Anqlikan kilsəsində ilk qadın yepiskop - FOTO

Anqlikan kilsəsində ilk qadın yepiskop - FOTO

2014-cü ilin Milad bayramına kimi Anqlikan kilsəsində tarixində ilk dəfə qadın yepiskop ola bilər. BiG.AZ-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Anqlikan kilsəsinin Baş İdarəsində yepiskop qadınlara həsr edilmiş görüşdə 378 nəfər bu fikrin lehində səs verib. 8 nəfər bunun əleyhinə olub, 25 nəfər isə səs verməyib.

Məlumata görə, kilsənin aşağı təbəqəsində də qadın yepiskop qəbuledilməz hesab olunur. Bildirilir ki,buna görə kilsə ombudsmanı vəzifəsi tətbiq ediləcək və ombudsman yerli əhali ilə münaqişəni nizama salmağa çalışacaq. Məhz sonuncular qəti olaraq qadının kilsə vəzifəsi tutmaq hüququnun əleyhinədir. Onların fikrincə, kişi və qadının həyatda fərqli təyinatları var və qadının kilsədə ali vəzifəyə təyin olunması kilsə ənənlərinin əleyhinədir. Amma, Anqlikan kilsəsinin Baş İdarəsi qadının kilsədə yüksək vəzifə tutmasını dəstəkləyir.

Qeyd edək ki, hazırda Böyük Britaniyada Anqlikan kilsəsinə yalnız kişiləri yepiskop seçirlər. Sentyabrda isə Uels, Şotlandiya, Şimali İrlandiya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika bu ənənəni dəyişib. İlk dəfə qadının keşiş seçilməsi Böyük Britaniyada 1994-cü ildə baş verib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 734 Tarix: 20.01.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər