Möhtəşəm "sıla gecəsi̇" keçi̇ri̇ləcək

Möhtəşəm "sıla gecəsi̇" keçi̇ri̇ləcəkBiG.AZ-ın məlumatına görə, fevralın 14-də Sayqa Cahidin təqdimatında "Romance palace"-da Turkiyəli sənətçilər Cansevər, Özgür Alter, rəqqasə Samara və onlarla birgə səhnəni paylaşacaq Niyam Səlaminin iştirakı ilə "Sıla gecəsi" adlı möhtəşəm konsert keçiriləcək.

"Sıla gecəsi" Sivaslı və Ərzurumlular tərəfindən məmləkətdə duyulan sazlı-sözlü mahnılardan ibarət bir gecədir. Azərbaycanda buna aşıqların, şairlərin sözləri və şerləri ilə dolu saz və musiqinin vəhdətindən yaranan bir gece "bədiyyə gecəsi" də deyirlər.
Sıla sözünün təməli özü-özlüyündə sıra ilə hər gecə birinin evinə toplanaraq, elin-obanın adət -ənənələlərini özündə əks etdirən musiqilərin, mahnıların dinlənilməsindən qaynaqlanır.
Bu gecədə daha çox "türkü"lərə, dünənimizdən bugünə kimi gəlib çatan və bugün də sevilən Azərbaycan xalq mahnılarına yer veriləcək. Bu möhtəşəm gecədə dünənlə bugün birləşəcək.
"Sıla gecəsi"ndə sevilən, ən çox dinlənilən, dünənimizdən bizə miras qalan musiqilərimizə bugünümüzün müasirliyini qataraq tamaşaçılara təqdim ediləcək.
Konsertdə iştirak edəcək Türkiyəli sənətçi Cansevər Makedoniyada kasıb ailədə anadan olub. Onun məmləkətində daha çox tarlada çalışıblar və həmçinin çox uşaqlı və kasıb ailədən olan Cansevər də tarlada işləyib. Sənətçinin ilk dinləyiciləri də məhz tarlada çalışanlar və onun qonşuları olub. "Mən uşaqlığımı yaşamadım" deyən sənətçinin ilk səhnəsi Makedoniyada düyünlərdə olub. Sənətçi müğənni kimi tanınmazdan əvvəl bir çox müsabiqələrin qalibi olan və Makedoniyada fəaliyyət göstərən "Break-dans" qrupunda çıxış edib və səhhətindəki məlum səbəblərə görə rəqs qrupundan uzaqlaşıb.
Cansevərin ilk albomu və ondan sonra ard-arda çıxan dörd albomu da məhz onun anadan olduğu məmləkətdə işıq üzü görüb. Sənətçini Türkiyəyə gətirib çıxaran onun İbrahim Tatlısesin proqramına gəlişi və onunla təsadüfi görüşü olub.
15 ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərən Cansevəri türk bəstəkar və sənətçilərindən olan mahnıları, onun "türk sənət musiqisi"ni özündə əks etdirən ifaları sevilən sənətçiyə çevirib. Hal-hazırda müğənni türk seriallarından birində çəkilir.
Türk sənət musiqisilə dərindən, peşəkarcasına məşğul olan gənc, istedadlı sənətçi Özgür Alter və Cansevərin bir çox kliplərində çəkilən rəqqasə Samaranın və təbii ki, çox sevilən Cansevərin iştirakı ilə keçiriləcək möhtəşəm "Sıla gecəsi"ndə konsertin əvvəlində sevilən gənc, istedadlı mügənnilərimiz səhnədə yer alacaq.
Konsertin əsas hissəsində isə adlarını çəkdiyimiz Türkiyəli sənətçilər və həmçinin də Niyam Səlami öz canlı performansları və yeni mahnılari ilə tamaşaçıların qarşısında çıxış edəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 909   Tarix: 06 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040