Müğənni aparıcılardan narazılıq etdi: "Bəlkə mən də Əli Mirəliyev kimi olum?"

Müğənni aparıcılardan narazılıq etdi: "Bəlkə mən də Əli Mirəliyev kimi olum?"

Bir çox populyar mahnıların bəstəkarı, müğənni Nazim Məmmədov telekanallara az-az dəvət olunmağından gileylənib.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, ifaçı sosial şəbəkədə bununla bağlı yerli aparıcılara xitabən status yazıb. Həmin statusu təqdim edirik:

"Salam. Şəkildə gördüyünüz bu insanlarla ünsiyyətim çox əladır. Beynimdə olan bəzi suallara cavab tapmaq üçün sizin köməyinizə ehtiyacım var. Mən 12 yaşımdan səhnələrdəyəm. Mərhum ulu öndərin dəfələrlə xeyir-duasını almışam. Faiq Ağayev mənimlə razılaşar ki, 1997-1998-ci illərdə şou-biznes anlayışı yox idi. Yalnız peşəkar səhnə vardı. Mən oxuduğum illərdə AZTV və ANS fəaliyyət göstərirdi. "Space" daha yeni açılmışdı. Yəni, mən o gündən indiyədək ulduz ola bilərdim. Təbii ki, əgər istəsəydim. Yəni efir xəstəliyim yoxdur. Sosial şəbəkələrdə efirə çıxmağımı istəyənlər, az görünməyimdən şikayətlənənlər də var. Bu yazdıqlarım efirə çıxmaqla bağlı yox, niyə çıxmamağımla əlaqədardır. Məsələn, bu günə qədər bir dəfə də olsun İctimai kanalda qonaq olmamışam. Halbuki, orada da dostlarım çoxdur. AzTV-də ən son uşaqlıq illərimdə çıxışlarım olub. ATV-də ürəkdən görüşdüyüm dostlarımın verilişlərinə bir dəfə də olsun çağırılmamışam. Lider TV-də mənə ən yaxın guya Könül Kərimovadır. Onun da verilişinə nə vaxt baxırsan, ilk dəfə gördüyüm insanlar olur. Sağolsun Sərxan Kərəmoğlu bir dəfə dəvət etdi. Dostum, həmkarım Murad Arif həmişə soruşur ki, nə vaxt oxuyacaqsan? ANS-də dostum Elnarə və Turanın verilişinə qonaq olmuşam. "Space"in harada yerləşdiyi yadımdan çıxıb. Mənə ən çox diqqət yetirən Xəzər TV, "Lider"dən AZ production və Rəhim Rəhimli olub. Təşəkkür. Deməli, burada aparıcıların deyil, səhnəarxası insanların əməyi görsənir. Əgər yaradıcı insanı öz əsərləri və ifasıyla efirlərə çağırırlarsa, Allah təkəbbürlüyə yazmasın əlimdə hitim çoxdu. İfa etdiyim mahnılar da özümdən yaşda və sənətdə böyük bəstəkarlardandı. Bəs səbəb nədi? Bəlkə mən də Əli Mirəliyev kimi çıxım gördüyüm hər şeyi danışım? Məndə bilirsiniz nə sirlər yatır? Səbəbi tapmaqda yardımçı olun".

Məsələylə bağlı bəzi aparıcılar da şərh bölməsinə öz fikirlərini yazıb.

ATV telekanalında yayımlanan "Bığ" şounun aparıcısı Şəhriyar Əbilov üzülərək deyib ki, hər şey onun əlində deyil:

"Tək məndən asılı olsaydı, dəvət edərdim".

106.3 FM-in diceyi Kazım Sübhan isə müğənniyə xitabən bildirib ki, özünü heç kimlə müqayisə etməsin.

"Lider" kanalında yayımlanan "Solo" verilişinin aparıcısı Murad Arif də ondan asılı olmayan məqamların olduğunu yazıb:

"Yoxsa, məmnuniyyətlə, musiqiyə bələd olan, onu sevən bir insanla proqram təqdim edərdim. Sadəcə, prodüser lazımdır ki, işlərini mütəmadi şəkildə təqdim etsin. Səni çox istəyirik. İnşallah, gec olsun, amma güc olsun".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1994 Tarix: 17.02.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 17.02.2014
DUZ DEYIRDE GOZUMUZ YORULDU EYNI ADMLARI GORMEYDEN.
Yawin deyil,yawadiqlarin oyreder sene hayati
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
R788
R788 17.02.2014
xeber ucun tesekkurler Romantik
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər