2013-cü ildə banklarımız nə ilə yadda qaldı

2013-cü ildə banklarımız nə ilə yadda qaldıƏjdaha ili ilə müqayisədə yola saldığımız ilan ili banklarımız üçün daha sakit keçdi. Ən azından gözləntilərdən fərqli olaraq, bu il heç bir bank öz fəaliyyətini dayandırmadı və ya iflas faktı olmadı. Məsələn 2012-ci ilə nəzər saldıqda, Royal Bankın iflası, Bank Technique-də rəhbər dəyişikliyi və sonrakı rebrendinq, Kapital Bank tərəfindən sovet dövründə batmış əmanətlərin qaytarılması kimi hadisələrin bank sektoruna ciddi təsirlər qoyduğunu görə bilərik. Amma bu tip hadisələr baxımından 2013-cü il xüsusi heç nə ilə yadda qalmadı.

Halbuki hamı məcmu kapital tələbini yerinə yetirə bilməyən bankların bağlanacağını gözləyirdi. Lakin Mərkəzi Bankın İdarə Heyətinin 14 noyabr 2013-cü il tarixli qərarı ilə banklara məcmu kapitalın 50 mln. manata çatdırılması üçün 01 yanvar 2015-ci ilədək möhlət verildi.

Həmçinin 2012-ci il bazara yeni taksit kartların daxil olması istehlak kreditləri bazarında dəyişikliklərə rəvac vermişdi. Bu il isə həmin kartlar bazarda öz mövqelərini daha da gücləndirdi. Bazarda genişlənmə baxımından Albalı, Bolkart və World Card daha uğurlu oldu.

Bolkart MasterCard tərəfindən dəstəkləndikdən sonra öz sərhədlərini daha da genişləndirdi. Unibank isə MilliKart ilə əməkdaşlıq çərçivəsində "Qoşul, Fərqlən, Faydalan" layihəsini işə saldı.

Amma ilin ən fərqli plastik kart məhsulu isə "Qiblə Kart" qeyd etmək olar. Üzərində yerləşdirilmiş xüsusi kompasla Qibləni göstərən bu kart Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamenti tərəfindən təqdim edilmişdir. Hər kəs bank tərəfindən islam bankçılığı əsasında kreditlərin verilməsini gözləsə də, bu prosesə start verilmədi.

İslam Bankçılığı məhsulları içərisində "Gülab ətirli Zəvvar kartlarını" da qeyd etməyi vacib bilirik. Bu kart isə AFB Bank tərəfindən Həcc ziyarətinə gedən zəvvarlar üçün təqdim edilmişdir.

Nağdsız ödənişlərlə bağlı bazardakı yeniliklər sırasında isə AccessBankın "Pullar kartınıza qayıdır" kampaniyasını qeyd etmək olar. Bu kampaniya yeni AccessQazanc layihəsi çərçivəsində həyata keçirilir. Layihə üzrə əməkdaşlıq edən ticarət nöqtələrində AccessBank-ın plastik kartları ilə ödəniş etdikdə, ödənilmiş məbləğin 17%-ə qədəri sizin kartınıza geri qayıda bilər.

Bu il həmişəki kimi bazarda kreditlərin bahalığı müzakirə obyekti oldu. Hətta məsələyə Mərkəzi Bankın sədri də münasibət bildirərək qeyd etdi ki, istehlak kreditləri digər kredit məhsulları ilə müqayisədə daha bahalıdır: "Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük – 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var"

Bunun nəticəsi olaraq, Azərbaycanda sığortalanan əmanətlərin maksimum faizi 01 avqust 2013- cü il tarixində 12%-dən 10%-ə endirildi.

Qeyd edək ki, banklar krediti faizlərinin yüksəkliyini cəlb etdikləri depozitlərin onlara baha başa gəldiyi ilə əsaslandırır.

Beləliklə bu addım depozitlər üzrə faizlərin aşağı düşməsinə öz təsiri göstərdi.
Bu il daha çox gündəmdə olan məsələlər bankların öz məcmu kapitallarını artırması, yeni səhmdar cəlb edilməsi, istiqrazların emissiyası olmuşdur.

Emissiyalar ilə bu linkdə daha ətraflı tanış ola bilərsiniz.

İlin sonuncu ayı isə Moody və Fitch beynəlxalq reytinq agentlkləri tərəfindən bir sıra bankların reytinqləri təzələndi. Reytinqləri təzələn banklar sırasında Xalq Bank, Bank Technique, AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku və Kapital Bankı qeyd etmək olar.

Qeyd edək ki, hazırda Azərbaycan kommersiya bankları arasında beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş ən yüksək reytinq məhz AccessBanka məxsusdur.
Qarşıdan gələn ildə banklarımıza bol uğurlar və maliyyə dayanıqlığı arzu edirik. Gələn ildə müştərilərə xidmət keyfiyyətinin daha da yaxşılacağına və yeni bank məhsulları ilə sevinəcəyimizə ümid edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1663   Tarix: 27 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 658
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1736
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 212
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

11:11 131
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 369
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 766
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 993
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

12:51 162
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 184