Kino aləmindən maraqlı faktlar

Kino aləmindən maraqlı faktlarBiG.AZ kayzen.az saytına istinadla bildirir ki,kino öz qaydaları ilə inkişaf edən böyük biznesdir. Yaradıcı əməyin və texniki imkanların birgə məhsulu olan kino istehsalı prossesi maraqlı hadisələrlə də yadda qalır.

Bir çox məşhur şirkətlər məhsullarını film vasitəsilə reklam edir. Reklamçıların dilində bu "Product plasement" (gizli reklam) adlanır. Amerika filmlərində ən çox istifadə olunan brendlərin reytinq cədvəli də var. Həmçinin hər il təqdim olunan "Brandcameo Product Placement Awards" mükafatı da təqdim olunur. Beləliklə, ən çox reklam olunan brendlər siyahısında birinci yeri "Apple" tutur. Brend 2010-cu ildə ABŞ-da hər 33 filmdən 10-da görünüb. İkinci yerdə – "Nike", "Chevrolet" və "Ford", üçüncü yerdə "Sony", "Dell", "Land Rover" və "Glock" şirkətləri dayanır.

"Dəmir adam" filmi 64 gizli reklama görə "Brandcameo" mükafatı qazanıb. "Uoll-Strit. Pullar yatmır" filmi isə gizli reklamı ən pis təqdim edən film adını alıb.

Kventin Tarantinonun "4 otaq" ("Four rooms", 1995) filminin titrlərində aktyor Brüs Uillisin adı yoxdur. Çünki B.Ullis filmdə pulsuz çəkilib (növbəti dəfə Tarantinonun filmində çəkilmək üçün). Qaydaları pozmamaq üçün Brüs Uillisin adını titrlərdən siliblər.

Ekranda ən çox görünən uydurma personaj – Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur ki, 66 filmdə canlandırılıb. Tarzan obrazı (üçüncü yer) isə 60 filmdə lentə alınıb.

Kino tarixində ən möhtəşəm dekorasiya "Məni sevən casus" filmindəki hovuzdur. Hovuz 4,5 milyon litr su, həqiqi supertanker və kiçildilmiş modeldə üç atom sualtı qayığı tuturdu.

Dünyada ən məşhur kinosüjet Zoluşka haqda nağıldır. Sakit, sadə, işgüzar qızın nağılı müxtəlif versiyalarda (musiqili, parodiya, cizgi filmi və s.) ekrana çıxıb.

Kino mütəxəssislərin fikrincə, "dünyada ən həyəcanlandırıcı film" Alfred Hiçkokun "Psixoz"udur. Onun ardınca Stiven Spilberqin "Çənələr" və Conatan Demminin "Quzuların susması" filmi gəlir. Qeyd edək ki, sonuncu 5 dəfə "Oskar"a layiq görülən yeganə trillerdir.

Ekranda görünən ən yaşlı aktrisa Janna Luiza Kalmandır. 114 yaşında "Vinsent və mən" adlı Kanada filmində özünü oynayıb. Yeri gəlmişkən, bu roldan sonra aktrisa daha 8 il də yaşayıb.

Kino aləmindən maraqlı faktlarHindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ-da arxada qoyur. 90-cı illərdə hind kinematoqrafçıları rekord sayda – ildə 900-dən çox film çəkiblər.

"Gənc ustad" filminin çəkilişi zamanı aktyor Ceki Çanın yelpiklə olan səhnəsi 1300 dubla çəkilib.

Ən çox ardıcıl çəkilən film (sikvel) Ceyms Bond haqqında serialdır. Agent 007 haqqında 40 ildə 23 film lentə alınıb. Bu zaman ərzində bir neçə rejissor və 007 obrazını canlandıran çoxlu sayda aktyor dəyişib.

Ən çox reklam olunan film Stiven Spilberqin "Yura dövrünün parkı"dır. "Universal" kino şirkəti filmin reklamı üçün 68 milyon dollar vəsait sərf edib. Bu da filmin büdcəsindən 8 milyon dollar artıq idi.

Amerika cizgi filminin banilərindən Uolt Disney ən çox – 26 dəfə "Oskar" mükafatına layiq görülmüş şəxs kimi kino tarixinə düşüb.

Hazırda Hollivudun ən bahalı aktrisası Nikol Kidmandır. Onun qonorarı bir film üçün orta hesabla 17 milyon dollardır. Növbəti yerləri Riz Uizerspun, Rene Zelveger, Dryu Berrimor və Kameron Dias tutur. Onlar bir filmə görə təxminən 12-15 milyon dollar qonorar alırlar.

Adətən filmlərdə mövcud olmayan telefon kod və nömrələrindən istifadə olunur. "Qüdrətli Brüs" filmində ilk dəfə olaraq əsl telefon nömrəsi istifadə olunub. Nömrənin sahibi kino şirkətini məhkəməyə verib. Çünki filmin təsiri altında minlərlə insan onun evinə zəng vururmuş.

Hollivudda pulun qədrini yaxşı bilirlər. Buna görə də əksər hallarda bir dekorasiya bir neçə filmdə istifadə olunur. "Geriyə, gələcəyə" filmindəki Hillvelli şəhərinin dekorasiyası isə bütünlükdə və ya qismən 1985-ci ildən sonra 104 filmdə istifadə olunub. S.Spilberqin "Yadplanetlilər" filminin dekorasiyası 37, Çaplinin "Qızıl axın" filmi üçün qurulan şəhər isə 200-dən artıq ekran əsərində istifadə olunub.

Kinoda ən uğurlu rejissor Stiven Spilberq hesab olunur. Demək olar ki, onun bütün filmləri hər zaman prokatlarda lider olub. "Yadplanetlilər" filmi isə Amerika kinosunun ən gəlirli filmlərindən sayılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2284   Tarix: 11 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489