Mənsum İbrahimovun həyat yoldaşı xanəndənin ev sirrlərini açdı

Mənsum İbrahimovun həyat yoldaşı xanəndənin ev sirrlərini açdıBiz ancaq onları görürük - uğurlu, güclü, bacarıqlı, şöhrətli və s. Onların bir də görünməyən tərəfləri var. Yarıları! Tanınmışların stimulu olan insanlar. Yarları! Bu layihəmizdə məşhurları tam tanımaq imkanınız olacaq. Onları həyat yoldaşlarından dinləməklə, həm də o stimulun özünü tanımaqla!

**
Qarşımda elə bir qadın oturub ki, özümü lap orta məktəbdəki kimi həyəcanlı hiss edirəm, əlim- ayağım dolaşır. Zarafat deyil, ilin-günün bu vaxtı belə müəlliməyə rast gələ bilməzsiniz. Evində dörd uşağı var, amma elə ağız dolusu "uşaqlarım" deyir ki, görürsən, bütün sinfi nəzərdə tutur. 239 saylı məktəbin coğrafiya müəlliməsidir. Parfümləri və çiçəkləri sevdiyini bildirir. Sonra söhbətə uşaqları ilə başlayır:

- Kaş ki sinifdə görüşərdik. Sizi uşaqlarımla da tanış edərdim. Bilirsiz nə yaxşı uşaqlardı?!

Parfümlərdən, çiçəklərdən, onlara qulluqdan, təhsil sistemindən və daha nələrdən, nələrdən danışandan sonra mövzumuza gəlirik. Xalq artisti, şöhrət ordenli Mənsum İbrahimovdan danışmağa başlayır:

- Evdəki Mənsum başqa, xanəndə Mənsum başqa. Ona tamaşaçı gözü ilə baxıram. Oxuyanda tamaşaçı kimi dinləyir, müsahibələrini tamaşaçısı kimi oxuyuram.

- Biz xanəndə Mənsum İbrahimovu tanıyırıq. Səhnədən çox mehriban və mülayim görünür. Səhnədədir deyə elə görünür, yoxsa...

- Elə, mehriban və mülayim insandır. Əgər o, özünü məcbur elə aparsa, siz onu o dəqiqə duyarsınız. Həmişə deyir, əgər səmimi olmasam, mənə birinci öz ailəm deyəcək ki, olduğun kimi deyilsən. Həqiqətən onu necə görürsünüz, elə insandır. Çox səmimidir. Dünyada insanın özü kimi olmasından gözəl heç nə yoxdur. İnsan özü kimi olanda ona həyatda yaşamaq asan olur.

- Belə bir fikir var: "Sənət adamının ailəsi olmur". 30 ilə yaxındır evsiliz...

- Bəli, 1986-cı ildən evliyik.

- Təcrübəniz nə deyir? O fikir niyə yaranıb? Günah kimdədir?

- Bu, insanın əxlaqından irəli gəlir. Əgər insanın əxlaqında problem varsa, hansı peşənin sahibi olur olsun, ailə quranda özünü göstərəcək.

- Siz ailə quranda evinizdə "Sənət adamının ailəsi olmur" söhbəti müzakirə olundu?

- Əlbəttə! Amma ailəmiz Mənsuma arxayın idi. Biz bir kənddənik. Bir məktəbdə oxumuşuq. Kənd yeridir, hamı bir-birini tanıyır. O, həmişə mənim üçün çox fərqli insan olub. O biri oğlanların elədiyi yüngül hərəkətləri heç vaxt eləməzdi. Yerli-yersiz danışım, şit zarafatlar eləyim, özümü zorla kiməsə qəbul elətdirim. Eləməzdi! Elə indi də elədir.

- Elə necə? Məsələn, evdəki Mənsum müəllim necədi?

- Uşaqların, evin, ailənin qayğıları ilə yaşayan atadır. Ailə qayğılarından vaxt tapan kimi də mətbuatı izləyir, mütaliə eləyir, qəzəllər oxuyur.

- Bir sözlə, evdə də işləyir?

- Hə! Bir sənətçi kimi evdə də öz üzərində işləyir.

- "Evə iş gətirməyi"nə etiraz etmirsiniz?

- Yox, o evdə olmayanda biz darıxırıq. O xaricdə olanda elə bil, evdə hava çatışmır. Düzdür, səfərdədirsə də uşaqların hamısına ayır-ayrı zəng edib hallarını soruşur, qayğıları ilə maraqlanır. Bakıdadır, işi yoxdursa, bütün zamanını ailəsinə, uşaqlarına ayıracaq. Uşaqları Azərbaycanın bütün rayonlarında gəzdirib. Təzə mahnı yazdırıbsa, ilk dinləyicisi uşaqlardı. Evdə dinləyirik və hamımız fikrimizi bildiririk.

- Məsələn, sabah tamaşası var. Bu gündən tamaşaya hazırlaşır. Necə hazırlaşır?

- Daha çox evdə olmağa çalışır. Biz də bacardığımız qədər onu ev-ailə qayğılarından azad eləməyə çalışırıq. Tamaşasının uğurlu keçməsi üçün şərait yaradırıq.

- Üç qız, bir oğlan. Eşitmişəm ki, hamısı da çox savadlı uşaqlardı.

- Özüm dərs demişəm. Mənsum da bu işdə mənə arxalanıb deyə, bu bir az da məsuliyyətimi artırıb. Zəhmətkeşdilər, Universitetə özləri qəbul olublar. Ümumiyyətlə, bizim ailə çox zəhmətkeşdir. Qızların ikisini ərə vermişik, bir yaş iki aylıq nəvəmiz var.

- Üç qızdan sonra oğul atası olmaq onu ata kimi dəyişib?

- Övladlarına fərq qoymur. Amma təbii ki, oğlumuz İbrahimin tərbiyəsinə xüsusi diqqət ayırır. Məsələn, qızlarımız o yaşda olanda Mənsum hər şeyi daha çox mənə həvalə edirdisə, indi bilir ki, oğulun tərbiyəsində atanın diqqəti, rolu daha çox olmalıdır. Evdə imkanı olan kimi onunla məşğul olmağa çalışır. Vaxtı olan kimi İbrahimi götürüb aparır cüdoya. Hər gün çatdıra bilmir, mən özüm də hər gün getməsini istəmirəm, 4-cü sinifdə oxuyur, dərslərindən geri qalar.

- Uşaqlar musiqiyə həvəs göstərmədilər?

- Mən çox istəyirdim qızlar piano çalsınlar, İbrahim isə skripka. Qızlara dedim musiqi məktəbinə getmək istəyirsiniz, dedilər yox. Onlar elmi daha üstün tuturdular. Amma indi görürəm İbrahimin tara marağı var, bəlkə apardıq. Dedim qoy 5-ci sinfi bitirsin, sonra. Tarda Elçin əmisi (tarzən, əməkdar artist Elçin Həşimov) kömək eləyər.

- Deyirlər, kişinin bazarlığı bərəkətli olur.

- Çox düz deyirlər.

- Kişi də var bazarlığı zay eləyir.

- (Gülür) Yox, Mənsum elə şeylərdə yaxşıdır. Bazarlıq bir yana, nə alıb gətirsə, xoşumuza gəlir. Elə çox alış-verişə də maraq göstərməz. Xaricə gedəndə məşqləri varsa, məşqdədir. Yoxdursa da dostları ilə şəhəri gəzir, görməli yerlərlə maraqlanır.

- Sizi tamaşalarına tez-tez dəvət edir?

- Təşəbbüs bizdən gələndə məmnuniyyətlə hamımıza dəvətnamə gətirir. Amma heç kimə məcbur dəvətnamə verməz.

- Daha çox kiminlə oxuyanda xoşunuza gəlir?

- Aygün Bayramova ilə Nəzakət Teymurovanın tamaşasında daha çox olmuşam.

- Xanəndələr yeməklərinə xüsusi nəzarət eləməlidir. Mənsum müəllim nəyisə yemir deyə özünüzə qadağa edirsiniz?

- O sənətinə qazanc yeri kimi baxmır. Sənəti ilə yaşayır. Ona görə də səsini də, formasını da qoruyur, yeməyinə fikir verir. Mən də onun sənətini nə qədər sevdiyini bilirəm deyə ilk gündən onun yeməyinə xüsusi diqqət ayırmışam. Məsələn, uşaqlar üçün qızartma bişirmişəmsə, onun üçün başqa bir şey bişirmişəm.

- O zaman özünüz hansı yeməkdən yeyirsiniz?

- Hərəsindən bir az. (Gülür)

- Bayaq ailənin möhkəmliyində əsas şərt əxlaqı göstərdiniz. Amma siz danışdıqca məlum olur ki, burda zəhmətin də payı var...

- Həyat yoldaşının hansı peşə sahibi olmasına baxmayaraq ailə əmək istəyir. Ailə sahibi olmaq istəyirsənsə, zəhmətə qatlaşacaqsan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2965   Tarix: 28 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817