Şou-biznesimizin məşhur bacıları: "Elçilərimizin sayı..."

Şou-biznesimizin məşhur bacıları: "Elçilərimizin sayı..."Tanınmış müğənni Sevil və Sevinc bacılarının müsahibəsi.

- Müğənni olmaq qərarına necə gəldiniz?

Sevinc: Bizi ilk dəfə xalamız "kəşf" etdi desək, yanılmarıq. Məhz, o, bizim gözəl səsə malik olduğumuzu aşkarladı və bizə müğənniliyi tövsiyə etdi. Biz də onun təkidi və təklifi ilə "Yeni Ulduz" müsabiqəsinin seçim turuna qatıldıq. Turu uğurla keçib əsas iştirakçıların siyahısına düşdük. Beləliklə də səhnə fəaliyyətimizə start verdik.

- Valideynləriniz bunu necə qarşıladı?

Sevil: Çox yaxşı. Onlar da bizə dəstək oldular. Düzdür, indi Rusiyada yaşamaqlarına baxmayaraq, yenə də bizdən öz köməklərini əsirgəmirlər. Həm maddi, həm də mənəvi olaraq həmişə bizim yanımızdadırlar.

- Görünüşünüz kimi xasiyyətiniz də eynidir?

Sevil: Əslində görünüşcə bir az fərqlənirik. Diqqətlə baxanda bunu görmək olar. Xasiyyətcə isə, demək olar ki, tamam fərqli insanlarıq. Məsələn, Sevinc çox ürəyiyumşaqdır. Kin saxlaya bilmir. Mən isə gözümdən düşən insana tərəf bir də daha baxmıram. Hətta görsəm ki, yanımda yıxılıb, onu qaldırmaram.

- Bir-birinizdən başqa nə ilə fərqlənirsiniz?

Sevinc: Sevil çox gözəl yeməklər bişirə bilir. Mən isə bunu bacarmıram (gülür).

- Geyimləriniz həmişə eyni olur?

Sevinc: Bəli, biz həmişə və hər yerə eyni geyinirik.

- Belə çıxır ki, zövqləriniz eynidir.

Sevinc: Zövqlərimiz hər baxımdan üst-üstə düşür.

- Hara hansı paltarı geyinəcəyinizə özünüz qərar verirsiniz?

Sevil: Demək olar ki, özümüz qərar veririk. Amma ola bilər ki, səhnəyə və efirə çıxanda müəyyən insanlarla məsləhətləşək.

- Ailə qurmaq barəsində hələ düşünmürsünüz?

Sevinc: Xeyr, indi yalnız sənət barəsində fikirləşirik.

- Sonucu dəfə sizə nə zaman elçi gəlib?

Sevil: Dəqiq yadımızda deyil, amma bu yaxınlarda da gələn olub. Ümumiyyətlə, elçilərimizin sayı kifayət qədərdir.

- Şou-biznesdə sizi gözü götürməyənlər çoxdur?

Sevil: Ümumiyyətlə, biz həmişə demişik ki, biz şou-biznesdə deyilik. Yəni bu sahə bizə tamamilə yaddır. Biz, sadəcə olaraq, sənətimizi, potensialımızı göstərmək üçün bu sahədəyik.

- Sənət bir yana, bəs qazanc sizin üçün önəmli deyil?

Sevinc: Təbii ki, önəmlidir. Əgər qazanc olmasa, irəliləyiş də olmaz. İnanın ki, biz qazancımızın hamısını mahnılarımız, oranjmana və s. xərcləyirik. Yəni əlimizdə olanın hamısını sənət üçün "dağıdırıq".

- Qazandığınız pul bütün bunlara yetirmi?

Sevinc: Yetməyəndə atam da bizə köməklik edir.

- Siz sənətə gələndə sizə dəstək olanlar kimlər oldu?

Sevil: Tam səmimi deyirik ki, səhnəyə çıxmazdan öncə ətrafımızda olan insanlardan hansısa məsələdə köməklik istəyəndə heç biri dəstək olmadılar. Halbuki, buna onların imkanı və gücü yetirdi. Hərəsi bir yana çəkildi. Biz məşhurlaşandan sonra isə yenidən bizim ətrafımızda olmağa çalışdılar. Lakin biz onları qəbul etmədik.

- İctimai nəqliyyatdan istifadə edirsiniz?

Sevinc: Hərçənd Sevil desə də ki, bu, bir az yaxşı hal deyil, amma mən hər şeyi bir kənara qoyub bəzən ictimai nəqliyyatdan asanlıqla və tam sərbəst şəkildə istifadə edirəm.

- Sizcə, hansınızın istedadı bir qədər daha üstündür?

Sevil: Biz onu deyə bilmərik. Çünki fikir fikirdən üstündür. Hər bir layihəmizin, atdığımız addımın üstündə nəinki ikimiz, hətta bir komanda şəkilində düşünürük. Buna görə, bir neçə baş eyni vaxtda işlədiyi üçün planlarımız kifayət qədər uğurlu alınır.

- Gələcəyə dair planlarınız nələrdir?

Sevinc: Hal-hazırda yeni mahnılar üzərində işləyirik. İnşallah, uğurlu alınacağına və dinləyicilər tərəfindən seviləcəyinə inanırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6185   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352