Bakıda avtobuslarda necə ucuz getmək olar?

Bakıda avtobuslarda necə ucuz getmək olar?Bakının ictimai nəqliyyatında gec də olsa, gediş haqqının kart sistemi ilə ödənməsinə başladı. Hələlik bir neçə avtobusda tətbiq olunan ödəniş sisteminin tədricən bütün avtobuslara şamil ediləcəyi dəqiqdir.

Kart sisteminə keçidə cəmi bir neçə gündür başlansa da, maraqlı təkliflər verilir. İqtisadçı Vüqar Bayramov kart sisteminə keçidlə əlaqədar olaraq, dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da müəyyən kateqoriya insanlar üçün güzəştlərin tətbiq edilməsini təklif edir.

İqtisadçı açıqlamasında bildirdi ki, kart sistemində tələbələr, pensiyaçılar, şəhid və milli qəhrəman ailələri üçün güzəştlərin tətbiq edilməsi mümkündür. Bu imkan verəcək ki, həmin kateqoriyaya aid olan insanlar güzəştlə nəqliyyatdan istifadə edə bilsin. Bu gün inkişaf etmiş ölkələrdə oxşar praktikadan istifadə olunur.

V.Bayramov hesab edir ki, yalnız gündəlik deyil, həftəlik, aylıq, illik dövrü əhatə edən kartların tətbiqi vacibdir. Bu yolla vətəndaş uzunmüddətli kart almaqla müəyyən endirimlər əldə etmiş olacaq, eyni zamanda nəqliyyat şirkəti vətəndaşı uzunmüddətli kart almağa stimullaşdırmaqla daha çox vəsaiti qısa zamanda cəlb etmək imkanı qazanacaq. Bu yolla nəqliyyat şirkətləri qısa zamanda cəlb etdikləri pulları idarə etmək imkanı əldə edəcək.

İqtisadçı güzəştlərlə yanaşı Avropa ölkələrində olduğu kimi kartla yanaşı, elektron jetonların nəqliyyatda istifadəsini təklif edir: "Bu, ona görə vacibdir ki, nəqliyyatdan çox az istifadə edən şəxslərə biletlərin baha qiymətə satılması təklif edilir. Məsələn, Türkiyədə tramvayda gedişhaqqı jetonla 3 lirədirsə, kart alanlar isə daha ucuz gedişhaqqı əldə edirlər. Adətən turistlər və şəhərin qonaqlarına kartdan istifadə etməkdə maraqlı deyil. Onlar yalnız jeton almaqla qısa zamanda nəqliyyatdan istifadə edərlər. Azərbaycan da oxşar praktikanı tətbiq etməklə turist və şəhərin qonaqlarına nisbətən baha qiymətə gedişhaqqı təklif edib sata bilər. İctimai nəqliyyatda kartla gedişhaqqı 20 qəpikdirsə, birdəfəlik jetonlarla 40 qəpik müəyyənləşdirilməsi mümkündür. Bu yolla da nəqliyyat şirkətləri daha çox vəsait əldə etmiş olur.

V.Bayramov qeyd etdi ki, təkliflər daha çox beynəlxalq praktikaya əsaslanır: "Bunlar nəzəri yox, praktik təkliflərdir. Əgər Azərbaycan nəqliyyat sektorunda Avropa və beynəlxalq standartları tətbiq etməyi hədəfləyibsə, həmin ölkədə praktik təkliflərin reallaşması mümkündür. Güman edirəm ki, Azərbaycan qısa zamanda beynəlxalq praktikanı nəqliyyat sektoruna tətbiq edəcək".

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Nazirlik rəsmisi Namiq Həsənovla dəfələrlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 641   Tarix: 17 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467