Uşağı öldürüb şaqqalayan manyak edam olundu - FOTO

Uşağı öldürüb şaqqalayan manyak edam olundu - FOTOABŞ-ın Florida ştatında 18 il əvvəl 9 yaşlı oğlana təcavüz edəndən sonra onu vəhşicəsinə qətlə yetirmiş məhkum edam olunub. Qorxunc olayda qatil zorlayıb öldürdüyü uşağın cəsədini şaqqalayaraq parçalara ayırmış, sonra dibçəklərin içinə basdıraraq gizlətmişdi.

BiG.AZ ABC-yə istinadən bildirir ki, 46 yaşlı Xuan Karlos Çaves ABŞ-ın Florida ştatındakı Makalister şəhərində yerləşən Florida Ştat Həbsxanasında zəhərli inyeksiya vasitəsilə edam olunub. O, inyeksiyadan 15 dəqiqə sonra ölüb.
Çavesin vəkilləri Apellyasiya Məhkəməsinə üz tutaraq edamın ertələnməsinə çalışsalar da, onların vəsatəti rədd olunub.
Çaves 1995-ci ilin sentyabrın 11-də Mayami şəhərində bir məktəb avtobusunu saxlamış, içəri girib 9 yaşlı Cimmi Raysın başına tapança dayararaq onu qaçırmışdı.

Cimmiyə təcavüz edən Çaves qaçmağa çalışan uşağı öldürmüş, sonra da qurbanının cəsədini şaqqayalaraq sement saxladığı dibçəklərə gömmüşdü.

Cimminin məktəb çantası və Çavesin tapançası manyakın kirayədə qaldığı evin sahibi tərəfindən tapılmışdı.
Çaves tutulmuş, suçunu etiraf etmiş, uşağı basdırdığı yeri göstərmişdi.

Cimmi Raysın ailəsi isə sonradan "Cimmi Rays Girovlar və Qaçırılmışlar Mərkəzi" yaradaraq polisə itkin düşmüş uşaqların axtarışlarında yardım üçün xüsusi təlim keçmiş yüzlərlə köpək təhvil verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3867   Tarix: 17 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040