Sponsorluq edən olsa yaxşı olar-Könül Xasıyeva

Sponsorluq edən olsa yaxşı olar-Könül XasıyevaTanınmış Xanəndənin müsahibəsi.
-Yaradıcılığınızda nə yenilik var?
İnşallah dekabr ayının 28-29- da sarayda "Qayıt nə olar" adlı solo konsert verəcəyəm. Bu günlər ərzində işim əsasən bu gecənin məşqlərini etməkdir. Ciddi hazırlıqlar gedir ki, xalqa yüksək səviyyədə bir gecə yaşatmaq üçün əlimdən gələni edim. Dünya Azərbaycanlılarının həmrəylik gününə təsadüf edir konsertim. Elə bu gözəl gecə ilə bütün xalqımızı təbrik etmiş olaram.

- Konsertinizə sponsorluq edən var?
Əgər dəstək olan olmasa tək başına çox çətin olur. Əlbətdə, dəstək olan, sponsorluq edən olsa yaxşı olar. Konsertin təşkilatçısı dünya azərbaycanlıları mədəniyyət mərkəzinin prezidenti xalq şairi, şöhrət ordenli Zöhrab Tahir və həmin mərkəzin vitse prezidenti Rasim Məmmədovdur.

-Könül xanım, bu gün konsert vermək çətindir yoxsa əvvəlki illərdə?
Əlbətdə ki, indi. Çünki tək salonun qiyməti od qiymətinədir. İki günə 30 min ödəməliyik. Dekorasiya, geyim, ansanblın geyimləri, səhnənin düzülüşü, bəzənməsi, efirlərdə reklam, küçələrə də şitlərin asılması və sair və ilaxır. Bir konsert yüz, yüz iyirmi min manata başa gəlir. Bütün bu çətiniklərə baxmayaraq xalqımızı dəvət edirəm gəlsinlər, gözəl bir gecə yaşadacağıma söz verirəm.

-Konsertlərinizin xərci borcunu ödəyir?
-Köməklik edəndə yaxşı olur.

-biletlərin qiyməti hər kəsin alacağı bir qiymətədir?
Salonun zalını qiymətə görə beş hissəyə bölmüşük ki, bütün təbəqələrdə yaşaya bilən, ürəyində mənə qarşı əsl sevgisi olan hər kəs gələ bilsin. 10 manatdan 50 manata qədər bilet qiymətləri olacaq.

-Özünüzü şou-aləmin müğənnisi hesab edirsiniz?
Qətiyyən. Mən xanəndəyəm. Bütün illərdə belə olub estrada oxuyanlar başqa katiqoriyaya aiddir, xanəndələr, muğam usataları başqa. Mən şou-biznesdə yoxam. 35 ildir bu sənətlə məşğulam. 1981-ci ildən Azərbaycan musiqisini ifamla qoruyucusu və təbliğatçısı olmuşam. Zəhmətimlə, alın tərimlə hörmət, ad-san qazanmışam.

-Bu gün gənc ifaçılar efirə, gündəmə qalmaqalla gəlir. Sizin münasibətiniz bu məsələyə neçədir?
Bilirsiniz mən kiminsə haqqında fikir bildirsəm, səhv edirlər, belə etsinlər deməklə dəyişib elə olmayacaqlar. Ona görə də özləri bilər necə gəlib elə də gedəcəklər. Onsuz da bu sənət qalmaqalla, ailə məsələləri ilə gündəmə gələnləri ömürlük yaşatmayacaq. Tarixdə əbədi yaşamaq üçün can qoyanları yaşadacaq bu sənət. Heç kim haqqında heçnə deməyə ixtiyarım yoxdur. Özüm haqqımda deyə bilərəm ki, sənətimlə gəlib ifamla sevildim və şükürlər bu günə ki, hələ də adımı hörmətlə yaşada bilirəm. Ölümü olan dünyadı. Dünyamı dəyişsəm də səsimlə, ifalarımla qəlblərdə yaşayacağam.

-Könül xanım bir ara sənətdən uzaq düşdünüz, səbəb ciddi idi?
Bəli həm də çox ciddi idi. Mən ölümlərdən döndüm. Allah məni xalqıma yenidən verdi. Bakı da 2010-cu ildə olan Zəlzələdən yox, zəlzələ anında deyilən sözdən stressə düşdüm. Düz 13 il evimi, maşınımı satdım xaricdə və Bakıda müalicələr aldım. Həmin anda kimsə dedi ki, Şəkinin altı-üstünə çevrilib. Mənim də əzizlərim doğmalarım hamısı orda idi. Bu söz mənim ağlımı başımdan aldı. Şükürlər olsun ki, bu gün yaxşıyam. Bir orqan ağrıyanda gedib müalicə edirsən və yaxud əməliyyat olub o ağrıdan qurtulursan. Amma əsəb, stress Allah heç kimə göstərməsin. Baxmayaraq ki, o hadisədən 13 il ötüb bu gün də bəzi anlarda o hadisələri, hissləri yenidən yaşayıram.

-Ölüm qorxusu ilə yaşamaq hissiniz bitdi?
Bəli, şükürlər olsun ki, xəstəliyim qutardı. Mənim də ölümü gözləməyim qutardı. İflas oldum ancaq müalicə olub özümü ölümün qollarından aldım.

-Bu gün bütün olmasa da çox faiz müğənni çörək pulunu toydan çıxarır. Siz neçə toy olmasa əlavə gəlir yeriniz var?
Yox toysuz, elsiz-obasız bir günümüz olmasın. Məni də el-oba dolandırır. Toy olmasa aqibətimiz pis olar. Bu həyatda nəyə nail olmuşuqsa xalqın sayəsində əldə eləmişik.

-Könül Xasıyeva nəyə biganə qala bilmir?
Gücüm çatacaq bütün insanlara əl uzadıram, hə maddi, həm mənəvi. Baxmayaraq ki, özümün də nələrəsə ehtiyacım var. Mənim evimdə olub qonşumun evində o şey yoxdursa almalıyam, ürəyim dözmür. Axı məni də xalq dolandırır. Biganə, laqeyid ola bilmirəm.

-Müəllimlik sənətinizə kim maneçilik törətdi?
-Ad çəkmək istəmirəm, amma onu deyə bilərəm ki, o maneçilik edən şəxs mənə yox Azərbaycan xalqına mərdimazarçılıq elədi. Qoymadı gözəl xanəndələr yetişdirim. Həvəsdən düşməmişəm, yenə də gec deyil, musiqi məktəbində dərs verirəm. Gözəl səsli tələbələrim var.

-Niyə sənət adamları ya gec ailə qurur, ya da ailəlidirsə dağıdır?
-Bilirsiniz, sənət də çox vaxt istəyir, ailə də. Ona görə bəlkə də mən 40 yaşımda ailə qurdum. Çətin tərəfləri çoxdur. Hər qapının arxasında min sirr var. Bunu tək sənətlə bağlamaq olmaz.

-Azərbaycanda vergi verən, sosial ödəyən tək-tük müğənnilərdənsiniz. Miqdarını deyə bilərsiniz?
-Məncə bu önəmli deyil. Əsas önəmli olan ödəməyimdir.

-Sizin bosatnınıza daş atan olanda necə cavab verirsiniz?
-Mən kiminsə arxasınca danışmıram. Danışan da olanda sağ ol deyib, keçirəm. İnsan xislətini dəyişmək olmur.

-Bu gün yaşlı nəslin gənc müğənnilərə söz atması, bir növ ağız-ağıza gəlib sözləşməsi sahələrinə neçə baxırsınız?
-Çox pis baxıram. Ümumiyyətlə efirdə elə verilişlər olan kimi televiziyanı söndürürəm. Əsəbimə toxunur.

-Sosoial şəbəklər də adınız çox hallanır. Əslində sizin sosial şəbəkəniz varmı?
-Yox qətiyyən yoxdur. Heç sosial şəbəkədən başım çıxmır. Bilirəm sosialda bir neçə dənə mən varam. Amma burdan deyim ki, onlar mən deyiləm.

-Oxumaqdan başqa biznes düşünürsünüz?
Hələ tək biznesim ifamdır. Sonra inşallah düşünərəm. Mən alın yazısına inanıram. Mən gec ana olmuşam. Hamı deyir vaxtında ailə qursaydın oğlun özün boyda olardı. Amma 18-20 yaşında ailə qurub uşağı 40 yaşında olanlar az deyil. Hər şey qədər qismətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 624   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055