Bəxtiqara azərbaycanlı gəlin: Toydan sonra iki yas

Bəxtiqara azərbaycanlı gəlin: Toydan sonra iki yas"Ana, niyə məni sevmədiyim insana verdin?"

Cəmi 10 gün əvvəl toy çalınıb, gəlin köçürülən evdən ard-arda iki meyit çıxıb. Yanvarın 12-si əslən Lerik rayonundan olan Təhməzovlar ailəsində toy-büsat idi. Ailənin böyük qızının toyu idi, onu gəlin aparırdılar. Evdən "Vağzalı" musiqisinin sədası kəsilməmiş gəlin yoxa çıxır. Az sonra ana, 3 gün keçməmiş isə gəlinin bacısı üçün yas mağarı qurulur...

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yaşanıb, yanvarın 22-də Xırdalanda 17 yaşlı Bahar Təhməzova özünü dərmanla zəhərləyərək öldürüb.

Onun özünü öldürmə səbəbi tam məlum olmasa da, bu hadisəyə qədər ailədə baş verən hadisələrin ardıcıllığı bəzi qaranlıq məqamlara aydınlıq gətirir.

Əldə etdiyimiz məlumata görə, yanvarın 12-də Baharın böyük bacısı el adəti ilə gəlin köçüb. Beş gün sonra bacısı evdən qaçıb və axtarışa verilib. Yanvarın 19-da polis tərəfindən tapılan həmin gəlin ata evinə gələrək baş verənlərdə anasını günahlandırıb. Anasına onu sevmədiyi bir oğlana ərə verdiyini, bədbəxt olduğunu, həmin adamla yaşaya bilmədiyini deyib.

Böyük qızın "Ana, niyə məni sevmədiyim insana verdin?" sualına valideyni cavab tapa bilməyib. Cəmi bir neçə saat sonra ana özünü asıb. Ananın cənazəsini aparıb Lerik rayonunda dəfn edib, 3 mərasimini verib Bakıya qayıdan ailədə növbəti faciə baş verib. Evin kiçik qızı, 17 yaşlı Bahar özünü dərmanla zəhərləyərək öldürüb.

Hazırda ailə faciəsini Abşeron Rayon Prokurorluğu araşdırır.

Prokurorluqdan bildirilib ki, hazırda istintaq aparılır. Ölümlərin səbəbinin hələ istintaqın sonunda müəyyənləşəcəyi deyilsə də, baş verənlər hər şeyi aydın göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 7238   Tarix: 26 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040