Gediş haqlarının artırılması və vahid kart sisteminə keçidlə bağlı açıqlama - MÜSAHİBƏ

Gediş haqlarının artırılması və vahid kart sisteminə keçidlə bağlı açıqlama - MÜSAHİBƏArtıq üç ilə yaxındır Bakı sərnişin daşımasında gediş haqlarının kart sistemilə ödənişini tətbiq olunacağı barədə məlumatlar verilir. Nəqliyyat Nazirliyi tərəfindən bildirilirdi ki, 2013-cü ilin mart ayında yekunlaşma işləri aparılacaq və may ayında vahid kart sisteminin tətbiqinə başlanılacaq. Lakin sonradan müddət sentyabr ayına qədər uzadıldı. Lazımı işlər yekunlaşmadığı bildirilərək, sonradan yeni sistemin dekabr ayında tətbiq olunacağı bildirildi. Dekabr ayında isə "yeni sistemə yeni ildə keçərlər" prinsipinə söykənib, vahid kart sisteminə 2014-cü ilin yanvar ayında keçiriləcəyi vurğulandı. Artıq 2014-cü ildir. Lakin hələlik yeniliklər söz olaraq qalır.

Bu və digər məsələlərlə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun müsahibəsini təqdim edirik:

- Namiq müəllim, deyirdiniz ki, 2014-cü ildən Bakıda sərnişin avtobuslarında vahid kart sisteminə keçəcək. Artıq 2014-cü ildir, lakin hələlik kart sisteminə keçməklə bağlı heç bir məlumatyoxdur.

- İşlər sürətlənib. 2014-cü ilin yanvar ayında işləri sürətləndirmişik. Bakıda minə yaxın avtobusda artıq avadanlıqlar quraşdırılıb. Hazırda sistemlə əlaqələr yoxlanılır. Birinci mərhələdə artıq kart sisteminin tətbiqinə başlayacaq. Proqram 2014-cü ilin son aylarına qədər davam edəcək. Dəqiq vaxt demək bir az düz deyil, amma gözlənilir ki, yanvar ayının sonları, fevral ayının əvvəllərindən artıq kart sistemi işə düşsün.

- Kartları hardan almaq olar?

- Sistem tam hazır olandan sonra xüsusi satış və ödəmə məntəqələri olacaq. Belə məntəqələr bir çox yerlərdə təşkil olacaq. Sistem işləyəndə artıq bu barədə ətraflı məlumat veriləcək.

- O zaman kartı olmayan şəxslər ictimai nəqliyyatdan isitfadə edə bilməyəcək?

- İlk vaxtlar kartla bərabəd nağd ödənişlər də mümkün olacaq. Çünki ilk növbədə ödəmələr paralel həyata keçiriləcək. Kimdə ödəniş kartı olmasa sürücüdə ehtiyat ödəniş kartı olacaq. Sürücü nağd pulu alıb, həmin kartla validatora sərnişinin yerinə ödəniş edəcək. Bu kartlar yalnız avtobuslarda istifadə olunmayacaq. Bu kart vasitəsilə ictimai işaşə müəssisələrində, metroda və taksidə istifadə olunacaq.

- Axı Bakı Metropoliten rəhbərliyi vahid kart sisteminə keçməyi mümkünsüz sayırdı. Metronun bu sistemə qoşulmayacağı bildirilirdi.

- Bu metro kartından da üstün bir kartdır. Biz vahid kart sisteminə keçməklə bağlı metropolitenə müraciət etmişik. Onlar hələ bizə "yox" cavabını verməyiblər.

- Bəs razılıq veriblərmi?

- Hələlk heç nə deməyiblər. Biz cavab gözləyirik. Yəni metropoliten rəhbərliyilə müzakirələr aparılıb. Bu məsələyə mənfi münasibət bildirilməyib.

- Bək kartlar hansı bankın məhsulu olacaq?

- Yəqin ki "Bank of Azerbaijan" bankının məhsulu olacaq.

- Bu sistemə keçəndən sonra yəqin ki sürücülər gündəlik plandan azad olunacaqlar?

- Sistem özü tənzimlənəcək. Yəqin ki sahibkarla sürücü aralarında bağladıqları əmək müqavilələrinə yenidən baxacaqlar. Çox güman ki sürücü maaş sisteminə keçəcək.

-Maaşı Nəqliyyat Nazirliyi müəyyən edəcək, yoxsa sahibkar?

- Bu məsələ də əmək müqaviləsilə tənzimlənəcək. Bu məsələni də sahibkar müəyyən edəcək. Nazirlik yalnız bu sistemə nəzarət edir.

- Deyirdilər ki, akıya yenidən London taksilər gətiriləcək. İndi vəziyyət nə yerdədir?

- 2015-ci ilin Avropa oyunlarına qədər paytaxta 2000-ə qədər London taksisi gətiriləcək.

- Bakıya yeni avtobusların gətirilməsi msələsi nə yerdədir?

- Bu il və 2015-ci ilin birinci rübünə qədər 1200-ə yaxın sərnişin avotbusları gətiriləcək. Onların arasında həm iri, həmdə orta tutumlu avtobuslar olacaq. Mövcud sərnişin xətlərindəki köhnə avtobuslar yenilənəcək, həm də qarşıdan gələn olimpiya oyunlarında qonaqların şəhərdə sərbəstliyini təmin etmək üçün həmin avtobuslardan istifadə ediləcək.

- Benzinin qiymətində artım olandan sonra istər paytaxt ərazisində, istərsə də şəhərlərarası avtobusların gedişhaqqlarında süni qiymət artımı müşahidə olunur. Bununla bağlı nə deyə bilərsiz?

- Bununla bağlı bizə də müraciətlər daxil olur. Nəqliyyat Nazirliyi çoxsaylı müraciətlərlə bağlı bu qanunsuzluqların qarşısının alınması istiqamətində reydlərə başlayıb. Hansı avtobusda qiymət artımı ilə bağlı müraciət daxil olsa, dərhal bunun tədbiri görülür. Sahibkarlara da xəbərdarlıq edilib. Süni qiymət artımı aşkar olunarsa, həmin xəttn sahibkarı çox sərt şəkildə cəzalandırılacaq.

- Sərnişin avtobuslarında qiymət artımı ilə bağlı Taarif Şurasına müraciət edilməyib. Hələlik biz tərəfindən müraciət də gözlənilmir.

- Sahibkarlar necə, Nəqliyyat Nazirliyinə qiymət artımı ilə bağlı müraciət edirlərmi?

- Sahibkarlar tərəfindən bizə mütəmadi olaraq müraciətlər daxil olur. Hələlik lüzum görülmədiyi üçün bizim tərəfindən müraciət edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3054   Tarix: 08 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748