Keyfiyyətsiz avtomobil ehtiyyat hissələri qəzalara səbəb olur - VIDEO

Keyfiyyətsiz avtomobil ehtiyyat hissələri qəzalara səbəb olur - VIDEOAzərbaycanda avtomobil ehtiyat hissələrinin vahid standartı olmadığından bu sahədə boşluq var. Ehtiyyat hissələri 3 qismdə istehsal olunur. Orijinal, zavodun lisenziyası əsasında fəaliyyət göstərən müəssisələr və qeyri-qanuni yolla istehsal edilən ehtiyat hissələri. Lakin 3-cü qism ehtiyyat hissələri bazarı ələ alıb ki, bunlar da əsasən Çin istehsalıdır. Malların ucuzluğu alıcı cəlb etsə də, keyfiyyətin aşağı olması sonradan ağır fəsadlara, bədbəxt hadisələrə gətirib çıxarır.

Statistika göstərir ki, yol qəzalarının baş verməsində keyfiyyətsiz ehtiyat hissələrinin rolu böyükdür. Qəza anında sürücü vəziyyətdən çıxa bilmir ki, bu zaman hadisə qaçılmaz olur.

Avtomobil hissələrinin satışı ilə məşgul olanlar deyir ki, satışda hər cür ehtiyyat hissələri olsa da, müştərilər daha çox ucuz malların arxasınca qaçırlar. Avropa ölkələrinin istehsal etdiyi hissələr daha etibarlı olduğu müştəriyə izah edilsə də, seçim yenə də müştəriyə qalır.

Avtomobil ustaları isə bu qənaətdədir ki, istismara yararsız olan bu cür ehtiyat hissələri tez sıradan çıxır. Bəzi sürücülər ehtiyat hissələrini özləri alıb gətirir və ustadan dəyişməsini istəyirlər.

Texniki Universitetinin avtomobil nəqliyyatı fakultəsinin dossenti Rauf Məmmədov təklif edir ki, bütün ehtiyat hissələri o cümlədən maşınların sükan və əyləc sisteminə məxsus olan ehtiyat hissələri, eləcə də şinlər sertifikatlaşdırılmalıdır. Və əlaqədar qurumlar nəzarəti gücləndirməlidilər.

Avtomobil üzrə ekspert, Rauf Məmmədov: "İstənilən bir metal təhlükə mənbəyi ola bilər. Əsas sükan tormoz sistemi üçün detallar daha etibarlı olmalıdır".

Avto ekspert hesab edir ki, satıcılar tərəfindən malın təminatı olmalı və sənəd formasında göstərilməlidir. Əks halda bundan qazanan bəzi iş adamları, başına iş gələn, itirən isə bizlərik. Statistikaya görə il ərzində ölkədə baş verən qəzalardan mindən çox itki veririk.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2924   Tarix: 16 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390