Daha bir ölkə Xocalı soyqırımını tanıyacaq

Daha bir ölkə Xocalı soyqırımını tanıyacaqÖlkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Maria Çikoyo və Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı birgə bu gün mətbuat konfransı keçirib.

BiG.AZ-ın məlumatına görə, görüşdə çıxış edən qrupun rəhbəri, millət vəkili Fəzail Ağamalı Azərbaycanın İspaniya ilə müxtəlif sahələrdə əməkdaşlığının inkişafı üçün yaxşı imkanların olması, əlaqələrin genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin zəruriliyi vurğulayıb. Səfərin əhəmiyyətinə toxunan F.Ağamalı qeyd edib ki, İspaniyadan olan qonaqlar Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar veriblər.

Xose Maria Çikoyo isə əməkdaşlıın genişləndirilməsi üçün belə səfərlərin və görüşlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın işğalçılıq siyasətinə də toxunan X.M.Çikoyo deyib: "İspaniya bütün beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.Biz Azərbaycana qardaş ölkə kimi baxırıq. Səfər zamanı biz xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşdük. Görüş zamanı nazirdən xahiş etdik ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin sürətini bizə versinlər. Çünki biz İspaniya parlamentində BMT-nin qəbul etdiyi 4 qətnaməyə oxşar, o cümlədən Xocalı soyqırımı ilə bağlı sənədin qəbuluna çalışacağıq. BMT kimi nüfuzlu bir təşkilatın qəbul etdiyi qətnamələr kağız üzərində qala bilməz. Biz tələb edirik ki, Azərbaycana qarşı olan bu işğala son qoyulsun. Vətənimizə geri dönəndən sonra da bu məsələni gündəmdə saxlayacğıq".

O deyib ki, Bakıda olduqları üç gün ərzində regionda baş verən həqiqətlərlə yaxın tanış olublar, onlar İspaniyaya qayıtdıqdan sonra bu məsələni parlamentdə qaldıracaq və təxminən bir ay, ay yarımdan sonra müvafiq sənədin qəbul olunmasına nail olmağa çalışacaqlar.

Qeyd edək ki, İspaniya Parlamentinin 5 senator və 1 deputatdan ibarət qeyri-formal dostluq qrupu Azərbaycanda səfərdədir. Səfər zamanı qonaqlar Bakıda Baş nazirin müavini Əli Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə, həmçinin Milli Məclisdə görüşlər keçiriblər.

İspan deputat xatırladıb ki, 2012-ci ilin noyabrında Madriddə Azərbaycan günləri keçirilib. Onun sözlərinə görə, İspaniya parlamentində təşkil olunmuş Azərbaycan günləri millət vəkili Elxan Süleymanovun səyləri nəticəsində baş tutub: "Biz həmin vaxtlardan Azərbaycan haqqında daha geniş məlumatlar öyrənməyə maraq göstərmişik. Bundan sonra da Azərbaycana ən yüksək dəstəyimizi verəcəyik".

Azərbaycan Milli Məclisin deputatı Fəzail Ağamalı isə İspaniyadan olan qonaqlara Azərbaycanın mövqeyini dəstəklədikləri üçün təşəkkür edib. F.Ağamalı deyib: "Bu ilin may-iyun aylarında biz də İspaniyaya səfərə gedəcəyik. Həmin səfər zamanı da bu kimi məsələləri bir daha nəzərdən keçirəcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1413   Tarix: 26 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 332
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586