İbadət nədir?

İbadət nədir?Mənbə: http://zikr.az

      Allahın sevdiyi bütün əməllər ibadətdir. Allah insanları yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur:
"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (əz-Zariyat, 56).
Muaz ibn Cəbəl demişdir: "Bir dəfə mən Peyğəmbərin miniyinin tərkində yol gedərkən, o dedi: "Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı və qulların da Allah üzərindəki haqqı nədir?" Mən: "Allah və Onun rəsulu daha yaxşı bilir!"– dedim. O buyurdu: "Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Qulların Allah üzərindəki haqqı isə, Ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir" (Səhih əl-Buxari, 2856).
Abdullah ibn Məsud demişdir: "Bir dəfə mən Peyğəmbərdən soruşdum: "Allahın dərgahında ən böyük günah hansıdır?" O buyurdu: "Səni yaradan Allaha başqa birisini tay tutmağındır!" (Səhih əl-Buxari, 4477).
Bu ayə və hədislərdən məlum olur ki, yalnız Allah ibadət haqqına malikdir və Ondan qeyrisinə ibadət etmək ən böyük günahdır.
Uca Allah ibadəti yalnız bu iki şərtlə qəbul edir: 
1. İbadəti yalnız Allah üçün etmək. Uca Allah buyurur: "De: "Mən dinimi məhz Allaha məxsus edərək, yalnız Ona ibadət edirəm" (əz-Zumər, 14).
2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə yerinə yetirmək. Uca Allah yalnız Peyğəmbərin yoluna uyğun olan əməlləri qəbul edir. Peyğəmbər buyurmuşdur: "Kim bizim dinimizə onda olmayan bir şeyi əlavə edərsə, o rədd olunar." Yəni, həmin əməl qəbul olunmayacaq.
İbadətin bir çox növləri vardır. Bunlardan: 
Dua. Uca Allah buyurur: "Dini məhz Allaha aid sayıb, Ona dua edin!" (Ğafir, 14).
"Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki, o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər" (əl-Əhqaf, 5-6).
Kim Allahdan başqasına dua edərək ondan yalnız Allahın qadir olduğu bir şeyi istəyərsə, Allaha şərik qoşmuş olar. Sevgi, qorxu və ümid bəsləmə də ibadətin növlərindəndir və bunlar ibadətin sütunlarıdır. Təvəkkül də ibadətin bir növüdür. Bu, xeyir qazanmaq və ya zərəri dəf etmək üçün Allahın buyurduğu və izn verdiyi səbəblərdən tutaraq hər bir işi ürəkdən Uca Allaha həvalə etmək, Ona arxayın olmaq və Ona inanmaq deməkdir. Uca Allah buyurur: "Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Maidə, 23). Həmçinin, O buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər" (ət-Talaq, 3). 
Sığınmaq isə xoşa gəlməyən bir şeydən qorunmaq üçün Allahdan himayə və sığınacaq istəməyə deyilir. Uca Allah buyurur:
"De: Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən" (əl-Fələq, 1-2).
O həmçinin buyurur: "De: Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən" (ən-Nas, 1-2).
Qurban kəsmək isə Allaha yaxınlaşmaq məqsədilə xüsusi bir qaydada heyvanı kəsib qanını axıtmağa deyilir. Uca Allah buyurur: "De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (əl-Ənam, 162).
O həmçinin buyurur: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kovsər, 2).
Nəzir insanın hər hansı bir işi görməyi və ya vacib olmayan xeyirxah bir əməli yerinə yetirməyi özünə vacib etməsidir. Uca Allah buyurur: "Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar" (əl-İnsan, 7).
Bütün ibadətlər yalnız Allaha yönəlməli və Ondan qeyrisinə aid edilməməlidir. Həmçinin, ibadət üç qismə bölünür:
Birinci qism – qəlbə aid olan ibadətlərdir ki, buna sevgi, qorxu, ümid bəsləmək, təvəkkül etmək və s. aiddir.
İkinci qism – dilə aid olan ibadətlərdir ki, buna həmd etmək, "lə ilahə illəllah", "subhanallah" demək, bağışlanma diləmək, Quran oxumaq, dua etmək və s. aiddir.
Üçüncü qism – bədən üzvləri ilə olunan ibadətlərdir ki, buna da namaz, oruc, zəkat, həcc, sədəqə, cihad və s. aiddir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3825   Tarix: 10 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697