Zəngilan rayonunun işğalından 17 il ötür

Zəngilan rayonunun işğalından 17 il ötürAzərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 17 il ötür. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur.

Ermənilərin irimiqyaslı hücuma hazırlaşması barədə əhalinin əvvəlcədən məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 33 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Sahəsi 707 kvadrat kilometr, əhalisi 33 min nəfər olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.

Zəngilan rayonunun ərazisi

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir.
Ərazisi - 707 km2
Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır.
Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir.
Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.
Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir.
Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.
Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır
Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır.Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur.
XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə YElizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur.
Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur

Zəngilan rayonunun işğalından 17 il ötür

Zəngilan rayonunun yaşayış məntəqələri üzrə əhalinin sayı və əhalinin milli tərkibi haqqında məlumat

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1989-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında

Zəngilan rayonu üzrə əhalinin milli tərkibi haqqında məlumat

Millətlər - Əhalinin sayı, nəfər

Cəmi əhali - 31330

Zəngilan rayonunun tarixi

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.
1929-cu ildə ZSFSR-nin qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı..
Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.
1967-ci ildə Zəngilana şəhər statusu verildi.

Zəngi boyu

Azərbaycandakı çoxsaylı türk boylarından biri də qədim çağlarda adı sanqi şəklində yazılan zəngilərdir. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Buradan da görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir.
Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi. Lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.
Bizcə, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır. Azərbaycan bölgələrindən 1403-də keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır: «Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, bu əvvəllər Persiyanın ən iri şəhəri imiş» .
İrəvan mahalı birbaşa Asur hücumlarına məruz qalmadığı üçün yalnız bu mahalın güney periferiyaları barədə Asur mənbələrində məlumat vardır. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Asur qaynaqlarında Sanqibut ölkəsi adlanır. Qədim türk dilində but//bud «tayfa», «boy» anlamında işlənən sözdür və «xalq» anlamlı budun sözü də bu kökdən yaranmışdır. Ona görə də, Sanqibut adı «sanqi boyu» mənasını verir. Həmin bölgədə, Maku şəhərinin güneyində axan indiki Zəngi-mar çayının adı məhz qədim sanqi//zəngi boylarının nişanəsidir. İrəvanla Makunun arası isə 2-3 saatlıq yoldur, yəni hər iki Zəngi çayı ətrafında yaşayan zəngi adlı qədim türk boyları bir-birindən o qədər də uzaq deyildi, buradan güneydə olan Zəngi də yaxında idi.
Asur qaynaqları Urmu gölündən aşağıda da zəngilərin yaşadığından xəbər verir. Buradakı Zəngi ölkəsinin adına Bit-Sanqi və Bit-Sanqibut şəklində rast gəlirik ki, bu da həmin adın asur dilindəki ev, yurd anlamında işlənən "bit" sözü ilə verilməsi, yəni asurca "sanqi (boyunun) yurdu" anlamında işlənməsidir. Bu bölgədən m.ö. VIII əsrdə asurların Siriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfa adı da 738-ci ilə aid Tiqlatpalasar annalında qeyd olunmuşdur.
Miladdan öncə Azərbaycanın batı bölgələrində qaşqay, qamər, qızıl, polad, ərmən, ağ hun, kuman, kedar, gögər, qorus, dəli, qapan, azər və şad boylarının xeyli izi vardır. Bu boylar haqqında ayrı-ayrı yazılarımızda məlumat vermişik, ona görə də, zəngi boyları ilə yanaşı, yuxarıda adı çəkilən boyları da nəzərə alsaq, bu elmi qənaətə gəlmiş olarıq ki, azər xalqının formalaşmasında mühüm rol oynayan İrəvan mahalı 1920-ci ilə qədər beş min il fasiləsiz Azər-Türk boylarının ölkəsi olmuşdur.

Zəngilan rayonunun işğalından 17 il ötürZəngilan rayonunun işğalından 17 il ötür

Zəngilan rayonunun təhsili

İşğaldan öncə

Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur
O cümlədən:
39 orta məktəb
15 əsas (8 illik) məktəb
12 ibtidai məktəb

Şagirdlərin sayı – 5 836
Müəllimlərin sayı – 1 115

İşğaldan sonra

2008-2009 tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37
O cümlədən:
34 orta məktəb
2 əsas məktəb
1 ibtidai məktəb

Şagirdlərin sayı – 3 960
Müəllimlərin sayı – 821

2008-2009-cu tədris ilində 2 şagird prezident təqaüdçüsüdür.

1993-cü ildən sonra 3 müəllim "Əməkdar müəllim" adına layiq görülüb.

2 müəllim "Tərəqqi" medalı, 2 müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunublar.

Zəngilan rayonu kənd və qəsəbələri

Rayon: Zəngilan
Şəhər: Zəngilan
Qəsəbələr: Ağbənd, Ağ Oyuq, Bartaz, Həkəri, Mincivan

Kəndlər: Ağakişilər, Ağbiz , Ağkənd, Aladin, Aşağı Gəyəli, Aşağı Yeməzli, Babaylı, Baharlı, Bartaz, Beşdəli, Birinci Ağalı, Birinci Alıbəyli, Birinci Muğanlı, Böyük Gilətağ, Bürünlu, Cahangirbəyli, Canbar, Çöpədərə, Dəlləkli, Dərə Gilətağ, Dərəli, Əmirxanlı, Genlik, Günqışlaq, Hacallı, Havalı, İçəri Müşlan, İkinci Ağalı, İkinci Alıbəyli, İkinci Muğanlı, İsgəndərbəyli, Keçikli, Kolluqışlaq, Malatkeşin, Məlikli, Məmmədbəyli, Məşədi İsmayıllı, Mirzə Həsənli, Nəcəflər, Ördəkli, Orta Yeməzli, Otuzikinci, Qarababa, Qaradərə, Qaragöl, Qaragöz, Qarqulu, Qazançı, Qıraq Müşlan, Quyudərə Xəştab, Pirveys, Rabənd, Rəzdərə, Sarallı Xəştab, Sarıqışlaq, Sarıl, Seyidlər, Sobu, Şamlı, Şatariz, Şayıflı, Şəfibəyli, Şərifan, Tatar, Tiri, Turabad, Üçüncü Ağalı, Üdgün, Vejnəli, Vəliqulubəyli, Vənətli, Xumarlı, Xurama, Yenikənd, Yuxarı Gəyəli, Yuxarı Yeməzli, Yusiflər, Zəngilan, Zərnəli.

İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar. Digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülmüşdür. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmamış, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırmışdır. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar.

Zəngilan rayonunun işğalından 17 il ötürZəngilan rayonunun işğalından 17 il ötürZəngilan rayonunun işğalından 17 il ötürZəngilan rayonunun işğalından 17 il ötürZəngilan rayonunun işğalından 17 il ötürP.S - Yuxarıdakı şəkli hər bir Azərbaycanlı,damarından azəri qanı axan,namusulu və qeyrətli bacı və qardaşlarımız ən azından telefonunda saxlamalıdırki QAN YADDAŞIMIZ yaddan çıxmasın


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11637   Tarix: 29 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232