Quranın ən əzəmətli ayəsi

Quranın ən əzəmətli ayəsiMənbə: http://zikr.az

"Ayətul-kursi" - Kürsü ayəsinin təfsiri
"Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir" (əl-Bəqərə, 255).

Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər ona dedi: "Allahın kitabında ən əzəmətli ayə hansıdır?" O da: "Ayətul-kursi" - deyə cavab verdi. Peyğəmbər buyurdu: "Elm sənin üçün mübarək olsun, ey Əbul-Munzir!"
Bu əzəmətli ayədə başqa heç bir ayənin əhatə etmədiyi Uca Allahın bir neçə isim və sifətləri cəm edilmişdir. Bu ayə olduqca böyük məna daşıyan on cümlədən ibarətdir.

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur
İlah, məbud - ibadət edilən tanrı deməkdir. İbadət edilməyə layiq olan yalnız aləmlərin Rəbbi Allahdır. Uca Allah buyurur:
"Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız" (əl-Bəqərə, 21). Həmçinin, O buyurur:
"Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür" (əl-Həcc, 62).

Əbədi Yaşayandır (əl-Həyy) , bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum)
Bu iki isim Allahın isimlərindəndir. Bu iki isim Allahın bütün sifətlərinin və fellərinin kamilliyini özündə cəm edir. Sifətlərinin kamilliyi əl-Həyy adında, fellərinin kamilliyi isə əl-Qayyum adındadır. Çünki, əl-Həyy adının mənası kamil həyata sahib olan deməkdir. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. O, bütün kamil sifətlərə sahibdir. Onun elmi, qüdrəti, eşitməyi, görməyi və bütün digər sifətləri də kamildir.
əl-Qəyyum – O, həm Özünə, həm də bütün yaratdıqlarına qəyyumluq edəndir. Bütün məxluqlar Ona möhtacdır, O isə heç kəsə möhtac deyildir. Allahın qəyyumluq sifəti heç bir məxluqda yoxdur. Çünki, elə bir məxluq yoxdur ki, başqa məxluqa möhtac olmasın. Belə ki, biz işçilərə möhtacıq, işçilər də bizə möhtacdır; biz qadınlara möhtacıq, qadınlar da bizə möhtacdır; biz övladlara möhtacıq, övladlar da bizə möhtacdır; biz mal-dövlətə möhtacıq, mal-dövlət də qorunmaq və artırılmaq cəhətindən bizə möhtacdır. Beləliklə, bütün bunların hamısı Allaha möhtacdır. Uca Allah buyurur:
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir" (Fatir, 15).
Həmçinin, heç bir kəs başqasına mütləq şəkildə qəyyumluq edə bilməz, bunu ancaq dar bir çərçivədə edə bilər. Buna görə də Allah belə buyurur:
"Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi?" (ər-Rad, 33).

Onu nə mürgü, nə də yuxu tutar
Uca Allah əbədi Yaşayan və bütün yaratdıqlarının Qəyyumu olduğunu bəyan etdikdən sonra mürgüləmək və yatmaq kimi naqis sifətləri Özündən inkar etmişdir. Çünki, bu Onun həyatının və qəyyumluğunun kamilliyinə ziddir. Peyğəmbər demişdir: "Allah yuxuya getməz və yuxuya getmək Ona yaraşmaz." Uca Allah Qurani Kərimdə kamil sifətlərini bəyan etdikdə Ona yaraşmayan naqis sifətləri də Özündən inkar etmişdir. Bu, həm nöqsanı inkar etmək, həm də onun əksininin kamilliyini isbat etmək üçün edilir. Belə ki, kamil sifəti bəyan etmək çoxluğu bildirir və hər hansı bir nöqsanın olmasını mümkün edir. Lakin nöqsanı inkar edərək kamilliyi isbat etdikdə kamillik mütləq məna daşıyır və heç bir nöqsan ona aid olmur. Məsələn, "filankəs səxavətlidir" dedikdə onun əksər hallarda səxavətli olduğu nəzərdə tutulur. Lakin "filankəs səxavətlidir, xəsislik etmir" dedikdə bilinir ki, onun səxavəti kamildir, çünki, o, xəsislik etmir.

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur
Bu, Allahın mülkiyyətinin ümumiliyinə dəlalət edir. Ona görə də biz Allahın mülkiyyətində yalnız Onun razı qaldığı əməlləri etməliyik. Həmçinin, bu, hökm verməyin Allaha aid edilməsinə dəlalət edir. Çünki, hər şey Onun mülküdür. Həmçinin, insanın bunu bilməsi müsibətə düçar olduqda Allahın qəzavu-qədərinə razı qalmasına və təsəlli tapmasına yardım edir.

Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər?
Havadarlıq (şəfaət) etmək – xeyir əldə etmək və ya zərəri aradan qaldırmaq üçün bir kəsdən ötrü vasitəçilik etməkdir. Qiyamət günü Peyğəmbər ümməti üçün şəfaət edəcək. Şəfaət ilə bağlı məşhur hədislərin birində Peyğəmbər belə demişdir: "Qiyamət günü mən Rəbbimə dayanmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Nəhayət, mən deyəcəyəm: "Ey Rəbbim, məni "lə iləhə illəllah" deyən kimsələrə şəfaətçi təyin et." Allah buyuracaq: "Ey Muhəmməd, bu nə sənə, nə də bir kəsə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən "lə iləhə illəllah" deyən kəsləri odun içində buraxmayacağam."
Ayədə "Onun izni olmadan" sözləri Uca Allahın hakimiyyətinin və əzəmətinin kamilliyinə görədir. Allahın şəfaət etməyə izn verməsi üçün Allahın şəfaət edəndən və şəfaət olunandan razı olması şərtdir. Çünki, Allah buyurur:
"Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz" (ən-Nəcm, 26).
"Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər" (əl-Ənbiya, 27-28).

O, məxluqatın gələcəyini və keçmişini bilir
Uca Allahın elmi bəndələrinin elmi kimi deyildir. Onun elmi kamildir, O hər şeyi biləndir. Buna görə də O bütün məxluqlarının gələcəyini və keçmişini bilir.

Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər
Biz Allahın elmindən yalnız Onun bizə məlumat verdiyi şeyləri öyrənə bilərik. Onun elmi dedikdə Allahın ad və sifətlərinə dair məlumatlar da nəzərdə tutulur.

Onun Kürsüsü göyləri və yeri əhatə edir
Bu, Allahın böyüklüyünə dəlalət edir.

Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir
Göylər və yer Allahın qorumasına möhtacdır. Əgər Allah onları qorumasa, onlar yox olub gedərlər. Uca Allah buyurur:
"Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır" (Fatir, 41).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 7019   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917