Marqvelaşvili İçərişəhərdə təndir çörəyi yedi -VİDEO

Marqvelaşvili İçərişəhərdə təndir çörəyi yedi -VİDEOGürcüstan prezidenti Georgi Marqvelaşvili ölkəmizdə iki günlük səfəri çərçivəsində İçəri Şəhərlə tanış olub.

BiG.AZ saytı azvision.az-a istinadən xəbər verir ki, ali qonağı "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qarşılayıb. O, Bakının qədim hissəsinə olan diqqət və qayğıdan danışaraq,
Samir Nuriyev gürcü liderə Qız Qalası barədə məlumat verib. Qız Qalasında görülən təmir işlərindən danışıb.

Kiçik Qala küçəsində elektromobillərlə davam etdirilən gəzinti zamanı ali qonağa "Arxeoloji Park", Bakı Xanlarının Sarayının qalıqları, Qoşa Qala Qapıları və Qala Divarları barədə məlumat verilib. Təndir çörəyinə qonaq edilən Georgi Marqvelaşvili eyni zamanda təndir çörəyinin hazırlanma prosesi ilə də tanış olub. Kiçik Qala küçəsində gəzinti Qala Divarının bərpa olunmuş hissəsinə qədər davam edib, ali qonağa Qala Divarları, onların bərpası layihəsi və ətrafında aparılan abadlaşdırma və konservasiya işləri barədə danışılıb.

Gürcüstanın dövlət başçısı Bakının tarixi mərkəzi ilə tanışlığa Qədim şəhərin dünya əhəmiyyətli abidəsi olan Şirvanşahlar Saray kompleksi ilə davam edib, daha sonra isə Məhəmməd məscidini ziyarət edib.

Sonda Georgi Marqvelaşvili fəxri qonaqlar kitabında öz ürək sözlərini yazıb. Ali qonağa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

Marqvelaşvili daha sonra İçəri Şəhərdə bişirilən təndir çörəyindən yeyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2083   Tarix: 17 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390