Elza Seyidcahan: Mənim ailəmin dağılmasının səbəbkarı... MÜSAHİBƏ

Elza Seyidcahan: Mənim ailəmin dağılmasının səbəbkarı... MÜSAHİBƏTənha qadın, susma, danış... Bu məşhur ifadə, bəlkə də, çoxlarını qorxudur. Hər halda aldığım "yox" cavabları bu fikri söyləməyə əsas verir. Kimlərsə yaşadıqlarını xatırlamaqdan, kimlərsə gizlətdiyi keçmişini dilə gətirməkdən çəkinir. Amma səhnəmizin cəsarətli xanımı bu məsələdə də fərqləndi. Müğənni Elza Seyidcahan susmadı.

BiG.AZ saytı, ailəm.az-a istinadən əməkdar artistin müsahibəsini təqdim edir.

"Ailə Elzanın dünəni, bu günü, sabahıdır. Dünən yaşadıqlarıma görə Allaha çox şükr edirəm. Ailə mənim sənətimdir. Əgər sənətimdə geriləmə olarsa, deməli, bu, ailədə baş verənlərdən qaynaqlanır".

- Tənha qadın olaraq ailənin yükünü daşımaq çətin deyil ki?

- Mən yalnız bir ailənin yükünü daşısaydım, onda nə var idi ki?! Mən həm də bəşəriyyətin yükünü daşıyıram.

- Maraqlıdır, sizi bu qədər güclü edən və ya stimul verən nədir?

- Düşmənlərin mənə atdığı daşlar... Nə qədər çox daş atarlarsa, bir o qədər çox həyata bağlanaram. Düşmənlərimdən xahiş edirəm ki, mənə daş atın. Zirvəyə çatmaq üçün ayağımın altına yığacağım bu daşlara ehtiyacım var.

- Bəs sevgi? Deyirlər, qadını həm güclü, həm də zəif edən sevgidir.

- Mənim sevgiyə ehtiyacım yoxdur. Ailəm, doğmalarım, sənətimi sevən insanlar tərəfindən çox sevilirəm. O qədər çox sevilirəm ki, qarşı cinsin sevgisi yaşadığım sevgilərin içində çox aciz qalır.

- Yəni Elza Seyidcahan üçün bir kişi tərəfindən sevilmək, diqqət mərkəzində olmaq bir o qədər də önəmli deyil?!

- Hər zaman demişəm, yaxşı ki, o sevgi yoxdur. Çünki mənim sevgim sənətimdir. Qarşı cinsin sevgisindən fərqli olaraq məni qısqanmır, incitmir, alçaltmır. Nə yaxşı ki, məni alçaldan, incidən sevgi yaşamıram. Sənətim mənə həm sevgini yaşamağı, həm dünyanı gəzməyi, həm də minnətsiz çörək yeməyi nəsib edir. Bir sözlə, heç kimdən asılı deyiləm. Hər zaman demişəm ki, kişilər kişisi mənim sənətimdir.

- Amma qadın ən çətin anında rahatlıqla söykənə biləcəyi bir kişi çiyninə ehtiyac duyur.

- Mənim arxamda məni sevən xalqın məhəbbəti dayanır.

- İstərdim bir az da ailəli Elza Seyidcahanın yaşadıqlarından danışaq. Erkən ailə qurmağınıza səbəb nə idi?

- 20 günün içində ailə qurdum. 19 yaşımda artıq 2 uşaq anasıydım. Buna görə də Allaha şükür edirəm. Heç peşman da deyiləm. İnanın səbəbini heç özüm də anlamıram. Keçmiş həyat yoldaşım məni gördü, sevdi. Və tezliklə toy oldu. Amma mən planlaşdırırdım ki, 5 ildən sonra - ali məktəbi bitirib ailə quraram.

- Ayrılanda bəzi xanımlar toy şəkillərini yandıraraq, guya keçmişini məhv etməyə çalışır. Bəs siz necə, belə addım atdınız?

- Yox, mən toy şəkillərimi saxlayıram. Yerini də bilirəm. Baş verənlərdən asılı olmayaraq o, mənim həyatımın özəl günlərindən biri idi. Keçmişi nə silmək, nə də unutmaq olar. Heç bir zaman keçmişimə qarşı heyfsilənməmişəm. Əslində, mən həyatın əsl üzünü o zaman yox, imkanlı vaxtlarımda dərk etmişəm. Gec də olsa... Amma nə yaxşı ki, dərk etdim.

- Yaşadığınız ayrılığa görə kimi qınayırsınız? Sizcə, günahkar kimdir?

- Qayınanam... Mənim ailəmin dağılmasının səbəbkarı qayınanam idi. Bəlkə də yaxşı edib. Çünki qayınanam ailəmi dağıdaraq mənə ən böyük yaxşılığı etdi. Özü də bilmədən bugünkü Elzanın var olmasına səbəb oldu. Ona bir daha təşəkkür edirəm. Bir qayınanama, bir də anama minnətdaram. Biri ailəmi dağıtdı, biri isə məni bu uçurumdan xilas etdi.

- Amma nədənsə mübarizə aparmaq istəmədiniz...

- Buna ehtiyac yox idi. Çünki qısqanclıq olanda artıq hər şey bitir. Amma qayınanamdan öyrəndiyim müsbət şeylər çox oldu. Məsələn, evdarlıq... Mən qəfildən ailə qurduğum üçün təcrübəm yox idi. Anam mənə ev işlərini gördürmürdü. Amma qayınanam mənə o qədər çox iş gördürdü ki, axırda "Zoluşka" kimi evdarlığı bacardım. Bir müqayisəni etmək istəyirəm. Bizim evdə süd daşanda anam məni döyürdü, amma qayınanam deyirdi ki, "mama qurban, əl dəymə, dövlətli olacağıq, südümüz daşdı". (gülür)

- Elza Seyidcahan bir qayınana kimi... Maraqlıdır, sevgi məsələlərində övladlarına nə dərəcədə azadlıq verir? Seçimlərinə müdaxilə edirmi?

- Demək olar ki, bu mövzuda onlara kifayət qədər azadlıq vermişəm. Amma nəticədə son sözü deyib, xeyir-dua verən də məhz mənəm. Etiraz etdiyim vaxtlar da olub. Bir dəfə oğlum mənə ailə qurmaq istədiyi qız haqqında danışanda ona etirazımı bildirdim. Oğlum da sözümü eşidib, o qızdan ayrıldı. Amma bu ayrılıq qarşılıqlı anlaşma nəticəsində oldu. Çünki oğlum söylədiklərimin həqiqət olduğunu anlayıb mənimlə razılaşdı.

- Ekstravaqant xanım olaraq bir çox xanımlardan seçilirsiniz. Bu fərqlilik çox zaman sizi qınaq obyektinə də çevirir. Bəs övladlarınızın "ekstravaqant ana"ya münasibəti necədir?

- Övladlarım məni hər zaman belə gördükləri üçün artıq öyrəşiblər. (gülür) Hətta hərdən görürəm ki, onlar da mənim kimi qeyri-adi geyinirlər. Əvvəl təəccüblənsəm də, sonda öz-özümə deyirəm ki, "ay Elza, axı onlar sənin uşaqlarındır. Başqa cür ola da bilməz".

- Sonda istərdim ki, ailənizlə bağlı hansısa sirri bizimlə bölüşəsiniz.

- Əslində, müsahibə zamanı bu günədək demədiyim bir çox şeyləri dedim. Amma sirrə gəlincə, bu məqamda susmaq istəyirəm. Çünki sirrin hər zaman sirr olaraq qalmasını istəyirsənsə, susmağı bacarmalısan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1251   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083