Deputat: "Ölən insanlardan orqan götürülməlidir"

Deputat: "Ölən insanlardan orqan götürülməlidir""Ölən insanların daxili orqanlarından bəziləri götürülməlidir". BiG.AZ-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva çıxış edib. Q. Paşayeva deyib ki, beyin ölümü keçirən insanlardan orqan alınması məqsədəuyğundur: "Azərbaycanda bununla bağlı gözəl bir qanun qəbul edilsə də, tətbiq olunmur. Böyrək, qaraciyər köçürülməsinə ehtiyacı olan xəstələr ölkəmizdə əməliyyat olunur. Amma onlar üçün yalnız sağlam insanlardan orqan götürülür. Xəstənin yaxınlarından biri öz orqanını verir. Bu da o deməkdir ki, sağlam insanların səhhəti yenə təhlükə altına alınır. Hazırda dünyanın bütün inkişaf etmiş ölkələrində ölən insanlardan orqan götürülməsi sistemi inkişaf edib". Q. Paşayeva bildirib ki, hazırda Azərbaycanda, ümumiyyətlə, beyin ölümünün konkret təyin mexanizmi də bəlli deyil: "Bu vacib məsələ qısa müddətdə həll olunmalı, qanunun işə salınaraq insanların səhhətinin qorunmasına yönəldilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2159   Tarix: 05 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040