Ərdoğan azərbaycanlı jurnalisti deportasiya etdirdi

Ərdoğan azərbaycanlı jurnalisti deportasiya etdirdiTürkiyədə nurçulara məxsus, ingilis dilində nəşr edilən "Todays Zaman" qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov Türkiyədən deportasiya edilib.

Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib.

R. T. Ərdoğan şikayətində M. Zeynalovun "Twitter"də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. Bunun əsasında Türkiyə Daxili İşlər Nazirliyi 5683 saylı "Əcnəbilərin Türkiyədə yaşaması və səyahət etməsi haqqında qanun"da yer alan "məmləkətdə qalması ümumi güvənliyə zidd sayılan əcnəbilər Daxili İşlər Nazirliyi tərəfindən müəyyən müddət ölkədən çıxmağa dəvət olunur. Bu müddətin sonunda Türkiyəni tərk etməyənlər deportasiya edilir" maddəsinə uyğun olaraq M. Zeynalovu ölkədən qovub.    

"Todays Zaman" qəzetinin baş redaktoru Bülənt Keneş qərarı pisləyərək M. Zeynalovun 10 mart 2014-cü il tarixinə qədər Türkiyədə çalışma izni olduğunu söyləyib: "Bunlar həm despot, həm də yalançıdır. Türkiyəni dədələrinin malı zənn edənlər Mahir Zeynalova 4 ildir verdikləri mətbuat kartını bu il heç bir əsas olmadan vermədilər. Qəbilə dövlətində belə, müəyyən hüquq var. Belə məlum olur ki, bizi idarə edənlərdə bu da qalmayıb. Təəssüf, çox təəssüf..."  

Bir müddət əvvəl hakim partiyanın sıralarından istefa verən millət vəkili, keçmiş futbol ulduzu, nurçu Hakan Şükür də öz "Twitter" səhifəsində fakta münasibət bildirib: "Siz mətbuat azadlığından danışırsınız?! TZ yazarı Mahir Zeynalovun deportasiyasına baxın..." 

Xatırladaq ki, Türkiyədə bir müddətdir hökumət partiyası ilə Fətullah Gülənin icması (nurçular) arasında müharibə davam edir. Nurçu və onlara yaxın şəxslər dövlət strukturlarından uzaqlaşdırılır.    


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2009   Tarix: 07 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 373
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 358
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 379
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1254
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 679
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 469
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 191