Dünyanın ən gözəl dodaqlı qadınları- FOTO

Dünyanın ən gözəl dodaqlı qadınları- FOTOQırmızı dodaq boyasının maraqlı tarixi

BiG.AZ publika.az-a istinadən bildirir ki,Qırmızı dodaq boyası qadınlara bəzən gözəl, bəzən seksual, bəzən də hüznlü görkəm bəxş edir. Amma min illərdir ki, yenə bizimlədir. Lakin bir məsələ var: qırmızı dodaq boyası hər dodağa yaraşmır. Qırmızı pomadadan istifadə etmək üçün dodaq quruluşunuz buna icazə verməlidir. Beləliklə, vaz keçmədiyimiz bu ehtirasın tarixinə nəzər salmaq istərdim. Publika.Az-ın qadın bölməsi qırmızı dodaq boyasının tarixi haqqında maraqlı faktları təqdim edir.

Qədim Misir
Qırımızı dodaq boyasının ilk istifadəsi Qədim Misir dövrünə təsadüf edir. O vaxtlar dodaqlara qırmızılıq vermək üçün qiymətli daşlar əzilərdi. Bu bahalı üsuldan təkcə qadınlar deyil, kişilər də yararlanırdı. Misir şahzadəsi Kleopatra da qırmızıya boyanmış dodaqları ilə tanınır. Amma onun dodaq boyası qırmızı rəngli böcəklərdən və qarışqalardan əldə edilirdi. Kleopatranı təqlid etmək istəyən misirli qadınlar qırmızı dodaq boyası əldə etmək üçün ağlagəlməz üsullarla baş vururdular. Bir xeyli toksin maddəni qarışdıraraq əldə edilən qırmızı dodaq boyası bir çox xəstəliyə, hətta ölümə də səbəb olub. Ölümcül öpüş ifadəsi də buradan qaynaqlanır. Qeyri-adi ilk sədəfli pomada Qədim Misirdə yaranıb. Balıq pullarının əzilməsi ilə əldə edilən bu pomada qırmızı rəngin adına kölgə salsa da, hələ də istifadə edilir.

16-cı əsr
1500-cü illərdə qəribə və özünəməxsus makiyajı ilə 1 Elizabetta diqqət çəkir. O, bakirəliyi təmsil edən ağappaq rəngə boyanmış dəri və qırmızı dodaqları ilə tarixə düşüb. Kraliçanın tünd qırmızı dodaq boyası çeşidli bitkilərin qarışığından əldə edilirdi. O vaxtlarda belə inanc var idi ki, guya bu tərz makiyaj qadınları ölümdən qoruyur. Amma kraliça öləndə də köməkçiləri üzünə bu makiyajı çəkmişdilər.

17-ci əsr
16-cı əsrdə məşhurlaşan qırmızı pomada 17-ci əsrdə mühafizəkarlığın hədəfinə çevrilir. Hətta İngiltərədə toydan qabaq makiyaj edən qadınların toylarının ləğv ediləcəyinə dair qanun çıxarılır. 100 il əvvəl kraliçanın makiyaj trendi olan qırmızı pomada artıq fahişələri və əxlaqsız qadınları seçmək üçün istifadə edilən bir vasitə idi. Fransada isə vəziyyət tamam başqa idi. Bütün soylu nəsillər çeşid-çeşid kosmetika ilə üzlərini bəzəməyə can atırdı. Fahişələr və adi qadınlar isə təbii görünməli idi.

19-cu əsrin sonları
18-ci əsrin sonlarında Klariça Viktoria pomadanı və qırmızı rəngi özünə rəva bilmədiyi üçün qırmızı rəngli dodaqlar moda aləmindən uzaq düşdü. Lakin bu ənənəni pozanlar da var idi. Fransalı aktrisa Sara Bernhardt sadəcə sənəti tələb etdiyi üçün deyil, gündəlik həyatda da qırmızı pomada ilə gəzirdi. Bu isə o vaxtlarda çox cəsur addım hesab olunurdu. Çünki bu tabunu yıxmaq o qədər də asan deyildi. Amerikada ilk dodaq boyası reklamına 1890-cı illərdə "Sears" kataloqunda rast gəlmək olar. Bu pomadaya qırmızı rəng verən "Kolanın içində böcək var" xəbərlərindən xatırlaya biləcəyiniz cochineal böcəyidir.

1900-1920
1900-cu illərin əvvəllərində qırmızı pomada yenidən dəbə minir. 1915-ci ildə Maurice Levy hazırkı pomada qəlibinə yaxın bir şey icad edir. Bu yararlı pomadandan əvvəl isə, balmumu və hind yağından əldə edilən dodaq boyaları ipək kağızlara bükülmüş vəziyyətdə satılırdı. Bu halda onları çantada gəzdirmək qeyri-mümkün idi. Alışdığımız pomada qabları 1923-cü ildə icad edilir. Bu rahat cihaz Chanel, Guerlain, Elizabeth Arden, Helena Rubenstein və Max Factor kimi kosmetika evlərinin yaranmasına kömək edir. İlk film ulduzları qırmızı dodaq boyasının haqqını verə bildilər. Ondan kortəbii şəkildə deyil, düzgün formada istifadə etməyi bacardılar. Bu qırmızı daha çox zoğalı tonlara yaxın idi çünki filmlər ağ-qara çəkilirdi. Klassik qırmızı isə ekranda demək olar ki, görünmürdü. Aktrisaları təqlid etmək istəyən qadınların zoğalı tonlara hücumu başlayır.

1930-cu illər
1930-cu illərdə kosmetika evləri reklam bazarına girişir. Modern görkəmin birinci şərti olan pomada eyni zamanda iqtisadi böhranı aradan qaldırmağın bir yolu olur. Əsgər getməyən qadınlar pomada almaqla iqtisadiyyata kömək etmiş olurdular. Ya da reklam şirkətlərinin uydurmaları idi, deyə bilmərəm... İlk günəş şüalarından qoruyan pomada da bu tarixdə yaranıb.

1940-cı illər
Müharibə illərində iqtisadiyyat zəiflədiyi üçün kosmetika istehsalının da inkişafı dayanır. Bu da qalıcı dodaq boyalarının yaranmasına səbəb olur. Kimyagər Hazel Bishop elə bir pomada icad etdi ki, pomada satışında partlayış baş verdi. Eyni illərdə mühafizəkarlar pomada ilə mübarizə aparmağa başladılar. Belə ki, kişilər evləndikləri qızların pomada çəkməyini istəmirdi. Bu haqq-hesabdan sonra kosmetika şirkətləri müştərilərinin yaşını 16-ya düşürürlər. Bu illərdə amerikalı qadınlar isə kosmetikadan gen-bol istifadə edirdilər. Çantalarında isə ən az bir ədəd pomada olmalı idi.

1950-ci illər
50-ci illərdə pomada artıq gözəlliyin deyil, həm də seksuallığın da simvoluna çevrilir. Marilyn Monroe, Rita Hayworth, Ava Gardner və Elizabeth Taylor sayəsində qırmızı pomada adətən qızıl çağını yaşayır. Mühafizəkarlıq dalınca qaçmayan dünya, qadınlara xüsusi günlərdə kosmetika hədiyyə etməyə başladı. Kişilər də öz yanaşmaları dəyişmişdilər. Artıq bəzək-düzəksiz qadınlar onları cəlb etmirdi.
Çox uzun vaxt keçdikdən sonra sadəcə pomadaların rəng çeşidləri artır. 60-cı illərdə Mod dəbinə uyğun olan süd rəngləri, 70-ci illərdə isə "Pink"in yəni, çəhrayının dəbə gəlişi ilə bənövşəyi pomadalar da məşhurlaşdı.

1980-cı illər
Qırmızı pomada geri qayıdır və bu dönüşü qadınlar Madonnaya borclu idi. Qıpqırmızı dodaqları ilə həddindən artıq iddialı qadın obrazı yaradan Madonna "Like a Virgin" turu ərzində tamaşaçı qarşısında qırmızı dodaqlar çıxış edir.
1990-cı illər
Grunge (Geyim tərzidir: ümumiyyətlə, aqressiv, depressif, nihilist və vecsizliyi ifadə edir. Grunge geyim tərzi cırıq, yamaqlı cinslər, damalı köynəklər və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə, pis və dağınıq geyim tərzidir.) axının da təsirinin artdığı illərdə qadınlar daha çox qəhvəyi tonlara yönəldilər. Sədəfli pomada varlığını hiss etdirə bilir. Ancaq Sindy Kravford kimi super modellər və aktrisalar qırmızı pomadadan istifadə etməyə davam edirdilər.

2000-ci illərdə
Musiqiçi, dizayner, rokçu, ana necə təsvir edirsiniz edin... 2000-ci illərdə qırmızı pomadaya həyat öpüşü verən Gven Stefani idi. Sapsarı saçları və qabarıq qırmızı pomadanı özünə yaraşdıra bilirdi. Stefani onu görən qadınlarda qırmızı pomada ehtirtasını oyadırdı.

2009-cu illərdə
Qırmızı pomadanın gücünü kəşf edənlərdən biri də Ledi Qaqa ən qeyri-adi geyimlər, makiyajlar seçsə də, qırmızı pomadanı heç nə ilə əvəz etmir.

2012-ci il
Artıq yüzlərlə dodaq boyasının mövcud olduğu dövrdə yaşasaq da, aktrisalar və modellər ziyafət gecələrində ən çox bu rəngə müraciət edirlər. Ancelina Coli, Skarlett Yoxanson, Adriana Lima kimi dolu, həcmli dodaqlara sahib olan qadınları qırmızısız təsəvvür etmək mümkün deyil...Dünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTODünyanın ən gözəl dodaqlı qadınları- FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4160   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660