Google 3,2 milyard dollara şirkət alır

Google 3,2 milyard dollara şirkət alırBiG.AZ banker.az-a istinaden bildirir ki, Reuters agentliyinin verdiyi məlumata görə, dünyaca məşhur Google Inc. şirkəti ev üçün "ağıllı" texnika istehsalçısı olan Nest Labs şirkətini aldığını elan etmişdir. Müqavilənin dəyəri 3,2 milyard dollar təşkil edəcək.

Bu Google şirkəti tarixində Motorola telefonlarının istehsalçısı olan şirkəti 12,5 nilyard dollara almasından sonraki ən bahalı müqavilədir. Verilən məlumatlara görə, Nest Labs öz brendi altında fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, bazar Google şirkətinin bu addımını müsbət qarşıladı və şirkətin səhmləri 0,5% həcmində artdı.

Nest Labs şirkəti Apple Inc. şirkətinin keçmiş əməkdaşları olan Toni Fadell və Mett Rocers tərəfindən yaradılmışdı. Şirkət "ağıllı" termostatlar və tüstü sensorları istehsalçısı kimi məşhurdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 885   Tarix: 14 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390