SOS: Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!

SOS: Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!Uşaqlarda onurğa əyilmələri nə üçün artıb?

Son illər uşaqlarda onurğa sümüyü problemlərinə tez-tez rast gəlinir. Həkimlərin qeyd etdiyinə görə, hazırda 50 faiz uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9 faiz uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir. Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə "sağlam onurğa - sağlam insan deməkdir" ifadəsini işlətmirlər. Uşaqlarda onurğa problemləri, səbəbləri və qarşısının alınması yolları ilə bağlı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dossenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva ilə söhbətləşdik.

S.Vəliyeva ailem.az-da bildirib ki, uşaqlarda onurğa sümüyü problemləri əsasən 6-7 yaşlarında başlayır. Onun sözlərinə görə, bu problemin əsas səbəbi məktəbdə yazı stolunda düzgün oturuşun olmaması və məktəb çantalarının ağırlığıdır: "Onurğa sümüyü bədənin ən vacib orqanlarından biridir. Çünki bədənin duruşunu təşkil edən məhz sümük sistemidir. Yapon təbabətində, onurğa sümüyünü insanın energetik oxu adlandırlar. Uşaq vaxtı əmələ gələn onurğa sümüyü probleminin fəsadları böyüdükcə artır. İndiki dövrdə şagirlərin məktəb çantaları çox ağırdır. Onlardan bütün dərs kitablarının məktəbə gətirilməsi tələb edilir. Bu ağırlıq uşaqlarda onurğa sümüyünü əyir. Uşaqlar idmanla demək olar ki, məşğul olmadıqlarından onlarda tez bir zamanda belə problemlər yaranır".

Pediatrın sözlərinə görə, onurğa əyilmələrinə səbəb olan digər amil isə bədəndə kalsium çatışmazlığıdır. O qeyd edib ki, uşaqlarda 6-7 yaşda çox sürətlə boy artımı prosesi gedir. Qidada kalsiumun miqdarı az olduqda isə sümüklərdə problem yaranır.

S.Vəliyeva onurğa problemlərinin yaranmasının qarşısının alınması üçün valideynlərə öz tövsiyələrini verib: "Həb şəklində olan kalsium preparatlarını yalnız həkimin təyinatı ilə istifadə etmək olar. Amma uşaqda allergiya yoxdursa, onların qida rasionlarında ağartı məhsulları yer almalıdır. Süd, pendir, kəsmik, qatıqdan istifadə edilməlidir. Hamı elə düşünür ki, kalsium daha çox südün tərkibində olur. Amma pendirdə daha çoxdur. Südə meyilli olmayan uşaqlar gün ərzində 2-3 dilim pendir yeməlidirlər".

Həkimin dediyinə görə, uşaqda onurğa problemlərini vaxtında aşkar etmək və bununla bağlı tədbirlər görmək lazımdır: "Uşaqlarda yaranan onurğa problemlərini valideynlər çox vaxt hiss etmirlər. Ona görə bununla bağlı həkimə də müraciətlər olmur. Onurğa əyilmələrini valideynlər yox, daha çox həkimlər müəyyən etməlidir. Həkimin borcudur ki, uşağı müayinə edən zaman onu göbəyədək soyundurub, onurğanın vəziyyətinə baxsın. Uşaq ayaq üstə, boş vəziyyətdə dayanmalı, həkim həm qabaqdan, həm də arxadan onurğa sümüyünə diqqət yetirməlidir. Uşaq əllərini boşaldaraq, çanağı tərpətmədən irəli əyilməlidir. Bu vəziyyətdə uşaqda hər iki tərəfdən qabırğalar eyni dərəcədə çıxmalıdır. Əgər bir tərəfdən qabırğa çox, o biri tərəfdən az hiss olunursa, bu problemin olmasından şübhələnmək lazımdır. Belə hallarda uşaq mütləq rentgen və ya kompüter tomoqrafiyasına göndərilməlidir. Həkimin təyinatına uyğun olaraq, uşağın oturuşunu, yerişini nizamlamaq, müalicəvi masajlar etdirmək lazımdır. Uşaq hərəkət etməlidir, daha yaxşı olardı ki, valideyin onu idmana göndərsin".

Məktəb çantalarının yaratdığı problemlərə toxunan Sənubər xanım bildirib ki, beldə daşınan çantalar daha təhlükəlidir: "Çox vaxt valideynlər elə düşünürlər ki, çiyində yox, beldə aparılan çantalar daha yaxşıdır. Onlara elə gəlir ki, uşağın çiyni bir tərəfə əyilməsə, onurğa problemləri yaranmayacaq. Amma bu, heç də belə deyil. Beldə daşınan çantalar məcbur edir ki, uşaq boynunu qabağa əysin. Bu isə boyunda əyrilik yaradır və belə fəsadlar çox çətinliklə aradan qaldırılır. Onurğa problemləri körpəlikdə əmələ gəlirsə, sonralar inkişaf etməyə başlayır. İrəli gedən skoliozu dayandırmaq çox çətindir. Bəzən həkimin təyin etdiyi müalicə də effekt verməyə bilir. Ona görə də bu problemdən qorunmaq üçün əsas profilaktikadır. Çalışmaq lazımdır ki, uşaqlarda onurğa əyilmələri baş verməsin. Bunun üçün valideynlərə məsləhət görərdim ki, evlərində uşaqlar üçün turniklər düzəltsinlər. Uşaq özünü çəkə bilməsə də, sadəcə ordan tutub sallansın. Övladını idmana göndərmək istəyən valideyinlər isə üzgüçülük və rəqsə üstünlük versinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3548   Tarix: 05 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292