Kamilənin kök halda efirə çıxması narazılıq yaratdı - FOTO

Aparıcı Kamilə Babayeva ana olduqdan sonra ilk dəfə səhnəyə çıxıb.

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "Özünə bax 2" verilişinin final gecəsində aparıcılıq edən Kamilə çox həyəcanlı olduğunu deyib. O, əməkdaşımızla söhbətində təəssüratlarını bölüşüb:

"İki ilə yaxın müddətdir peşəmdən uzaqlaşmışdım. Etiraf edim ki, çox həyəcanlı idim. Böyük və önəmli gecə keçirilirdi. Həm də milyonlarla insan ekran qarşısında məni izləyirdi. Ən yaxın rəfiqəmin (layihənin təşkilatçısı Ruhi Əliyevanı nəzərdə tutur - red.) tədbirinin yaxşı olmasını, ürəyimcə alınmasını istəyirdim. Mənim birinci tənqidçim ailəmdir. Onlardan isə müsbət rəylər aldım. Deməli, bu tapşırığın öhdəsindən uğurla gəlmişəm. Canlı yayım bitdikdən sonra yaxınlarım mənə ismarışlar yazdı. Hamı tərifləyir və hər şeyin gözəl olduğunu bildirirdi. Özümdən narazı qaldığım anlar oldu. Amma bu mənim sirrimdir".

Ana olduqdan sonra xeyli çəki alan Kamilə Babayeva bundan narahat olmadığını deyib. O, sosial şəbəkələrdə haqqında yazılan tənqidi rəylərə əhəmiyyət vermir:

"Mən yeni ana olmuşam. Artıq kilolarımın yaranması təbiidir. İnsanların yazdığı mənfi fikirlərə normal yanaşıram. Onları oxumuram, heç fikir də vermirəm. Sosial şəbəkələrdən istifadə etmirəm. Mən virtual ünsiyyətə yox, canlı münasibət qurmağa daha çox üstünlük verirəm".

K.Babayeva deyib ki, aparıcılığa tam olaraq geri dönmək haqda hələ düşünmür:

"Ailəmdəki işlərimi yoluna qoymalıyam. Körpə uşaqla çalışmaq uyğun gəlmir. Hər gün efirə çıxmaq çətindir. Verilişin öz məsuliyyəti var. Bununla belə, maraqlı iş təklifi olsa, düşünərəm".

Qeyd edək ki, Kamilə Babayeva dünən canlı yayımdakı çıxışına görə sosial şəbəkələrdə tənqid olunub. Onun tez-tez yalnışlığa yol verməsi və kök halda efirə çıxması birmənalı qarşılanmayıb.
Kamilənin kök halda efirə çıxması narazılıq yaratdı - FOTOKamilənin kök halda efirə çıxması narazılıq yaratdı - FOTOKamilənin kök halda efirə çıxması narazılıq yaratdı - FOTOKamilənin kök halda efirə çıxması narazılıq yaratdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 18115   Tarix: 12 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 322
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 319
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 283
.

Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira

Süni intellekt startapı "OpenAI" 15 saniyəlik tək səs nümunəsindən təbii səslənən insan nitqini təkrarlaya bilən rəqəmsal səs generatorunun ilkin versiyasını təqdim edib. Bu barədə "ChatGPT"nin yaradıcıları məlumat veriblər. Proqram "Voice Engine" adlanır. İxtiraçılar generator

31.03.2024 518
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 971
.

Özündən 35 yaş kiçik nişanlısı ilə Ağ evdə - Foto

80 yaşlı Hollivud ulduzu Robert De Niro 45 yaşlı nişanlısı Tiffani Çenlə uzun aradan sonra görüntülənib. Axşam.az xəbər verir ki, cütlük Ağ Evə şam yeməyinə gədib. Onlar Yaponiyanın baş naziri Fumio Kişidanın səfəri şərəfinə verilən şam yeməyində iştirak ediblər. Qeyd edək ki, Robertlə Tiffaninin Cia

13.04.2024 402
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1256
.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 395