Ağadadaş Ağayevdən video ilə bağlı açıqlama

Ağadadaş Ağayevdən video ilə bağlı açıqlamaXalq artisti, müğənni Ağadadaş Ağayev bu gün onun barəsində yayılan video-görüntülərə çox sərt reaksiya verib.

BiG Az, ans press-in məlumatınaistinadən bildirir ki, ANS TV-nin "Adam İçində" verilişinə danışan müğənni video-görüntüləri yayanları təxminən tanıdığını bildirib:

"Bu adamlar mənim millətimin, xalqımın nümayəndələri ola bilməzlər. Bunları araşdırsalar, erməni kökənli çıxacaqlar. Bunlar erməni kökənli insanlardır. Hamısı qanun qarşısında cavab verəcək. Gözəl ölkəmin gözəl qanunlarına inanıram".

Xalq artisinin sözlərinə görə, bu hadisə onun üçün gözlənilməz olub: "Mənim üçün bu çox gözlənilməz əks-səda oldu. Biz hüquqi bir dövlətdə yaşayırıq. Gözəl qanunlarımız var. Mətbu orqanlar olsaydı, yenə də başa düşmək olardı, onların haqqı var idı ki, kiminsə şəxsi həyatı barədə məlumat versin. Sənət adamları cəmiyyətə məxsusdur. Onların şəxsi həyatından məlumat yaya bilər. Hansısa şəxsi bir insan fanatların səninlə görüşmək istəyir deyə, konsertdən sonra yorğunluğumu çıxaran məqamda, mənim sadəlövhlüyümdən, hümanistliyimdən istifadə edərək bundan istifadə ediblər. Onlara adam demək də düz deyil. Bunlar mənfi və pis niyyətli adamlardır. Əgər məni şantaj etmək məqsədi ilə buna əl atıblarsa, onda qanun qarşısında cavab verəcəklər. İnşaallah Allah böyükdür. Bir müğənni ki, damla-damla hörmət qazanır. Onlara insan da demək olmur. Bunlar erməni kökənli insanlardır. Məhkəmələr və müstəntiqlər bunu araşdıracaqlar. Çünki Azərbaycan milləti məni çox sevir. Qanun qarşısına həmin adamları çıxmağa məcbur edəcəyəm. Təxminən həmin insanların kim olduğunu bilirəm. Ondan sonra da xalqımıza hesabat verəcəyik. Mənim böyüklərimin qarşısında heç vaxt yaxam və ya bir duyməm açıq olmayıb. Ora mənim otağımdır, evimdir, harada qalıramsa, ora mənzilimdir. Yorğun gəlib istirahətimi etmişəm, çörəyimi yemişəm. Deyiblər ki, olarmı sizin fanatlar sizinlə görüşsün. Ancaq o niyyətdə fanatlar ola bilməz. Fanatların kim olduğunu onlar dərk edəcəklər. Fanatlarıma izn versəm, o insanları yerlə yeksan edəcəklər. ANS telekanalına və rəhbərliyə minnətdarlıq edirəm".

Ağadadaş Ağayev hazırda ölkədə olmadığını və xəstə uşağını müalicə etdiyini də sözlərinə əlavə edib: "Fevralın axırında vətənə dönəcəyəm. Xəstə uşağıma görə, bir ildir ölkəmdə deyiləm. Bu düşmən kimliyi olan adamları başa salacağam. Əslində onların kimliyi də yoxdur. Kimliklərini qanunla onlara başa salacağam. Mən həmişə xalqımdan sevgi görmüşəm. İndi də görürəm. Fanatlarım topa şəklində üstümə gəlib, çəkil çəkdiriblər. Bundan heç vaxt qorxmamışam. Ancaq bu adamlar erməni kökənli insanlardır. Bunlar xalqımın nümayəndələri ola bilməz. O insanlar qanun qarşısında cavab verəcək. O insanlara güzəşt etmərəm. Qəlbimə toxunan insanlara urəyi yumşaq olmuram. Hüquqi dövlətimə və qanunlarına inanıram. İnşaallah cavablarını alacaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2340   Tarix: 07 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 856
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 787
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 10145
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 463
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1064
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 487
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1726
.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 1056
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1478