Sevgi Nədir?

Sevgi Nədir?5-hərifli sözdür. Amma uğrunda canlar verilir. Dağlar dəlinir.

Nədir SEVGİ?
Sevgi Nedir?Sevgi Nedir?
Əllə tutulmur, gözlə görülmür. Onu hiss edən yeganə varlıq ürəkdir. Gözlərdən başlayır ilk SEVGİ. Qəlbin sürətlə vurulmasıdır. İçində tufanın qopması, vulkanın püskürməsidir. Üzlərdə isə yalnız mənasız bir ifadədir. Əvvəli-1 alov, sonu –tonqaldır. Həm yandırar, həm canlandırar. Bəzən gözlərdən çıxan damla yaşdır həsrət və istək dolu. Yatanda qurduğun xəyallardır. Yaşatdığın ümüdlərdir. Hərdən uğrunda ölmək, uğrunda yaşamaq yaşamaqdır. Hər an onunla yaşamaq onsuz olanda, onunla olmaqdır.
Sevgi Nedir?Sevgi Nedir?
SEVGİ günəşi 1 əlində, ayı 1 əlində tutmaqdır.
SEVGİ qəlbinə yalnız onun möhrünü vurmaq, gözlərinə dağ basıb, ondan başqa hec kimi görməməkdir.
SEVGİ baxdığın hər yerdə onu görmək ,qulaq verdiyin hər səsdə onu dinləmək, könlü xos olsun deyə onun üçün gülməkdir, baxışınla onu sevməkdir.
SEVGİ laldır.
SEVGİ həm damla, həm dənizdir.
Sevgi Nedir?Sevgi Nedir?
Bilmirəm nədir SEVGİ. Amma bildiyim odur ki, SEVGİ həm səninlə, həm də sənsizdir. Qəlbində qoyduğun bir izdir.
Sevgi Nedir?Sevgi Nedir?
Bilmirəm nədir SEVGİ.

Bircə onu bilirəmki SEVGİ sənsən, SEVGİ mənəm,SEVGİ bizdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 13482   Tarix: 22 dekabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş