şəhərlərə köç edirlər. Hesablamalara görə, 50-100 il ərzində hələ kəndlərdən köç davam edəcək. Əvvəllər Bakı geniş gözəl şəhər idi. Bu gün isə Bakı deyiləndə göz önünə hündürmərtəbəli binalar gəlir. Əhalinin artması isə ekologiya üçün böyük təhlükədir".

Həmsöhbətimizin sözlərinə görə, şəhərləşmə iqlim dəyişikliyinə də səbəb olur. Belə ki, Bakıda hündürmərtəbəli binaların sayı artdıqca şəhərin havası istiləşir. Yollar, binalar, səkilər gün boyu yığdığı enerjini gecə sərbəst buraxaraq iqlimin həddən artıq istiləşməsinə səbəb olur. Bununla yanaşı hündürmərtəbəli binalar əsən küləyin qarşısını kəsərək bitki örtüyünə zərər verir. "Yəqin fikir vermisiniz, istixanalarda enerji şüşəyə və ya sellofana dəyərək geri qayıdır. Buna görə hər zaman içəri bürkü, boğanaq olur. İndi Bakını göz önünə gətirək. Hündürmərtəbəli binaların ucaldılması nəticəsində atmosferdə artan karbon 4 oksid miqdarı günəş şüalarını içəri az buraxdığı kimi, atmosferə dönməsinə də mane olur. Yəni, zamanla Bakı ekologiyanın, ətraf mühitin və havanın ən çirkli olduğu şəhər olacaq".

Hesablamalara görə, sürətli şəhərləşmə 2020-ci ilə qədər dünyada istiləşməni 2-3 dərəcə artıracaq. Bunun nəticəsində isə buzlaqlarda ərimə prosesi baş verəcək ki, bu da torpaq hissənin 20 faiz daha su altında qalacağı deməkdir.

Hava çirkliliyi şəhərlərin əsas problemlərindən biridir. Aparılan araşdırmalara görə, dünyada 1,1 milyarddan daha çox insan olduqca pis havası olan şəhərlərdə yaşayır. Şəhərlərdəki hava çirkliliyinin əsas səbəbləri sənaye qazları, avtomobillər və enerji istehsalıdır. Hava çirkliliyi hava mühitindəki çirkləndirici ünsürlərin havanın özünü təmizləmə tutumunu aşması nəticəsində meydana gəlir. "Hava çirkliliyi toz, tüstü, qoxu, su buxarı kimi çirkləndirici faktorların insan, digər canlılar və hətta əşyalara zərər verəcək miqdarda yüksəlməsi ilə təyin edilir" deyən ekoloq bildirir ki, hündürmərtəbəli binalar artdıqca, şəhərlərə insan axını davam etdikcə, əhali sıxlaşdıqca insanlar zamanla sağlamlığın nə olacağını unudacaqlar.

Həkim terapevt Məlahət Abbasova hesab edir ki, hava çirkliliyi xüsusilə tənəffüs problemi olan insanlara daha çox zərər verir. Onun sözlərinə görə, hazırda böyük şəhərlərdə yaşayan onminlərlə insan hava çirkliliyi nəticəsində müxtəlif xəstəliklərə yoluxaraq dünyasını dəyişir.

Qeyd edək ki, şəhərləşmənin, hündür binaların artmasının zərərlərindən biri də təmiz suyun azalmasıdır. Hazırda dünyada bir milyard insan təmiz və sağlam su qəbul etmir. Təmiz suyun azalması nəticəsində dünyada 900 milyon uşaq ishal xəstəliyinə tutulmuş və 3 milyon uşaq bu xəstəliklə dünyasını dəyişib.

Həkimin sözlərinə görə, göydələnlərdə yaşayan və ya işləyən insanların 60-70 faizi baş ağrısından şikayətlənir: "Miqren baş ağrısı xüsusilə gənc qızlarda daha çox müşahidə edilir. Miqrenlə birlikdə xəstədə ürək bulanması, ürək döyüntüsünün artması, görmə pozuntusu meydana çıxır".

Abbasova deyir ki, hündür binalarda yaşayan insanlarda ürək-damar çatışmazlığı, təzyiqin artması və azalması, depressiya, səs-küyün çox olduğu əraizlərdə yaşamaq isə əsəb sisteminin pozulması ilə nəticələnir. "Hündürmərtəbəli binaların artması ekologiyanı çirkləndirir. Özünüz düşünün, əgər əvvəl şəhərdə 1 milyon insan yaşayırdısa, indi bu rəqəm 3 milyona çatıb. Əhali sıxlığı xəstəliklərin artması deməkdir. Təmiz hava çatışmazlığı, yollarda olan kirlilik, avtomobillərin tüstü-qoxusu əsl xəstəlik mənbəyidir. Bu qədər insanın içində sağlam qalmaq olarmı? Hərədə bir xəstəlik var. Özümüz öz qatilimizik. Hamı axışır Bakıya, bu isə xəstəliklərin artmasına səbəb olur".

Mütəxəssislərin fikrincə, Bakıda hündürmərtəbəli binaların tikilməsi belə templə davam edərsə, yaxın 20 ildə yoluxucu və əsəb xəstəliklərinin sayı artacaq. Bu isə öz növbəsində insanların həyatını itirməsi ilə nəticələnəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1859   Tarix: 13 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 315
.

"WhatsApp"da yeni qaydalarla razılaşmayanların hesabları bloklanacaq – Bu tarixdən

Yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız. xarici mediaya istinadla bildirir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir. İstifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onları

31.03.2024 588
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 646
.

Xoşbəxt insanların hər gün söylədiyi BEŞ İFADƏ

Psixoloqlar deyirlər ki, xoşbəxt insanlar başqalarına paxıllıq etmir və müsbət mənada düşünürlər. xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxt insanlar müəyyən düşüncə tərzinə malikdirlər və gündəlik həyatda müəyyən ifadələr işlədirlər. Xoşbəxt insanların tez-tez söylədiyi əsas ifadələrdən biri "Mə

04.04.2024 879
.

İordaniya şahzadəsi ata olacaq

İordaniya Kralı II Abdullah ibn Al Hüseynin oğlu şahzadə Hüseynlə həyat yoldaşı Rayvanın övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə kral ailəsinin rəsmi saytında məlumat dərc olunub. Qeyd edək ki, Hüseyn və Rayvanın toyu ötən ilin iyununda olub

13.04.2024 314
.

Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?. "Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallar

13.04.2024 270
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 167
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 288
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 492