Ülviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - FOTO

Məhəmməd Əl-Fayedlə görüşü həyəcanla gözləyirdim. Milyarder, Fransanın "Fəxri Legion ordeni"nin kavaleri, Parisdəki "Ritz" otelinin sahibi, tanınmış xeyriyyəçi - bütün bunlar Misir əsilli britaniyalının nailiyyətlərinin heç də hamısı deyil. Müsahibəmiz Əl-Fayedin Londondakı evində baş tutdu. Söhbətimiz o qədər səmimi alındı ki, sanki çoxdandır bir-birini görməyən köhnə dostlar görüşərək xatirələrini bölüşürdülər. Əl-Fayed ilk dəfə uşaqlıq illəri və biznesdə ilk addımları, faciəvi şəkildə həlak olmuş sevimli oğlu Dodi və onun şahzadə Diana ilə sevgi hekayəsi barədə danışdı.

- Gəlin, söhbətimizə sizin uşaqlıq illərinizdən başlayaq.
- Mən hələ uşaqlıqdan öz üzərimdə Tanrının xeyir-duasını hiss etmişəm. Atam Misirin ən qədim universiteti olan Əl-Əzarın professoru olub. Onun istəyi möhkəm prinsiplərə, iradəyə, cəsarətə malik nəslin formalaşması idi. Atam mənə və tələbələrinə məhz bu dəyərləri aşılayırdı. Amma mən öz gələcəyimi Misirdə görmürdüm, çünki hakimiyyət ailəmizin hər şeyini əlindən almışdı. Bu halda insan doğma vətənində özünü azad hiss edə bilməz.

- Necə tələbə olmusunuz?
- Misir təhsil sistemindən tamamilə uzaqlaşmaq üçün xarici təhsil müəssisəsinə, daha sonra isə atamın istəyilə universitetə daxil oldum. Ancaq bir il təhsil aldıqdan sonra başa düşdüm ki, bu, zaman itkisidir. Mən isə azad olmaq və öz işimi qurmaq istəyirdim.

- İşinizə başlayarkən uğur qazanacağınıza inanırdınızmı?
- Mən səbrli insanam və bu xüsusiyyətim sayəsində cəmi yarım il sonra milyonçu oldum. Mənim üçün uduzmaq problem deyil. Başladığım işin nəticəsi yaxşı olmayanda belə, bədbinliyə qapılmıram.

- Sizin xeyriyyəçiliyiniz də bu iradənin təzahürüdür?
- Bəli, mənim prinsiplərindən biri insanlara kömək etmək üçün pul qazanmaqdır. Həyat şəraitləri yaxşı olmayan, əzab çəkən insanların yaşayışını görmək dəhşətlidir.

- Həyata keçməsini çox istədiyiniz arzunuz varmı?

- Mən arzularla yox, reallıqla yaşamağa üstünlük verirəm. Əgər Tanrı mənə düşündüyümü həyata keçirmək şansı verirsə, əla. Yox, vermirsə, bu da faciə deyil. Öz övladlarımı, nəvələrimi görmək - budur mənim xoşbəxtliyim. Mən artıq 40 ildir ki, arzularımın qadını ilə evliyəm.

- Onunla necə tanış olmusunuz?

- Bondiananın prodüseri Albert Brokkoliyə söz verdim ki, Bondun qadın partnoyurunun tapılması işini mənə tapşırsa, bu işə kapital qoyacam. Beləliklə də bu rola iddia edən bir neçə xanımla müsahibə üçün Skandinaviyaya yola düşdüm. Helsinkidə keçirilən kastinqdə qızlardan biri həqiqətən superagentin tərəf müqabili olmağa layiq idi. O, məni öz gözəlliyi ilə heyran etdi.

- Uşaqlarınızı necə tərbiyə etmisiniz?

- Mənim 2 qızım, oğlum və 4 nəvəm var. Valideynlərim mənə necə tərbiyə veriblərsə, övladlarımı da eyni şərtlərlə böyütmüşəm. Onların qeydinə qalmaq hər şeydən vacibdir. Övladlarım yanımda olsalar da, olmasalar da, onların həyatdan həzz aldıqlarını bilmək mənimçün xoşdur.

- Həyatınızın ən xoşbəxt anı...

- Mən kifayət qədər tez, 20 yaşımda evlənmişəm. Həyatımın ən xoşbəxt anı isə ilk övladım Dodinin anadan olduğu gün idi.

- Bildiyimə görə, Dodini yalnız böyütmüsünüz...

- Bəli, ilk həyat yoldaşımla ayrılandan sonra Dodi mənimlə yaşadı. Hətta 14 yaşı olana qədər biz eyni çarpayıda yatırdıq.

- Bəs Dodi və şahzadə Diananın sevgi tarixçəsi necə başladı?

- Diana ilə yaxın dost idik. Bir dəfə məndən yay tətilində hara gedəcəyimi soruşanda, Sen-Tropedəki evimdə istirahət edəcəyimi dedim. Diana öz oğlanları ilə ora gəlmək üçün icazə istədi və elə orada da Dodi ilə tanış oldular. Dodi çox yaraşıqlı oğlan idi və onlar bir-birilərini çox sevirdilər. Amma təbii ki, Britaniya kral ailəsi onların nikahını qəbul etmirdi. Londonda onların nişan mərasimini mən təşkil etdim.

- Diana barədə danışa bilərsiniz?

- Onun atası ilə ailəvi dostluq edirdik və bilirəm ki, valideynlərinin ayrılığı Dianaya çox təsir etmişdi. Valideynləri boşanan uşaqlar həmişə əzab çəkirlər. Uşaq daim ona qayğı göstərəcək birini axtaracaq.

- Necə düşünürsünüz, onlar sağ qalsaydılar, xoşbəxt olardılarmı?

- Əlbəttə. Əgər siz xoşbəxt olacağınıza inanırsınızsa, bu mütləq belə olacaq.

Ülviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - FOTOÜlviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - FOTOÜlviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - FOTOÜlviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - FOTOÜlviyyə Rəhmanova məşhur milyarderdən müsahibə aldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2185   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360