"Bir çoxları həkimə müraciət edib, deyir ki, Nanənin burnu kimi burun istəyirəm"

"Bir çoxları həkimə müraciət edib, deyir ki, Nanənin burnu kimi burun istəyirəm"BiG.AZ xəbər verir ki,gecce.az-ın bu dəfəki müsahibi teleaparıcı Nanə Ağamalıyevadır. ATV kanlında yayımlanan "Gün keçir" verilişinin aparıcısı Nanə ilə gözəllik sirlərindən və özünə etdiyi xüsusi qulluqdan bəhs etdik. Sözügedən müsahibəni sizə təqdim edirik.
-Hər dəfə efirə yeni qiyafələrdə, stilldə çıxırsınız. Bununla bağlı hansısa peşəkarlara müraciət edirsinizmi?

Öz zövqümə çox güvənirəm. Demək olar ki, dırnaqdan tutmuş, geyimlərə qədər öz zövqümlə geyinirəm. Kanalımızda da peşəkar qrim studiyası da var ki, orada kosmetoloqlar, vizajistlər bizimlə birgə çalışır.

- Ölkəmizdəki geyimlər bir parıcı kimin sizi qane edirmi?

Seçim olduqca azdır. Mən bir ilə yaxın Türkiyədə "Kanal D"-də çalışmışam. Burda bir geyimə görə, aksessuar tapmaq çətin olduğu halda, orda hər aksessuara uyğun geyim tapmaq mümkündür. Bəzən dəhşətə gəlirəm ki, görəsən bizim butiklərdəki geyimləri alıb, geyinənlər varmı? Hamısı olmasa da, əksəriyyəti elə bu vəziyyətdədir. Çox vaxt aparıcılarımızın halına acıyıram.

-"Gün Keçir"də çox vaxt sizi gecə qiyafələri ilə görürük.

Bildiyiniz kimi "Gün keçir" musiqili-əyləncəli verilişdir. Bir zamanlar ciddi stillə keçmək qərarına gəldim. Çox məmnuniyyətlə ciddi stilldə geyinərdim , amma çeşid o dərəcə də az idi ki, düşündüm elə yaxşısı, klassik geyimlərdir.

- Saçlarınızla da hər zaman diqqət mərkəzində olursunuz. Onlara necə qulluq edirsiniz?

Çox vaxt deyirlər ki, saçların qaynaqdır? Mən heç kəsə saçlarımı əmanət edə bilmərəm . Hətta saçlarımı özüm kəsirəm. Efir adamlari çox yaxşı bilir ki, hər dəfə saç laklarından istifadə olunur. Ona görə də hər gün saçları yumalısan. Çox yumaqda saça ziyandır.

-Sizi qəflətən qısa və sarı saçda gördük. Bu ani qərarı necə qəbul etdiniz?

Mən də uşaqlıqdan bir şıltaqlıq var. Bir şeyi əgər etmə desələr, ona can ataram. Elə saçlarımla da bu hal yaşandı. Türkiyədə olarkən birdən saçlarımı qısa kəsdirmək qərarına gəldim.

-Peşman olmadınız?

Yox peşman deyiləm. Düşünürəm o saç da mənə çox yaraşırdı. Çox vaxt xanımlar depressiyaya düşəndə çıxış yolunu saçları ilə eksperiment aparmaqda görürlər. Saçlarımda eksperiment aparmağı heç sevmirəm. Saç kəsdirmək problemlərə çarə ola bilməz. Mən heç vaxt belə addım atmaram. Çünki real insanam.

-Bildiyim qədəri ilə hazırda heç bir boyadan istifadə etmirsiniz?

Bəli düz qeyd edirsiniz. Ancaq xınadan istifadə edirəm. Bütün xanımlara da məsləhət görürəm.

-Xınanın tərkibinə hansı qatqılar əlavə edirsiniz?

Xinagülünün içinə biraz şəkər tozu, qatıq və 2-3 damcı yod qatıb,ilıq pürrəngi çayda onu gözlətdirmək lazımdır.

-Biraz da üzə qulluqdan danışaq. Həftənin beş günü üzünüzə makiyaj olunur. Üzünüz üçün xüsusi qulluqlara əl atısınızmı?

Bir həkim kimi üzümə ancaq qidalandırıcı kremləri vurmağa üstünlük verirəm. Bir də tərkibində balıq kürüsü yağlardan istifadə edirəm.
Heç vaxt ağır makiyajı sevməmişəm.Çalışıram mümkün qədər makiyajsız gəzim. Amma efirin də öz qaydaları var. Hər dəfə dəstamaz aldığm üçün çalışıram çəkilişdən dərhal sonra üzümü yuyum. Mən üzümü yumasam özümü narahat hiss edərəm.

-Namaz qılırsınız?

Bəli. Bunu ilk dəfədir ki, etiraf edirəm. Heç vaxt bu barədə danışmamışam.
-Niyə?

Çünki sevmirəm. Sonra deyəcəlklər ki, reklam edir.

-Az öncə qeyd etdiniz ki, makiyajsız gəzməyi çox sevirəm. Bəs bu halda kompleks yaşamırsınız?

Yox deməzdim. Sadəcə ola bilsin dostlarım həmin an "solğun görünürsən, keyfin yoxdur?" deyə soruşarlar. Mən daha çox təbiiliyi sevirəm. Çalışıram ki, qaşlarıma da əl vurmuyum. Stilist Ruxa mənə hər dəfə tənbehləyir ki, qaşlarını heç vaxt alma. Çünki Fransız qadınları heç vaxt qaşlarını almazlar. Sənə belə daha çox yaraşır.

-Plastik əməliyyat etdirdikdən sonra burnunuzdan razısınız, peşman deyilsiniz ki?

Çox razıyam. Bilmirəm niyə mənim əməliyyatım bu qədər söz-söhbətə səbəb oldu. Hərdən üzümdə hansısa bir dolğunun olub-olmadığını soruşurlar. Tam əminliklə deyirəm ki, üzümdə heç bir dolğu vasitəsi yoxdur. Elə uşaqlıq şəkillərimə də baxsalar görə bilərlər.
Görünür gözəl olmağım çoxlarını narahat edib. Amma narahat olmasınlar mən heç vaxt gözəlliyimdən yox, ağlımdan istifadə etmişəm. Bir çoxları doktor Camala müraciət edib, deyirdi ki, Nanənin burnu kimi burun istəyirəm. Elə bilirlər ki, onlarda da uğurlu nəticə olacaq. Təəssüf ki, indi həmin həkim vəfat edib.

-Sonda oxucularımıza nə demək istərdiniz?

Xanımlara arzu edirəm ki, gözəlliklərindən çox da istifadə etməsinlər. Belə bir mahnı var "Gedər bu gözəllik sənə də qalmaz" . Çalışsınlar beyinlərini və nəfslərini gözəlləşdirsinlər. Məni də daxilən gözəlləşdirən elə odur.
Bəylərimizə isə demək istəyirəm ki, xanımlara "gözəlim, dünya gözəli" kimi qeyri- səmimi sözlərdən az istifadə etsinlər. Çalışsınlar danışan da da orijinallığa üstünlük versinlər. Ən gözəli səmimiyyətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3213   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121