"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu" - VIDEO

"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu". Bu sözləri XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib

BiG.AZ anspress.com-a istinadən bildirir ki, 90-dan artıq ölkənin iştirak edəcəyi olimpiadada ölkəmizi dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı təmsil edəcək.

XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva komandamız və onların Olimpiya kəndində yerləşməsi barədə saytımıza verdiyi açıqlamada bunları qeyd edib:

"Komandamız yerləşib. Hər şey normaldır, obyektlər hazırdır. Otellər işlək vəziyyətdədir, təşkilatçılıq yaxşıdır. Kanada, Özbəkistan və Qırğızıstan komandası qalacağımız yerə yaxındır. Havanın temperaturu da xoşdur. Düzdür, dağlıq hissədə soyuqdur, amma biz dağlıq hissədə deyilik deyə, burada hava yaxşıdır, günəşlidir".

Komandanın qarşılanmasında Azərbaycan Diasporunun nümayəndələrinin iştirak etmədiyini bildirən Könül Nurullayeva, həmçinin sosial şəbəkədə yayılan idmançılarımızın bayrağımızı tərs tutduqları fotoya da münasibət bidirib:

"Bu hal tələsdiyimiz üçün baş verib və idmançılarımız tərəfindən də diqqət edilməyib, yaxşı hal deyil. Başımız mərasimə qarışıq idi və volontyorlar da bayrağı milə tərs keçirərək veriblər. Biz də bunu sonradan görmüşük. Bu yaxşı hal deyil, buna görə də kefimiz pozulub, amma ki, bu, bilərəkdən olmayıb".

XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi 7 fevral tarixində keçiriləcək.

Fevralın 7-də rəsmi açılışı olan Olimpiyadada komandamız fevralın 16-dan etibarən yarışlarda iştitak etməyə başlayacaq.

Sonda, Könül Nurullayeva fiqurlu konkisürmə növü üzrə uğurlu nəticə əldə edəcəyimizi gözlədiyini vurğulayıb.

"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu" - VIDEO"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu" - VIDEO"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu" - VIDEO"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu" - VIDEO"Ən bahalı Olimpiya oyununda kefimiz pozuldu" - VIDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3688   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390