Asif Əliyev: "İlham Mirzəyev məndən 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi"

Asif Əliyev: "İlham Mirzəyev məndən 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi"Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
BiG.AZ xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyev ifadə verib. O, deyib ki, barəsində olan cinayət işini mətbuatdan bilib. Onun sözlərinə görə, cinayət işi ilə də tanış olmayıb. O, bildirib ki, iyulun 13-də vergilər nazirliyinin qarşısında olarkən telefona evdən zəng gəlib: "Dedilər ki, evə polis əməkdaşları gəlib. Onlarla telefonda danışarkən barəmdə şikayət olunduğunu və 26-cı polis bölməsinə çağırdılar. Məndə həmin bölməyə getdim. Bölmədə mənə dedilər ki, barəmdə şikayət edilib və buna görə də məni Yasamal rayon Polis İdarəsinə apardılar. Baş idarədə müstəntiq Ceyhun Mahmudovun qəbulunda oldum. Müstəntiq mənə dedi ki, adam vurmusan. Sonra müstəntiq mənimlə alver etməyə başladı. Müstəntiq dedi ki, bu iş "zakaz"dı. Müstəntiq dedi ki, İlham Mirzəyevə 150 min manat verməlisən, yoxsa sən həbs ediləcəksən".
Asif Əliyevin sözlərinə görə, İlham Mirzəyevin qohumu ilə ailə həyatı qurub: "Sonradan İlham Mirzəyev bizim ailə işlərimizə qarşışdı. Bizə gəlirdi və yoldaşımı öyrədirdi. Ona deyirdi ki, özünü bıçaqla, saçlarını yandır, sənin arxadan mən dayanmışam. Belə-belə sözlərlə bizim ailəni dağıtdı. Sonrada canlı yayımda barəmdə təhqiredici ifadələr işlətməyə başladı. İlham Mirzəyev mənim evimə hücum edib və dəfələrlə məni tutdurmaqla hədələyib. İndi deyir ki, ona hücum etmişəm, maskalı şəxslər olub. Hanı həmin maskalı şəxslər? Ortalığa çıxarsın".
Daha sonra prokuror Rizvan Soltanovun suallarını cavablandıran Asif Əliyev deyib ki, həyat yoldaşı Aysel İlham Mirzyevin daysı qızıdır. O, deyib ki, hadisə baş verən gün və həmin ərəfədə evdə olub: "Evdə anam, bacım, bacımın yoldaşı və uşaqları olub. Hər həftənin 3-cü günü "Space" kanalında yayımlanan verilişinə baxırdıq. Həmin verilişə baxmaqda məqsədimiz haqqımzda dediyi sözləri eşitmək olub. O, məni və ailə üzvlərimi verilişdə təhqir edirdi. Istintaqda ilkin ifadəmdə bunları deməmişəm. Çünki ilkin olaraq "istintaq"ı ciddi qəbul etməmişəm. Müstəntiq bitrinci gündən mənimlə ciddi söhbət etməyib. O, mənimlə alver edib. Orada təkcə kassa çatışmırdı".
Onun sözlərinə görə, İlham Mirzəyev canlı yayımda onun adını çəkməsə də, evində baş verənləri sadalayırmış. O, deyib ki, ailə qurmamışdan əvvəl nikah müqaviləsinin bağlanmasını qarşı tərəf istəyib: "Nikah müqaviləsi 2012-ci ilin aprelində bağlamışıq. Onlar tələb edirdilər ki, müqavilə qızın qarantiyası ilə bağlı olub. Müqavilə bağlamaqda İlham Mirzəyevin təsiri olub. O, mənə psixoloji təsir göstərib. Deyiblər ki, müqavilə bağlamasa qızı verməyəcəklər. Mən burada çox şeyi danışmaq istəmirəm. Həbs olunamışdan əvvəl İlham Mirzəyev 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi. Mən İlham Mirzəyevə hücum etməmişəm, məndə də bıçaq olmayıb. Bunlar iyrənc böhtandır".
Məhkəmənin gedişi zamanı hakim 5 dəqiqəlik fasilə elan edib. Fasilədən sonra Asif Əliyevin vəkili Abuzər Mütəllimov deyib ki, İlham Mirzəyev dəhlizdə olan iş üzrə şahidlərə təzyiq edib. Onun sözlərinə görə, şahidlərin üstünə hücum çəkən teleaparıcı onları hədələyib. İlham Mirzəyev Asif Əliyevin anasını xristian adlandırıb. Vəkil İlham Mirzəyevin barəsində tədbir görülməsini hakimdən istəyib. İlham Mirzəyev isə belə halın olmadığını deyib. Hakim isə məhkəmə nəzarətçilərinə şahidlərin yanına heç kimin buraxlmaması barədə göstəriş verib: "Belə bir hal məhkəmənin adına yaraşmaz".
Bu zaman İlham Mirzəyevin vəkili xanlar Bayramzadə də telefon aşkar edilib. O, həmin telefonunun İlham Mirzəyevə məxsus olduğunu deyib. Hakim onları prosesdə səs-yazmaqda ittiham edərək deyib ki, telefonla məhkəmə zalına daxil olmaq qadağan olunub. İlham Mirzəyev isə telefonla səs yazmadıqlarını diqqətə çatdırıb. O, həmçinin Asif Əliyevin ünvanına təhqir edici ifadələr işlədib. Asif Əliyev İlham Mirzəyevin barəsində tədbir görülməsini hakimdən xahiş edib: "Hörmətli hakim, İlham Mirzəyev məni təhqir edir. Mənə vicdansız, əclaf deyir. Bununla bağlı tədbir görnməyinizi xahiş edirəm. Hakim İlham Mirzəyevə xəbərdarlıq edəndən sonra şahid qismində Asif Əliyevin anası Ludmila Əliyeva dindirilib. O, deyib ki, iyunun 11-də, 12-də və 13-də Asif Əliyev evdə olub və heç bir yerə getməyib. O, İlham Mirzəyevin və anasının oğlunun işlərinə qarışdığını, ailəsinin dağıldığını deyib. İlham Mirzəyev isə şahidin dediklərinə belə münasibət bildirib: "Mənim şərəfim, nüfuzum tapdalanıb. Bu araşdırılmır. Burada nikah müqaviləsi müzakirə edilir".
İlham Mirzəyev hakimi yumşaq danışmaqda ittiham edib və deyib ki, işə ciddi yanaşsın. Hakim teleaparıcıya xəbərdarlıq edəndən sonra Asif Əliyevin anasını bunları deyib: "Hörmətli hakim, oğlumun işinə ədalətli baxın. Yoxsa özümün yandıracam".
Bu zaman İlham Mirzəyev təqsirləndirilən şəxsə qatil deyib. Asif Əliyevin vəkilləri hakimin diqqətinə çatdırıb ki, İlham Mirzəyev təqsirləndirilən şəxsin təqsirsizlik prezumsiyasını pozub və Asif Əliyevi qatil adlandırıb. Hakim növbəti dəfə İlham Mirzəyevə xəbərdarlıq edərək zalı tərk etməsini istəyib. İlham Mirzəyev deyib: "Mən zaldan çıxsam gedib yazacaqlar ki, hakim İlham Mirzəyevi zaldan çıxartdı".
Daha sonra hakim İlham Mirzəyevi zaldan çıxartmayıb və tərəflərə xəbərdarlıq edib: "Burada özbaşınalıq lazım deyil. Mətbuatda yazır. Məcbur etməyin ki, səalhiyyətlərimdən istifadə edim və ciddi tədbir görüm".
Daha sonra şahid qismində Asif Əliyevin bacısı Sevil Bağırova və bacısını həyat yoldaşı Fikrət Bağırov ifadə verib. Onlar deyiblər ki, iyunun 12-dən 13-nə keçən gecə Asif Əliyev evdə olub və evdən heç yerə getməyib. Məhkəmə fevralın 5-də davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2504   Tarix: 31 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960