
ATV telekanalının aparıcısı Cavid Gül “Bu bir sirdir” verilişindən ayrılıb.
BiG.AZ axsam.az-a istinadən bildirir ki, teleaparıcı bu addımı öz istəyi ilə atdığını bildirib:
“Bu bir sirdir” verilişindən özüm ayrılmışam. Rəhbərlik də sağ olsun, anlayışla qarşıladı. Yəni ATV rəhbərliyi ilə dalaşmamışam, işdən qovulmamışam”.
Qeyd edək ki, Cavid Gül sözügedən telekanalda “Bığ” şousuna da aparıcılıq edir. “Bu bir sirdir” verilişini bundan sonra “Şən bazar” verilişindən tanınan İlhamə Bədəlova aparacaq.
Şikayətiniz varsa Whatsapp: 050 5165251
Bölmə: Şou biznes Oxunub: 3276 Tarix: 17.02.2014