Deputat: Xocalı soyqırımına dair yeni abidə yaradılacaq

Deputat: Xocalı soyqırımına dair yeni abidə yaradılacaq

“Ölkəyə gələn əcnəbilər həmin abidəni ziyarət etsinlər”.

Xocalı soyqırımına dair yeni abidə kompleksi yaradılacaq və rəsmi protokola salınacaq.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə yeni abidə kompleksinin tikilməsi istiqamətində işlər görülür:

“Xocalı abidəsinin Milli Məclisin gündəliyinə salınması məsələsini vaxtaşırı qaldırmışam. Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və cənab prezidentimizin tapşırığı ilə artıq bu işlər gedir.

Bu abidə rəsmi protokola salınacaq ki, ölkəyə gələn əcnəbilər həmin abidəni ziyarət etsinlər. Artıq abidənin layihəsi, sənədləşmə və digər işlər hazırdır və inşasına başlanmalıdır”.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1119 Tarix: 26.02.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
DARYA
DARYA 24.04.2016
Tesekkurler


 
zindan
zindan 24.03.2016
biz abideler ermenilerde binalar ucaldir
leaving_boy
leaving_boy 26.02.2014
cox gozel


 
ORIK
ORIK 26.02.2014
=(