Şəhid hərbçilərimiz haqda ən son xəbərlər

Şəhid hərbçilərimiz haqda ən son xəbərlər

Şəhid hərbçilərimizin cənazələri ailələrinə bu gün təhvil veriləcək

Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərinin ekspertizası bu gün başa çatacaq. Meyitlərin şəhidlərin yaxınlarına saat 11.00-da təhvil veriləcəyi gözlənilir. Bu barədə məlumatı ANS PRESS-ə şəhid Fərid Əhmədovun dayısı Aslan Bayramov verib.

Qeyd edək ki, ötən gün saat 16.00 radələrində cəbhə xəttində Azərbaycan tərəfinə təhvil verilən iki şəhidin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyindədir. Meyitlər ekspertizadan keçirilir. Bu məqsədlə şəhidlərin valideynlərindən qan analizləri götürülüb.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

******

Şəhid hərbçilərimiz haqda ən son xəbərlər

******

Fərid Əhmədov`un anası:"Bu gün ən dəhşətli günlərimdən biridir"

Şəhid hərbçilərimizin valideynləri qan analizi veriblər.
Təmas xəttində şəhid olmuş iki Azərbaycan hərbçisinin, Milli qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun valideyinləri Bakıda Məhkəmə-Tibbi Ekspertiza İdarəsində qan analizi veriblər. Valideyinlər təxminnə 3 saata yaxın ekspertiza idarəsində olublar.

Fərid Əhmədovun anası Nərgiz Əhmədova ANS-ə müsahibəsində bildirib ki, onun qanı ilə oğlunun qan qrupu eynidir: "Bu gün ən dəhşətli günlərimdən birini yaşayıram. Oğlum vətən uğrunda həlak olub. O, vətənpərvər və qeyrətli oğul idi. Üç aydır balamın yolunu gözləyirəm, bu gün onu qarşılamağa gəlmişəm".

Qeyd edək ki, artıq hərbçilərin meyiti Azərbaycan tərəfinə təhvil verilib.

******

Şəhid hərbçilərimiz haqda ən son xəbərlərCəsədi düşmən əlində olan şəhid zabitimizin atası dünyasını dəyişdi

Milli Ordunun 42 gün əvbvəl döyüş bölgəsində həlak olan zabitləri- 34 yaşlı kapitan Əhməd Abdullayev və 24 yaşlı baş leytenant Fərid Əhmədova bu günə qədər şəhid statusu verilməyib.

Qeyd edək ki, srağagün hər iki şəhidin 40 mərasimi olub və orada yüzlərlə insan iştirak edib.
Məlumata görə, yas mərasimində bu vaxta qədər hər iki hərbçiyə şəhid statusunun veriləməməsindən narahatlıq ifadə olunub. Cəlilabadın axundu Hacı Malik bildirib ki, hər iki zabitə şəhid statusu verilməlidir: «Yəqin ki, hökumətimiz tezliklə bunu nəzərə alacaq».
Milli Ordumuzun zabiti kapitan Əhməd Abdullayev şəhid olandan sonra Cəlilabadda dəfn edilsə də, baş leytenant Fərid Əhmədovun cəsədi hələ də düşmənin əlindədir. Fərid ailənin yeganə oğlu olub. Onun 40 mərasimindən 3 gün əvvəl atası vəfat edib. Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub. Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalıb. Ermənilər meyiti qaytarmaqdan imtina edirlər.

*******

Şəhid hərbçilərimiz haqda ən son xəbərlərAzərbaycanlı əsir Ermənistanda başına gələnləri danışdı (eXclusive)

Eldar Tağıyev güclü təzyiqlərlə üzləşdiyini deyib

Tovuz rayonunun Əlibəyli kənd sakini, Ermənistanda 1 ilə yaxın girovluqda saxlanılmış və noyabrın 4-də Azərbaycan tərəfinə təhvil verilmiş Eldar Tağıyev artıq ailəsi ilə birlikdədir. 10 ay erməni girovluğunda olan və noyabrın 4-də Azərbaycana təhvil verilən Eldar Tağıyev ANS-ə eksklüziv müsahibə verib. O, Ermənistanda başına gələnlərdən danışıb. Amma Əlibəylidəki evində deyil, Tovuz rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinə yerləşdirilib. Onun səhhəti ilə bağlı müəyyən şübhələrin mövcudluğu buna əsas yaradıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinin müdiri Nazəkət Tağıyeva bildirib ki, Eldar Tağıyev gələndə təziqi bir az yüksək olub, indi ümumi vəziyyəti normaldır.

Eldar Tağıyev əsir düşməsinin təfərrüatları haqda danışıb: "Balıq tutmağa düşdüm, üşüdüm sonra siqaret çıxardım. Baxanda gördüm iki silahlı, daha sonra bir nəfər yaxınlaşdı. Onlar məni maşına mindirib apardılar".

Eldar Tağıyevin sözlərinə görə, onu əvvəlcə 2 gün İcevanda saxlayıblar, sonra isə İrəvana aparıblar. Daha sonra təzyiqlər yolu ilə Ermənistan telekanallarında yalan ifadələr verməyə məcbur edilib.

"Məni məcbur edirdilər deyim ki, mən Vətəni istəmirəm, orada yaşayış yoxdur. Guya qaz, işıq yoxdur. Cavab verdim ki, bizdə hər şey var. Soruşdular niyə keçmisən? Dedim məni, balıq tutanda tutublar",- deyə Ermənistanda girovluqda saxlanılan Eldar Tağıyev bildirib.

Ona üçüncü ölkəyə getməyi təklif ediblər, amma bununla razılaşmayıb. Vətənə dönmək istədiyini söyləyib. Onun sözlərinə görə, əvvəlcə güclü təzyiqlər göstərilsə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşları ilə görüşündən sonra vəziyyəti normallaşıb. O, İrəvandakı təcridxanada başqa azərbaycanlıları da görüb.
"Mən siqaret çəkməyə gedib-gələndə 2 nəfər gördüm. Onlarla maraqlananda biri Ağdam, digəri isə Goranboydan olduğunu dedi. Sonra eşitdim ki, may ayında Rafiq adlı biri əsiri Beynəlxalq Qızıl Xaç Komitəsi aparıb"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12242   Tarix: 07 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 357
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 272
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 199
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 166
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 339
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 463
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 771
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 182
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 259