Tetçerlə Qorbaçov 30 il əvvəl Azərbaycan barədə danışıblar

Tetçerlə Qorbaçov 30 il əvvəl Azərbaycan barədə danışıblar2014-cü ilin əvvəlində məxfiliyi qaldırılmış Britaniya arxiv sənədləri Mixail Qorbaçovla Margaret Tetçer arasında müzakirə edilmiş bəzi mövzulara işıq tutur. BiG.AZ BBC-yə istinadən xəbər verir ki, 1984-cü ildə Sovet İttifaqı liderinin Britaniyaya səfəri 400 səhifəyədək sənədlə əhatə olunur.

"16 dekabr 1984-cü ildə baş nazir Tetçerlə Qorbaçovun Çekers iqamətgahındakı nahar vaxtı şəxsi söhbətin qeydləri", adlı sənəddə bır sıra yerli və beynəlxaq mövzular arasında Azərbaycanın adı da çəkilir.

Həmin sənədin xülasəsi ilə aşağıda tanış ola bilərsiniz:

Danışıq vaxtı baş nazir Tetçer Beynəlxalq Valyuta Fondunun (IMF) çox faydalı təşkilat olduğunu qeyd edib. "Adamlar öz həyat səviyyələrini öz zəhmətilə artırmaq imkanını istəyirlər. Bu bütün ölkələrə aiddir. Lakin hökumətlərin pulu yoxdur və onlar daha çox pul qazanmaq üçün adamlara kömək etməlidirlər. Buna mərkəzləşmiş və qeyri çevik iqtisadiyyata malik ölkələrdə necə nail oluna bilər?"

Qorbaçov isə, sosial və iqtisadi bərabərlik kimi mühüm məsələlərin müsbət şəkildə çözülmədiyi təqdirdə Sovet İttifaqının çox çətin bir vəziyyətdə qala biləcəyini deyib.

Baş nazir Tetçer SSRİ-nin bu kimi bərabərliyə necə nail ola biləcəyini soruşanda Qorbaçov buna əsasən nail olunduğunu bildirib.

"İşsizlik problemi həll olunub. Sovet İttifaqının bu məsələdə yanaşması Qərblə, xüsusilə də Britaniyada qəbul edilmiş yanaşmadan bir çox cəhətdən fərqlənir. SSRİ-də işçilərin sayı təkmilləşdirmə kurslarından öncə ixtisara məruz qalır. Əks praktika sadəcə olaraq işləməyəcəkdi. Artıq standartaşmış təhsil sistemi tətbiq olunur. Hər şey inkişaf edir. Əlbəttə ölkəni idarə etmək asan deyil, diqqət tələb edən məsələlər mövcuddur. Plan tutanlar 15 respublikadakı vəziyyəti nəzərə almalıdırlar və respublikaların özləri də razılıqlarını verməlidirlər. Bəzi Mərkəzi Asiya respubliklarında doğum səviyyəsi ölkənin digər hissələrindən daha yuxarıdır. İşçi resurslarının əmələ gəlməsi təhlükəsi var. Ama artıq bu problemin öhdəsindən gəlinıb. Son 10 il ərzində cənub respublikaları ilə bağlı vəziyyəti nəzərə almaqla qərarlar qəbul olunub.

İndiyədək kənd təsərrüfatına vurğu edən Azərbaycanın hərtərəfli inkişafı üzrə proqramlar var. Əvvəl gəncləri cəlb etmək üçün bu bölgələrdə iri sənaye müəssisələrini yaratmaq ideyaları mövcud idi, lakin onlar bir o qədər də düzgün alınmadı. İndi vurğu kənd bölgələri və sairə yerlərdə gəncləri işlə təmin edə biləcək yüngül sənayenin kiçik və orta ölçülü müəssisələrin yaradılmasına edilir. Yüz milyardlarla dollar irriqasiya layihələrinə xərclənib..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2122   Tarix: 08 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040