Ən qəribə biznes layihələri

Ən qəribə biznes layihələriBiG.AZ banker.az-a istinadən Ən qəribə biznes layihələrini sizlərə təqdim edir.

Fillərlə maşın yuma

ABŞ-da Wildlife Safari adlı qoruq fəaliyyət göstərir və bura turistləri cəlb etmək üçün kifayət qədər gözəl yerdir. Lakin son zamanlar insanlar bura təbiətin gözəlliklərindən zövq almaq üçün deyil, 3 iri Afrika filinin maşınları necə yumalarına tamaşa etmək üçün gəlirlər. Fillər onları əhliləşdirən şəxsin rəhbərliyi altında maşınınızı süngərlə yaxşıca sürtərək parıldadacaqlar. Daha sonra elə öz xorumları ilə onu su ilə durulayacaqlar. Möhtəşəm mənzərədir. Bu inanılmaz xidmətdən yararlanmaq isə arzusunda olanlara cəmi 20 dollara başa gələcək.

Afrika cənazələri

Afrikada "zəhmətkeşlər" boş oturmağı sevmirlər. Onlar böyük uğurla ən müxtəlif formalarda taxta tabutlar hazırlayaraq onları Avropa və ABŞ-a idxal edirlər. Bu tabutlar ən ağlasığmaz formalardan tutmuş, mobil telefon, Ferrari və s. formalara sahibdirlər. Ferrari formalı tabutların dəyəri təxminən min dollara bərabərdir.

Cinayət yerinin təmizlənməsi

Atlantada Murder Scene Mop Up şirkəti cinayət yerlərinin təmizlənməsi üzrə ixtisaslaşıb. Şirkətin təsisçisinin sözlərinə görə bu biznes heç də maraqlı və sevincli deyil, çünki işçilər bəzən sözün əsl mənasında divarlardan beyin, daxili orqan qalıqlarını təmizləyirlər. Şirkətin xidmətlərinə burada böyük tələbat var və onların illik gəlirləri milyon dollardan artıqdır.

İntihar edənlərə kömək

Last Tour agentliyi arzusunda olanlara turistik ekskursiya proqramı təqdim edir. İlk baxışdan bu normal səslənir. Şirkətin əməkdaşları ekskursiyaya qoşulanlara intihar hallarının daha çox baş verdiyi ərazilərə ziyarətlər təşkil edirlər. Cəmi 50 dollara intihar etmək üçün "ideal məkan" əldə edirsiniz. Xidmətin qeyri-etik olmasına baxmayaraq, bu şirkətə xeyli pul qazandırır.

İcarəyə götürülən dost

Nə vaxtsa dost və ya qohum icarəyə götürmək ağlınıza gəlibmi? Xeyr?! Lakin yaponlarda bu xidmət kifayət qədər məşhurdur. Onlar Hagemashi Tai agentliyi vasitəsilə ad günlərinə və yaxud dəfnlərə dəvət etmək üçün dostlar, həyat yoldaşları və qohumlar icarəyə götürürlər. Rolları isə cüzi pul qarşılığında peşəkar aktyorlar icra edirlər.

Antistress biznes

San Dieqoda Sarah’s Smash Shack klubu stressdən azad olmaq istəyənlər üçün yaradılıb. Bu klubun ziyarətçiləri qabları divarlara vuraraq sındırırlar. Burada göstərilən xidmət qab-qacağın növündən və sayından asılıdır. Məsələn, 3 vazanı 10 dollar, 15 nimçəni isə 45 dollar qarşılığında sındırmaq olar.

Stressdən azad olmaq üçün digər bir xidməti amerikalı Vent By Phon şirkəti təqdim edir. Şirkətin xidmətindən istifadə edən stressli müştərilər bura zəng edərək öz "ürəklərini boşalda bilərlər". Vent By Phon xidmətinin telefon operatoru heç bir məsləhət vermir və köməklik göstərmir, o sadəcə sizi dinləyir. Bu xidmətin bir dəqiqəsi 2.99 dollar təşkil edir. Qeyd edək ki, bu biznes uğurla inkişaf edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 956   Tarix: 01 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489