Şəhid oğlu

Şəhid oğluYenə sənin üçün darıxdım. Yenə ağılım qarışdı ata. Həsrət ağılı qarışdırarmı? Bunu öyrətməmişdin mənə...
Bu gün mənim doğum günüm. İndi səkkiz yaşımdayam. Böyüdüm kişi oldum, amma hələ anlamıram sən niyə yoxsan ata. Önlük mənə çox yaraşdı. Sənin həmişə görmək istədiyin kimi tərtəmiz bir şagird oldum, amma sən görə bilmədin təəssüf edirəm çox təəssüf edirəm ata...
Qarlı bir qış günü idi. Səni bir tabutun içinə qoymuşdular. Yenə çox yaraşıqlı idin. Dərin bir yuxuya getmişdin. Çağırdım dəfələrlə səsləndim səni, cavab vermədin küsdüm sonra. Hanı söz vermişdin. Qartopu oynayacaqdıq ilk qar yağdığında. Hava çox soyuq idi amma nənəm ağlayarkən ''oooyyy ciyərim yanır'' deyirdi...

İnsanın ciyəri necə yanar ata?

Çox böyük bir sıxlıq vardı. Hər kəs amma hər kəs ağlayırdı. Hamı bir ağızdan ''ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ'' deyirdilər. Sən şəhidsənsə ölmüş ola bilməzsən…

Ölmədinsə hardasan ata?

Böyük bir Bayrağa bürümüşdülər tabutunu. Sən onu həmişə göylərdə görmək istəyərdin. Müqəddəs sevgim bayrağım'' deyərdin hər zaman. Nədənsə bir az da qısqandım o zaman səni. Bağışla ata...

İndi sən öldünmü? O zaman vətən bölündümü?

Çox qarışdı ağılım ata. Vətəni kim bölmək istəyər ki. Bu böyük günah deyilmi? Babam izah edərdi həmişə ''mənim babam şəhid oldu vətəni qurtarmaq üçün'' deyərdi... O zaman böyük böyük babam yox yerəmi öldü? Niyə təkrar vətəni bölmək istəyirlər ata? Bəs məktəbə gedəndə hər şeyi öyrənəcəkdim. Bunları niyə öyrətmirlər ata? Bildiyim tək şey var.
O da sən yoxsan yanımda...

Anam çox darıxır sənin üçün bilirəm. Atanla qürur duyuram deyir. İnsan qürur duyunca ağlayarmı? Həsrətə alışarmı ata?
Yaxşı qürur sənin yerinə qardaşımı qoxlayarmı?

Bilirsən ata, mənim ciyərim yanmır, əl vurdum çox isti deyildi. Həm tüstü də çıxmır. Amma içimdə bir yer var. Səni hər düşündüyümdə ora çox ağrıyır, sızlayır, sanki qopacaqmış kimi olur. Sanki bəziləri davamlı ürəyimi sıxır. Deyəsən sən yoxkən həmişə xəstə oluram ata…

Bu ağrılar necə dayanar? Əllərin əllərimi harada gözləyər? Qaça bilmək üçün səninlə, yollar bizim üçün necə darıxar? Vətəni hansı canavar bölər? Onlara səndən başqa kim dayan deyər?

Gəl də izah et mənə. İzah et, öyrət ki məndə şəhid olum ata…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3497   Tarix: 02 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022