Namiq Həsənov: "Nəqliyyat kartları əslində pulsuz paylanır"

Namiq Həsənov: "Nəqliyyat kartları əslində pulsuz paylanır"Ictimai nəqliyyatda kartla ödəniş sistemi qısa zamanda tətbiq olunsa da, böyük marağa səbəb olub. Bu sözləri publika.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə,aparılan araşdırmalar əhali arasında marağın yüksəkdir, lakin məlum səbəblərdən alıcıların sayı azdır:

"Kartaların satıldığı 80-ə yaxın köşkdə araşdırma aparmışıq. İnsanların bu kartlara çox maraq göstərdiyini müşahidə etmişik. Ancaq 2 marştrutda təxminən 80-ə yaxın avtobusda bu sistem tətbiq edildiyindən satış hələ ki azdır. Başqa marşrutlarda tətbiq edilmədiyinə görə, insanlar bu kartları almağa maraq göstərmirlər. Digər marşrutlarda kartla ödəniş sisteminin nə vaxt tətbiq edilməsi ilə bağlı müraciətlərin olur".
N.Həsənov hələ ki, ödəniş məsələsində hər hansı problemlə bağlı müraciət edilmədiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücülərinə problem yaşayan sərnişinlərə kömək edilməsi barədə göstəriş verilib:

"Fevralın sonu martın əvvəlində bu kartlarla bağlı daha böyük uğurlardan danışa bilərik. O zaman artıq 36-ya yaxın marşrut, təxminən 600 avtobusda bu sistem istifadəyə verilmiş olacaq. Hazırda min avtobusda naviqator quraşdırılıb, 500 avtobusda da quraşdırılacaq"

N.Həsənov həmçinin kartların metroda istifadəsinin hələ ki, nəzərdə tutulmadığını dedi, lakin gələcəkdə kartın imkanlarının genişləndiriləcəyini vurğuladı.
O, ötən il Nəqliyyatın İntellektual İdarəetmə mərkəzi tərəfindən kartların pulsuz paylanaması ilə bağlı verilən açıqlamaya da münasibət bildirdi:

"Əslində kartların pulsuzdur. Kart üçün ödənilən 2 manat sığorta depozitinin qiyməti, 1 manat isə gedişhaqqıdır. Yəni sabah kartı qaytarsanmız, pulunuz sizə geri ödəniləcək ki, bu da mahiyyətcə pulsuz paylanmaq deməkdir".

N.Həsənov ödənişin minimal qiymətinin nə üçün manatla olmasına da aydınlıq gətirdi. Onun sözlərinə görə, qəpikl ödəniş çətinlik yaratdığından minimal ödənişin manatla edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ötən həftədən 10 və 95 saylı marşrutlarda kartla ödəniş sistemi tətbiq edilir. Kartın qiyməti 2 manatı sığorta depoziti, 1 manat isə balansa yüklənən gediş haqqı olaraq 3 manatdır. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1934   Tarix: 24 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568