Oskarı kimlər alacaq?

Oskarı kimlər alacaq?"Sənətdən çox siyasətə üstünlük verilir"

Artıq "Oskar" mükafatına namizədlər bəlli olub. "Ən yaxşı film" nominasiyasında 9 film bir-birinə rəqibdir. "Amerikasayağı fırıldaq", "Qravitasiya" hər biri 10 nominasiyada, "12 il köləlikdə" 9, "Kapitan Filips" və "Dallas alıcılar klubu" filmləri isə 6 nominasiyada mübarizə aparacaq. Diqqət çəkən filmlər haqda onu deyək ki, "12 il köləlikdə" dramatik filmini 280-dən çox peşəkar kino tənqidçisini birləşdirən ABŞ Kino Tənqidçiləri Assosiasiyası (BFCA) 2013-cü ilin ən yaxşı filmi elan ediblər. Film əvvəllər azad insan olmuş, sonra oğurlanaraq kölə kimi satılmış Solomon Nortapın avtobioqrafiyası əsasında çəkilib. Filmin "Oskar"da da uğur qazanacağı şühbə doğurmur. Azərbaycan və dünya prokatında bol gəlir gətirən "Qravitasiya" filmini də xüsusi vurğulamaq lazımdır.

Kinoşünas Aygün Aslanlı "Jasmin" filmini nominantlar arasında görmədiyinə görə təəssüfləndiyini deyib: "Çox gözəl, fərqli filmdir. Maraqlıdır ki, filmin rejissoru Vudi Allen də rejissor siyahısında yox idi".

Proqnoz vermək istəməyən kinoşünas bunu filmlərin hamısını izləməməsi ilə əlaqələndirdi:"Filmlərə hələ bundan sonra baxacağam".

"Jasmin" demişkən, film yalnız aktrisa Keyt Blanşetin ifası baxımından "Baş rolda çəkilmiş ən yaxşı aktrisa" nominasiyasında mübarizə aparır. Və şansı çox yüksək qiymətləndirilir. Belə ki, Keyt bu kateqoriyada BFCA-nın mükafatını da aldı. Blanşetin rəqibləri isə Emi Adams, Sandra Ballok, Cudi Denç, Meril Stripdir.

"Baş rolda çəkilmiş ən yaxşı aktyor" nominasiyasında Kristian Bell, Bruys Dern, Çivitel Ejiofor, Di Kaprio, Metyu Makkonaxi yarışacaq.

Qeyd edək ki, BFCA-nın bu nominasiyada mükafatını Makkonaxi almışdı.

Ən yaxşı rejissorların siyahısında Devid O.Rassel, Alfonso Kuaron, Aleksandr Penye, Stiv Quin və Martin Skorseza yer alır.

Komitə göndərmədi, amma "Çölçü" bir yol tapdı

5 ildir ki, Azərbaycan da "Oskar"a film göndərir. Həmin filmləri Azərbaycanda yaranan Oskar Milli Komitəsi müəyyənləşdirir. Komitənin tərkibində Şəfiqə Məmmədova, Cəmil Quliyev, Şamil Nəcəfzadə, Teymur Abdullayev, Mehriban Zəki, Fuad Poladov, Əli İsa Cabbarov yer alır. Komitədən bildirdilər ki, Azərbaycan bu il "Oskar"a film göndərməyib. Amma azərbaycanlı rejissor Şamil Əliyevin öz təşəbbüsü ilə göndərdiyi "Çölçü" filmi "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar"ın uzun siyahısına daxil edilmişdi.

Rejissor, kinotənqidçi Teymur Daiminin fikrincə, son illər "Oskar" layiqli filmlərə verilir. Nə olursa-olsun, Amerika kino akademiyası peşəkarlığı və keyfiyyəti bütün başqa aspektlərdən üstün qoyur". Aygün Aslanlı isə bu fikirlə razı deyil: "Burada sənətdən çox siyasi aspektlərə üstünlük verilir. Filmi istehsal edən ölkənin dünyanın geopolitik arenasında yeri, sanbalı nəzərə alınır. Ötən il Ben Aflekin filmi buna misaldır".

Qeyd edək ki, qaliblər martın 2-də elan olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 18 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122