"Yaxın zamanda internetin sürətini 100m/bitə çatdıracağıq" - Nazir

"Yaxın zamanda internetin sürətini 100m/bitə çatdıracağıq" - Nazir2013–cü il prezident İlham Əliyev tərəfindən İnformasiya Kommunikasiya ili elan edildi. Ötən ili son 10 ilin ən uğurlu ili kimi hesab etmək olar.

Ötən il Azərbaycan Kosmik ölkələr sırasına daxil oldu, süni peyk orbitə daxil oldu, rəqəmsal yayıma keçid başa çatdı, internetin inkişafında xeyli addımlar atıldı, bir neçə pozisiya üzrə həm MDB, həm də mərkəzi Asiya ölkələri arasında liderliyini qoruyub saxladı, internetin istifadə sıxlığı, əlçatanlığı inkişaf etdi, 4G-nin təbiqi, 3G-nin bütün ölkə ərazisində yayımı ilə əldə etdiyimiz uğurlarla yadda qaldı.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "2013 informasiya və kommunikasiya texnologiyaları ili" və ilk telekommunikasiya peykinin orbitə buraxılmasının bir ilinə həsr edilmiş konfransda deyib.

Nazir onu da bildirdi ki, ötən il ərzində nazirlik bir sıra beynəlxalq tədbirlərdə də iştirak edib:

"BMT-nin Baş Assambleyasının 67-ci ssesiyasında Azərbaycan və Benəlxalq Telekommunikasiya İttifaqına Avroasiyada rabitə alyansının yaradılması kimi böyük bir iş tapşırıldı, biz bu istiqamətdə ilkin mərhələni həyata keçirmişik. Avropa, İran və Frankfurt informastiv magistralı işə salındı, Trans Avroasiya super informasiya magistralı layihəsini həyata keçirmək üçün 5 böyük operatorla memorondum imzalanıb. Poçt sistemində uğurlar əldə etdik. Anoloq efir, teleqrafla vidalaşmaqla yadda qaldıq".

Nazir onu da bildirdi ki, İKT-nin inkişafı istiqamətində gələcəyə yönəlmiş planlar artıq hazırlanıb:

"Yaxın zamanda şəhərlərdə internetin sürətini 100m/bitə, kəndlərdə isə 30 m/bitə çatdırmağı planlaşdırırıq. Bundan başqa, İKT-nin inkişafı həm də AMEA və Təhsil Nazirliyi ilə əlaqələrə də təsir edir".

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən il əldə olunmuş naliyyətləri, həyata keçirilən layihələr, görülən işlər barədə məlumatlardan ibarət film də nümayiş edildi.

Həmçinin, "İKT ili" çərçivəsində keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırıldı. Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov da çıxış edərək informasiya kommunikasiya texnologiyalarının elmin inkişafına təsirindən danışdılar. "İKT ili"nin elmin müxtəlif sahələrində naliyyətlərin əldə olunmasına təsir etdiyini bildirdilər.

Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət oxundu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 174
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 287
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 227
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 473
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 193
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 412
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 528
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

16:57 77