Kənan MM filmə çəkilib

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Bəşəriyyətin xilası" detektiv filmi noyabr ayında tamaşaçıların ixtiyarına veriləcək.
Filmin rejissoru Elxan Cəfərovun verdiyi xəbərə görə, 2009- cu ildə istehsala buraxılan və bu il çəkilişlərinə başlanan "Bəşəriyyətin xilası" filmi üzərində işlər artıq yekunlaşıb. Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. Belə ki, 90 - cı illərdə sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi - tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Məhlulun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Filmin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib.

Elxan Cəfərov onu da bildirdi ki, Ramiz Fətəliyev və Elza Ağayevanın ssenarisi əsasında çəkilən filmdə əsas rollardan birini tanınmış rejissor Kənan M.M (Kənan Mahmudov) canlandırıb. Bundan başqa, filmdə Gülzar Qurbanova, Əbdülqəni Əliyev, Xalidə Quliyeva, Zemfira Sadıqova, Atabala Səfərov və Əbdül Mahmudov çəkilib.

Kənan MM filmə çəkilibKənan MM filmə çəkilibKənan MM filmə çəkilibKənan MM filmə çəkilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6976   Tarix: 20 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740