Bu gün Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək

Bu gün Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcəkMilli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərinin ekspertizası başa çatmaq üzrədir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin ANS-ə verdiyi məlumata görə, şəhidlərin meyitləri birlikdən dini adət-ənənəyə uyğun dəfn edilmək üçün "Təzə pir" məscidinə, oradan isə Müdafiə Nazirliyinə aparılacaq. Burada şəhidlərlə vida mərasimi keçirləcək.

Qeyd edək ki, təmas xəttində şəhid olmuş iki Azərbaycan hərbçisinin, Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun valideynləri Bakıda Məhkəmə-Tibbi Ekspertiza İdarəsində qan analizi veriblər.

F.Əhmədovun ailəsi şəhidin dəfn olunmaq üçün doğulduğu rayona aparılacağını bildirib. M.İbrahimovun isə harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudun Sadıqov ANS-ə açıqlamasında dəfn mərasimi ilə bağlı ailənin qərar verməli olduğunu və bu qərara hörmətlə yanaşılacağını bildirib.

"Dünən biz təmas xəttində tabutları açdıq. Şəhidləri tanıyan, onlarla bir otaqda qalan iki nəfər meyitlərin onlara məxsus olduğunu təsdiqləyəndən sonra Bakıya gətirdik. Bu bizim ekspert kimi yox, insani baxışımız idi. Bu iki şəhidimiz layiq olduğu kimi, müsəlman qaydalarına uyğun, yüksək səviyyədə ana torpağa tapşırılacaq".

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Meyitlər oktyabrın 27-də Həştərxan şəhərində Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşündə imzalanan bəyannaməyə uyğun olaraq qaytarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7006   Tarix: 07 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 0
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185