Arvadını öldürən Azərbaycanlı: O, erməni kişi ilə mənə xəyanət etdi

Arvadını öldürən Azərbaycanlı: O, erməni kişi ilə mənə xəyanət etdi"O, heroin, kokain və ya metadon olan maddəni və iynəni gətirdi".

Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Vəfadar Əliyev Rusiya Federasiyasının Moskva şəhərində sevgilisi Yelena Dmitriyevanı və onun nənəsini öldürüb.

BiG.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, araşdırmalara görə, Vəfadar qeyri-rəsmi yaşadığı 1982-ci il təvəllüdlü Yelena Dmitriyevaya narkotik vasitələrdən istifadə etməməyi, həmçinin ona xəyanət etməsinə son qoymağı tapşırıb.

Yelena isə onun tapşırıqlarını yerinə yetirəcəyinə söz versə də, vədinə əməl etməyib. Həmçinin Yelenanın nənəsi, 1940-cı il təvəllüdlü Nadejda Morozova nəvəsini müdafiə edib. Bundan əsəbləşən Vəfadar qisas almaq məqsədilə nənə və nəvəni öldürmək qərarına gəlib.

13 noyabr 2006-cı il tarixdə, saat 21.00-da Moskva şəhəri Filevski bulvarı küçəsi 41 nömrəli evin 9-cu mənzilində Yelena Dmitriyeva Vəfadarla birlikdə olub. Həmin vaxt Nadejda Morozova evdə olmayıb. Yelenanın azyaşlı oğullarının yatdığını görən Vəfadar Əliyev onu öldürmək üçün əlverişli şəraitin yarandığını düşünüb. Vəfadar Əliyev məqsədini həyata keçirərək Yelenanı boğaraq öldürüb.

Bundan yarım saat sonra həmin mənzilə gələn Nadejda Morozovaya qarşı da fiziki zor tətbiq edib. O, kətan parçası ilə Nadejda Morozovanın boynunu sıxaraq onu öldürüb. Vəfadar Əliyev daha sonra azyaşlı oğlu Aleksey Əliyevi də götürərək mənzildən çıxıb. O, oğlunu anası Göyçək Əliyevaya verəndən sonra ayrı-ayrı ünvanlarda gizlənib.

Vəfadar Əliyev Rusiya Federasiyasında qətl hadisəsi törətdiyi üçün Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Rusiya polisi və prokurorluğu Vəfadar Əliyevin yerini müəyyən edə bilməyəndə onu beynəlxalq axtarışa verib. Vəfadar Əliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində saxlanılıb. Saxlanılan Vəfadar Əliyev Rusiyaya ekstradisiya olunmadığından Rusiyada aparılan istintaqın davamı Yevlax rayon Prokurorluğunda araşdırılıb.

Vəfadar Əliyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada baxılıb.

Vəfdar Əliyev ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O deyib ki, 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində Dmitriyeva Yelena Yuryevna ilə tanış olub və onunla evlənib. Onun sözlərinə görə, Yelena ilə rəsmi nikaha girməyib:

"3 iyun 2004-cü il tarixdə bizim Aleksey adlı övladımız dünyaya gəlib. Moskva şəhəri Filevski bulvarı küçəsi 41/9-da yerləşən mənzildə Yelena Dmitriyeva, onun nənəsi Morozova Nadejda Petrovna və azyaşlı oğlum Alekseylə birlikdə yaşamışıq. Əvvəllər Yelenanın mənə xəyanət etməsindən şübhələnmişəm. Amma buna yenə də inanmamışam. Lakin hadisə baş verməmişdən əvvəl Yelenanın erməni millətindən olan bir şəxslə mənə xəyanət etməsindən şübhələndim. Həmin erməni milliyyətindən olan şəxsi öz yanıma gətirtdim. Onu öz telefonu ilə Yelenaya zəng etməyə məcbur etdim. Həmin şəxs öz telefonu ilə Yelenaya zəng edərək onunla danışdı. Yelena ermənidən narkotik maddə istədi və ermənini çox istədiyini, onun üçün darıxdığını söylədi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Yelenanın ona xəyanət etməsinə tam əmin olub:

"Özümü alçalmış hesab etmişəm. Xüsusilə Yelenanın məni erməni millətindən olan bir şəxslə aldatması və oğlum Alekseyin anasının Yelena kimi əxlaqsız qadın olması mənə daha pis təsir etdi. 13 noyabr 2012-ci il tarixdə axşam saatlarında Yelena hamamda çiməndə onun qollarında narkotik vasitə qəbul elədiyini göstərən iynə izlərini gördüm. Ondan bunun səbəbini soruşdum. Yelena əvvəllər narkotik vasitə qəbulu ilə məşğul olmasını, hazırda isə narkotik qəbul etmədiyini dedi. Yelenanı dilə tutdum. Yelena istifadə elədiyi narkotiki göstərdi. O, heroin, kokain və ya metadon olan maddəni və iynəni gətirdi. Yelena öz anası Nadejda Petrovnanın narkotik vasitə qəbul elədiyini bildiyini, bunun üçün pul da verdiyini dedi. Həmin maddəni və şpris-iynəni Yelena unitaza atdı. Yelena etiraf etdi ki, mənim və anam Göyçəyin aldıqları qızıl zinət əşyalarını sataraq puluna narkotik vasitələr alıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, uşağı Yelenadan istəyib, lakin Yelena uşağı verməyəcəyini deyib:

"Aramızda yaranmış mübahisə zamanı parça ilə Yelenanı boğdum. Bundan təxminən yarım saat sonra Yelenanın nənəsi evə gəldi. Yelenaya narkotik üçün pul verdiyinə görə onu da boğaraq öldürdüm. Sonra bir kağıza "bu cinayəti mən etdim, Allah məni bağışlasın, Yelena mənə xəyanət edib, yalan danışıb, narkotik asılılığı var, nənəsi Nadejda da bütün bunlarda onu dəstəkləyir" məzmunlu yazı yazdım. Həmin yazdığım kağızı mənzilə qoydum. Yevlax rayonunda özüm üçün kənd təsərrüfatı ferması açmaq fikri olduğundan hadisədən bir gün əvvəl anam Göyçək Əliyeva mənim üçün Bakıya gəlməyə bilet almışdı. Səhərədək gözlədim. Səhər Alekseyi apararaq anama verdim və onu günorta Yelenanın götürəcəyini dedim. Anamın aldığı bileti götürərək aeroporta gəldim və oradan Bakıya uçdum. Yevlax şəhərində yaşayan nənəm Limonun evinə gəldim. 1-2 gün orada qaldım. Yelena ilə onun nənəsi Nadejdanı öldürdüyümü nənəmə dedim. Nənəm məni evdən qovdu. Oradan Bakıya gəldim. Bakı şəhərində həbs olunanadək yaşamışam".

Məhkəmənin hökmü ilə Vəfadar Əliyev 14 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Vəfadar Əliyevin barəsində olan hökmün ləğv edilməsini və ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini tələb edib. Prokurorluğun protestinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim Rövşən Rəfiyevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4324   Tarix: 13 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040