Qar yağanda işıqlar niyə sönür?-VİDEO

Qar yağanda işıqlar niyə sönür?-VİDEOAxı adiyyati qurumlar qış mövsümünə hazır olduqlarını, hələ üstəlik gücləndirilmiş iş rejiminə keçdiklərini dəfələrlə bildirmişdilər

Qarlı şaxtalı hava şəraitində bu dəfə əhalinin işığa, qaz olan təlabatının birə beş artdığı bir vaxtda bu təsərrüfatlar yenə də bir çox qəsəbələrdə problem yaratdı. Çünki, mavi yanacaq və elektrik enerjisinin bəzi ərazilərdə saatlarla olmaması soyuqdan donanların evdə də buzunun açılmasına imkan vermədi. Elə bu tip kommunal problemlə üzləşənlərdən biri də xalq artisti Alim Qasımov oldu. Ailəsi ilə birlikdə soyuqdan donan xanəndə adiyyati qurumlar qarşısında həyəcan təbili çaldı. Abşeron rayonu Güzdək qəsəbəsinin sakini olan Alim Qasımovun həyat yoldaşı qar yağandan elektrik enerjisinin tez - tez kəsildiyini bildirir və günlərdir ki, Güzdək sakinlərinin elektrik enerjisi sarıdan əziyyət çəkdiyini deyir.

Alim Qasımovun həyat yoldaşı, Tamella Qasımova: "Yenə qaz gəlir, pis deyil. Amma işıq demək olar ki, yoxdur. İşıq közərir. Gündə 5-6 dəfə yanır keçir işıqlar. Axşam yenə ayıldım gördüm ki, ev buz kimidir. Evdə kombilər də işıqla işləyir. İşıq sönən kimi həyat ölür". 

Analoji vəziyyət Sumqayit şəhəri , Qobu, Hökməli, Sulutəpə qəsəbələrində də yaşanır.

Elektrik enerjisi ilə yanaşı mavi yanacağında olmaması sakinlərin vəziyyətini daha da acınacaqlı edib. Çarəsizlikdən Bakının beş addımlığında olan qəsəbələrin sakinlərinin odun- ocaqla evi qızdırmaları sadəcə gülüş doğurur. Axı adiyyati qurumlar qış mövsümünə hazır olduqlarını, hələ üstəlik gücləndirilmiş iş rejiminə keçdiklərini dəfələrlə bildirmişdilər. Bəs elə isə problem yaranmasına səbəb nə oldu?

Məsələn, Azəriqaz İstehsalat Birliyindən mavi yanacağın verilməsindəki fasilələrin yaranmasına səbəb kimi 3 magistral qaz xəttində yaşanan nasazlıqları göstəririlər. Yanvarın 31-i Masalli, Tüklə, Lerik torpaq sürüşməsi nəticəsində magistral qaz xəttində yaranan problem cənub bölgəsində, fevralin 1-də Böyük şor xəttində yaranan sızma Sabunçu, Suraxanı rayonlarında, Qaradağ, Sumqayıt magistral kəmərdə yaranan partlayış isə Abşeron və Sumqayıtda mavi yanacağın kəsilməsinə səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 707   Tarix: 03 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740