Rəsulzadə nəticələrinin gözü ilə: "Onun evinin yerində metro tikdilər"

Rəsulzadə nəticələrinin gözü ilə: "Onun evinin yerində metro tikdilər"Onlar babalarını görməyiblər. Daha doğrusu, ulu babaları həyatdan köçəndə onlar hələ doğulmamışdı. Yalnız ailələrindən, atalarından, analarından eşidiblər Rəsulzadənin kim olduğunu. Əslində Rəsulzadə kim idi? 130 illiyini qeyd edəcəyimiz Məmməd Əmin Rəsulzadəyə onun nəticələri Əli Məmmədov və Əhməd Salamovun gözü ilə baxmağa çalışacağıq. Hər ikisi tələbədir, Əli Məmmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində, Ə. Salmanov isə Xarkov Dövlət İqtisad Universitetində təhsil alır. M. Ə. Rəsulzadənin nəticələri babaları haqqında düşündüklərini danışır.

-M. Ə. Rəsulzadənin nəticələri olaraq onu necə tanıyırsınız, evdə onun haqqında nələr danışıblar?

-Rəsulzadənin Azərbaycanın milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və kəşməkəşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri kimi taniyirıq! O, dahi şəxsiyyət olub. Sevmirəm onun nəticəsinin oğlu olduğumu deyəm. Təəssüf edirəm ki, əhalinin əksəriyyəti onu tanımır, tanıyanlar isə az məlumatlıdır. Məsələn, çoxları bilmir ki, Stalini Bakıda neft quyusunda batırmaq istəyirdilər, onunla tanış olan Rəsulzadə onu xilas etdi. Bu yaxşılığı unutmayan Stalin bolşeviklər tərəfindən tutulan dostu Rəsulzadəni xilas etdi. Stalin istəyirdi ki, Rəsulzadə Moskvada onunla birlikdə çalışsın, lakin onların siyasi baxışları fərqli olduğu üçün, Rəsulzadə uzaqlaşdı.

-Rəsulzadənin xatirə olaraq hansısa əşyaları qalıb?

-Çox təəssüf edirik ki, ona aid bizdə heç bir şey qalmayıb. Çünki o zaman bolşeviklər onu axtarırdılar və daima başqa-başqa yerlərə gedirdi. Həbs olunandan sonra bolşeviklər tərəfindən hətta ailə üzvləri də sürgün edildi. Buna görə də bu günə qədər ona aid xatirə olaraq heç bir əşya bizdə qalmayıb.

-Rəsulzadə haqqında ictimaiyyətə məlum olmayan hansısa informasiya varmı sizdə?

-Xeyir, demək olar ki, elə bir məlumatımız yoxdur.

-Rəsulzadə Azərbaycandan kənarda, Türkiyədə vəfat etdi. Yaxınlarından kimlər var idi onun yanında?

-Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən xəstə yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O vəfat edəndə bizim qohumlardan onun yanında heç kəs yox idi, yalnız ikinci həyat yoldaşı Vanda xanım var idi.

-Rəsulzadənin Türkiyədə silahdaşı olan Cəmil Ünal bu gün mənə müsahibsində bildirdi ki, Rəsulzadənin 1918-ci ildə qaldırdığı bayrağı, yəni özü ilə Türkiyəyə gətirdiyi bayrağı 1992-ci ildə Əbülfəz Elçibəyə veriblər. Qohumlarınızda həmin bayraqla bağlı hansısa məlumat varmı?

-O bayrağın hazırkı taleyi ilə məlumatsızıq, amma yəqin ki, Azərbaycandadır!

-Rəsulzadənin Bakıda yaşadığı ev olub. O evin taleyindən xəbəriniz varmı?

-Bəli xəbərimiz var. Rəsulzadənin Bakıda yaşadığı ev, indiki Nizami metrosunun yerləşdiyi yerdə olub, səhv etmirəmsə 70-ci illərdə Nizami stansiyasının tikilişi zamanı o ev sökülüb. Rəsulzadənin Bakının Novxanı kəndində doğulduğu ev isə hazırda uşaq bağçasıdır. Bəli, oranın uşaq bağçası kimi istifadəsi yaxşıdır, amma bu vaxta qədər ondan da gözəl, müasir standartlara cavab verən uşaq bağçası başqa yerdə tikilə bilərdi və o evdə muzey kimi fəaliyyət göstərə bilərdi. Təəssüf edirəm ki, o evdə Rəsulzadəyə aid heç nə qalmayıb.

-Hökumət Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam imzalayıb. Bunu necə qiymətləndirirsiniz?

-Təbii ki, yüksək qiymətləndiririk, amma bu sərəncam çoxdan imzalanmalıydı. Düşünürəm ki, bu sərəncamın siyasi məqsədi var. Hesab edirik ki, bu görülən və görülməli olan işlərin çox az hissəsidir. İlk öncə Novxanıdakı doğulduğu evi onun muzeyi kimi görmək istərdik.

-Bu gün Rəsulzadə irsinə iddia edən siyasi partiyalar var. Onlardan kimsə sizin taleyinizlə maraqlanıbmı, yaxud əlaqə saxlayırlarmı?

-Şəxsən bizimlə heç kim maraqlanmayıb və heç kim də əlaqə saxlamayıb. Ola bilər ki, digər qohumlarla maraqlanıb əlaqə saxlayırlar.

-Rəsulzadənin nəsilindən olan insanlar bu gün əsasən hardadırlar və hansı işlərlə məşğuldurlar?

-Rəsulzadənin nəslindən olanlar əsasən Azərbaycanda yaşayırlar və onlar Azərbaycanımızın qorunması, müstəqilliyi və inkişafı üçün bir vətəndaş olaraq əllərindən gələni edirlər.
Mənim nənəm savadsız olub, çünki onların oxumaq imkanı olmayıb. Onlar mühacirət həyatı yaşayıblar, hər cür qorxu və çətinliklər içində. Yaşadığı çətin həyat onu gələcək həyatında dözümlü bir qadın kimi formalaşdırıb. O telefonçu işləyirdi. Nənəmlə babam savadsız olmalarına baxmayaraq, övladlarına təhsil verməklə onlara gözəl bir həyat bəxş etmişdilər. Beş övladından 4-ü ali təhsil almışdı. Rəsulzadə nəsli əsasən ziyalılardan ibarətdir, başda Rəis Rəsulzadə olmaqla. O çox gözəl pedaqoq və gözəl rəssamdır. O mənə qısa zamanda rəssamlığın ən çətin sirlərini öyrətdi. Biz Rəsulzadə nəsli olduğumuz üçün, bizim nəslin özünə məxsus adət və ənənəsi var. Ali təhsil almaq və savadlı olmaq.

-Nəslinin daha hansı özünəməxsus adətləri var?

-Təhsil almaqdan başqa digər adətlərimiz də var. Tariximizi nəslin hər bir nümayəndəsi çox gözəl bilməlidir. Böyüklərə hörmət, kiçiklərə yardım etmək, yalan danışmamaq və dürüst olmaq. Həmçinin dözümlü olmaq. Biz böyüklərimizi tez-tez ziyarət edib daima bir-birimizdən xəbərdarıq, biz bayramlarda nəslin yaşıllarının görməyə gedirik və belə tədbirlərdə tez-tez bir yerə yığışırıq. Ən böyük adətlərimizdən biri də böyüklərimizdən bizə keçən heç kəsin qarşısında baş əyməməkdir.

-Dözümlü olduğunuzu deyirsiniz. Rəsulzadə də uzun yol keçib və bu yolu ancaq dözümlü olduğuna görə gedə bilib.

-Bəli, bu bizdə irsidir. Dözümlülük bizim qanımızdadır. Bildiyiniz kimi, Rəsulzadə çox böyük bir əziyyətli yol keçib, amma o çətinliklər onu əyə bilməyib. Onu fikirlərindən, ideyalarından döndərə bilməyib. Yəqin ki, biz onun nəslindən olduğumuz üçün bizə də ondan keçib.

-Özünüz hansı fəaliyyət göstərirsiniz?

-Hələ ki, tələbəyəm, təhsil alıram. Bu sahəni özüm seçmişəm, çünki çox yaradıcı və maraqlı işdir. Gələcəkdə isə magistraturanı xaricdə oxumaq istərdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2452   Tarix: 31 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181