XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTO

Azərbaycan nümayəndə heyəti üçün Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyim dəsti təqdim edilib.

BiG.AZ Anspress.com-a istinadən xəbər verir ki, idman paltarlarının hazırlanmasının məsuliyyətini Qış idman növləri Federasiyası (Dağ xizək idmanı Federasiyası və Fiqurlu konki sürmə Federasiyası) öz üzərinə götürüb.

Açılış və bağlanış mərasimləri üçün parad geyimlərini İtaliyanın məşhur Larusmiani moda evi hazırlayacaq. Brend yüksək keyfiyyətli paltarların sifarişlə tikilməsində ixtisaslaşıb. Larusmiani çoxillik tarixə malik İtaliya brendidir. Brendin üslubu milan, olduqca incə və zərif, zövqlü, eyni zamanda ümumi fondan seçilir. Kaşemir, yüngül yun, vikunya və digər təbii materiallar - istər qış, istərsə də yay üçün tikilən bütün kolleksiyaların əsasını təşkil edir. Bunlar bahalı və effektiv materiallardır, eyni zamanda geyimdə çox rahatdır. Larusmianinin paltarları yalnız bahalı materiallardan tikilir, onlar nəinki yaraşıqlı görsənir, həm olduqca rahat və davamlı olması da onun vacibliyini təsdiqləyir. Brend paltarlarının üslub yaradıcı əşyalarını əlbətdə ki, kişi kostyumları təşkil edir. Kolleksiyada həmçinin plaşlar, gödəkcələr, münasib idman əşyaları da öz yerini tapır. Hər bir xırda detal olduqca zərif işlənib.

Dəstin dizaynı milli koloritlər və MOK, Soçi 2014 simvolları, həmçinin brendin loqotipi nəzərə alınmaqla işlənib. Bütün loqotiplər Beynəlxalq Olimpiya Komitəsinin istifadə qaydaları və standartlarına müvafiq şəkildə əks etdirilib.

Dəstlərin hazırlanması prosesində dizayn işləri mütəmadi olaraq Azərbaycan Milli Olimpiya Komitəsi və Dağ Xizək İdmanı Federasiyasının rəhbərliyi ilə razılaşdırılıb.

Qeyd edək ki, 2014-cü il fevralın 7-də XXII Qış Olimpiya oyunlarının açılış mərasimi keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Qış İdman Növləri Federasiyasının prezidenti İskəndər Xəlilov və idman sahəsində tanınmış digər nümayəndələrin iştirakı da nəzərdə tutulub.

Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz Soçi Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Beynəlxalq yarışlarda öz uğurlarını nümayiş etdirən, fiqurlu konki sürənlər Aleksey Sitnikov və Yuliya Zlobina da bu siyahıya daxildirlər. Həmçinin, Azərbaycanı layiqli təmsil edən xizəkçiləri - Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivarini qeyd etmək lazımdır.

XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTOXXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyimləri - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1292   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164