Rəsulullahın işi hökmən qələbə çalacaqdır

Rəsulullahın işi hökmən qələbə çalacaqdırMənbə: http://zikr.az

      Suraqa ibn Malik demişdir: "Bizə kafir qureyşlilərdən nümayəndələr gəldi və bildirdilər ki, onlar Allahın Elçisini və Əbu Bəkri əsir tutmağa və ya öldürməyə görə, onların hər biri üçün veriləcək qanbahasına bərabər mükafat verəcəklər. Mən qəbiləmiz Bəni Mudlicin yığıncaqlarından birində olarkən həmin o nümayəndələrdən biri də oraya gəlib, bizim oturmağımıza baxmayaraq, aramızda ayaqüstdə dayandı və dedi: "Ey Suraqa, mən indicə sahildə bir qaraltı gördüm və mənə elə gəlir ki, gördüyüm Muhəmməd və yoldaşlarıdır!"
Mən anladım ki, bu, həqiqətən onlardır, amma o nümayəndəyə dedim: "Doğrusu, gördüyün onlar deyil, sənin gördüyün bizim gözümüzün qabağında yola çıxmış filankəs və filankəsdir".
Bundan sonra mən hələ bir müddət yığıncaqda qaldım, sonra qalxıb evə getdim və köləmə tapşırdım ki, təpəliyin arxasında olan atımı gətirib mənim üçün hazır saxlasın. Özüm isə nizəmi götürüb arxa qapıdan çıxdım, nizənin dəmir ucluğunu yerlə sürüyə-sürüyə və nizənin özünü isə mümkün qədər aşağıda tutaraq, atıma yanaşıb mindim və onu dördnala qovdum.
      Mən onlara yaxınlaşarkən atım büdrədi və mən yerə yıxıldım. Qalxanda əlimi ox qabına uzadıb oxlardan götürdüm və onlara hər hansı bir zərər verib-verməyəcəyimi bilməkdən ötrü fala baxmağa başladım. Falın nəticəsi uğursuz oldu. Falın uğursuz nəticəsini nəzərə almayaraq, mən yenə də atıma minib dördnala çapdım. Bir az sonra Allahın Elçisinin ətrafına baxmadan Quran oxuduğunu eşitdim, amma bu zaman Əbu Bəkr tez-tez o tərəf bu tərəfə boylanırdı. Elə bu anda atımın ayaqları dizlərinə qədər yerə batdı və mən yenə də onun üstündən yıxıldım. Mən acıqlanaraq atın üstünə qışqırdım, o da fınxıraraq güclə ayaqlarını yerdən çıxarıb ayağa qalxdı və bunun nəticəsində tüstüyə bənzər toz sütunu göyə qalxdı. Sonra mən yenə də oxlarla fal açdım və bəxtimə təkrarən arzu etmədiyim şey çıxdı. Belə olduqda, mən onları çağırıb dedim ki, onlara heç bir pislik etmək istəmirəm və bundan sonra onlar dayandılar və mən da atıma minib onlara yaxınlaşdım.
      Mən hansısa bir qüvvənin mənə mane olduğunu başa düşəndə düşündüm ki, Allahın Elçisinin işi hökmən qələbə çalacaqdır. Odur ki, mən ona dedim: "Həmqəbilələrin sənin başına, qanbahasına bərabər mükafat təyin ediblər."
      Mən qureyşlilərin onların əleyhinə qəsd hazırlamasını açıb danışdım, sonra da yola götürdüyüm azuqəmi və bəzi şeyləri onlara təklif etdim, amma onlar heç nə götürmədilər və Allahın Elçisi məndən: "Bizim haqqımızda heç kimə danışma" sözündən başqa məndən heç nə soruşmadı. Mən isə ondan xahiş etdim ki, mənə "mühafizə fərmanı" yazsın və onun tapşırığı ilə Amir ibn Fuheyrə dəri parçası üzərində onu mənim üçün yazdı. Bundan sonra Allahın Elçisi yoluna davam etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2923   Tarix: 27 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs

08.08.2022 5220
.

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc

03.04.2022 6246
.

Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO

Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub

02.05.2022 5096
.

Kərbəlada FACİƏ: Türbə çökdü, dağıntılar altından meyitlər çıxarılır - VİDEO

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb. Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb. İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntıla

22.08.2022 5531
.

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı

09.04.2023 3796
.

Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA

Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək

22.03.2022 7354
.

Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO

Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )

21.04.2023 3502
.

İnsan ölən zaman nələr görür və nələr baş verir?

Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:. İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mə

10.04.2022 6208
.

Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış

12.08.2022 5183