Dünyanın ən təhlükəli çimərliyi - FOTO

Dünyanın ən təhlükəli çimərliyi - FOTOBaşının üstündən uçan təyyarəyə toxun!

Hər birimiz uşaqlıqdan bəri uçan təyyarəni seyr etməyi, arxasınca "samalyot, vertolyot"? - deyə qışqırmağı sevirik. Qara nöqtə kimi gördüyümüz təyyarə səmada ağ iz buraxdığında bu, daha da maraqlı olur. Bəs təyyarənin qara nöqtə kimi deyil, aydın şəkildə düz başınızın üstündən uçduğunu düşünmüsünüzmü? Təsəvvür edin ki, çimərlikdə sakitcə uzanmısınız və təyyarə düz başınızın üstündən uçur. Nə edərsiniz?

BiG.AZ saytı sizə bu həyəcanlı hissi yaşadacaq "Maxo Beach" çimərliyini təqdim edir.

"Maxo Beach" çimərliyi yalnız günəş altında qaralmaq, ya da istirahət etmək üçün deyil, həm də ekstremal bir ərazi olduğuna görə dünyanın hər tərəfindən turistləri özünə cəlb edir. Sen Marten adasında yerləşən bu çimərlikdə günəşin altında yaxşı qaralmaqla yanaşı, düz başınızın üstündən uçan təyyarələrin də şahidi ola bilərsiniz. Belə ki, mərkəzi "Şahzadə Culiana" hava limanı çimərliyə çox yaxın bir ərazidə yerləşdiyindən və eniş ərazisi balaca olduğundan təyyarələr istirahət edən insanların üstündən uçmaq məcburiyyətində qalırlar. Turistləri gözləyən yeganə təhlükə təyyarənin güclü küləyi vasitəsilə suya düşmələridir. Buna görə də turistlərin məlumatlandırılması üçün çimərlikdə xəbərdarlıq lövhələri yerləşdirilib.

Dünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTODünyanın ən təhlükəli çimərliyi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 10818   Tarix: 23 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar